Ubuntuda installation problemi

Salam…

Mən Ubuntunu install etmək istəyirdim, lakin install prosesində belə bir problemlə üzləşdim. İso faylını Daemon tools vasitəsilə mount edirəm və Ubuntunun installation ekranı gəlir, “Ustanovka pod Windows” seçəndən sonra install prosesi gedir və ekrana yazı gəlir ki, install prosesini davam etdirmək üçün kompüteri reboot etmək lazımdır. Reboot etdikdə Əməliyyat sistemlərinin seçim səhifəsindən Ubuntunu seçirəm və qara ekranda müəyyən saniyələrdən sonra installation prosesinin davam etdiyi yazılır, sonra isə ekrana Ubuntunun açılma səhifəsi gəlir və altında loading işarəsi olur, lakin loading tam getmir və yenidən qara ekrana qayıdır və yazılır ki:

(initramfs) /scripts/casper-premount/20iso_scan: line 46: No medium file found.

Could not find the ISO /ubuntu/install/installation.iso This could also happen if the file system is not clean because of an operating system crash, an interrupted boot process, an improper shutdown, or unplugging of a removable device without first unmounting or ejecting it. To fix this, simply reboot into Windows, let it fully start, log in, run ‘chkdsk /r’, then gracefully shut down and reboot back into Windows. After this you should be able to reboot again and resume the installation.

checkdisk etdikdən sonra belə sonda yenə eyni error çıxır. Qeyd edim ki, Ubuntunun destkop 10.10, destkop 10.04, netbook 10.10 versiyalarının hamsını install etməyə cəhd etmişəm, amma sonda yenə də eyni error çıxır.


Yadda saxlama
Kateqoriya: Linux və digər əməliyyat sistemləri . , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (14 cavab var)

(11:46, 23/02/2011 ) #1709

Belə hallar adətən komputerə xarici qurğular qoşulanda olur. Əgər sizində komputerə xarici qurğu (flash kart, memory kart və s) qoşulubsa, onu çıxartın, ondan sonra birdaha install etməyi yoxlayın.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(13:58, 23/02/2011 ) #1732

Bunu artıq etmişəm, amma yenə də eyni problem çıxır.. Maraqlısı odur ki, internetdə də bununla bağlı çoxlu axtarış etmişəm, lakin checkdisk ve usb-ləri çıxarmaqdan başqa bir solution yoxdur…

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(18:14, 23/02/2011 ) #1757

İso faylını Daemon tools vasitəsilə mount edirəm və Ubuntunun installation ekranı gəlir, “Ustanovka pod Windows” seçəndən sonra install prosesi gedir və ekrana yazı gəlir ki:

Siz başdan səhv edirsiz, daemon tools ilə birləşdirdiyiniz faylı heç vaxt rebootdan sonra ustanovka etmək mümkün deyil. İso faylın diskə yazın və cəhd edin. 100% alınacaq.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (21:59, 23/02/2011 ) #1758

    Diske yazdım və elə install eləməyə çalışdım. Lakin indi install edəndə göstərir ki, yaddaş kifayət etmir. C diskində 6 gb, D-də isə 73 gb boşdur. Ümumən disk seçimi vermir, sadəcə check edir ve deyir ki, memory is not enough, power is plugged, internet is not connected (yəni 2 cəhəti ok deyil) internetim wi-fi-dir, yəqin onu dsl etsəm düzələr, amma bu yaddaş problemin necə həll edə bilərəm?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(22:16, 23/02/2011 ) #1759

Memory is not enough hard diskdə yerin az olması demək deyil. Memory is not enough, yəni RAM azdır. Ubuntunun sistemə olan tələbləri belədir:

# 1 GHz x86 processor
# 1GB of system memory (RAM)
# 15GB of hard-drive space (although this can be split onto 2 drives, a 5Gb / and a 10Gb /home fairly easily)
# Graphics card and monitor capable of 1024 by 768
# Either a CD/DVD Drive or a USB port (or both)
#

Bu linkdən baxa bilərsiz.
https://help.ubuntu.com/community/Installation/SystemRequirements

Əgər sizdə RAM azdırsa, onda swap sahəsi düzəldib, onu RAM kimi istifadə etmək olar və bu problem həll edilər. İnternetin olmamağı Ubuntunun install olmağına maneçilik törətmir. WiFi isə Ubuntuda kifayət qədər yaxşı işləməlidir (ola bilər sonradan internetdən wifi driveri tapıb yükləmək lazım olsun).

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (16:05, 24/02/2011 ) #1763

    Deyəsən dəqiq yazmamışam, notebookum bu tələblərə cavab verir, amma deyir ki, 2.6 gb drive space needed.. Məndə də bu drive space var, amma əfsuslar ki, onu oxumur.. Ubuntunu yükləməzdən əvvəl install etməmiş işlətmək olur, try etmək.. Bu funksiyadan istifadə etmişəm və normal şəkildə açılır hər şey, lakin install etməyə gəldikdə yenə də 2.6 gb drive space is needed şərti yerinə yetirilməmiş kimi gösrsənir.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(21:13, 24/02/2011 ) #1767

VirtualBox-da qura bildim:
RAM 532 Mb
Hdd 3.34 Gb
Qurulduqda baxdım 2.4Gb yer tutur, həmdə bütün programları artıq internetdən yükləmişdi (OpenOffice, GİMP və s.)

Halbuki, saytda yazır ki, C diskində minumum 5, D-də isə 10 Gb yer lazımdır.

Mənə də qaranlıq qaldı, sizin probleminiz..

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(00:19, 25/02/2011 ) #1769

Gular xanım,

Belə başa düşdüm ki, problem əslində diski format edəndə yaranır. Siz hansı diskə yazmaq istəyirsiniz Ubuntunu? Windowsu silib, yerinə yazmaq, yoxsa təkcə Ubuntunu istifadə etmək istəyirsiniz?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (17:43, 02/03/2011 ) #1802

    Yox Windowsu silmək istəmirəm hələ ki, sadəcə istəyirəm D diskinə yazım. Hər iki OS də işləsin. Mən diski ümumən format etmirəm, sadəcə 2 üsulla yazmağı cəhd edirəm, 1-də ən əvvəldə yazdığım error gəlir. 2-cidə isə 2.6 gb drive space-in olmadığını yazır, halbuki bundan da çox yer var.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (19:35, 02/03/2011 ) #1805

      Bir yol belə edə bilərsiz: Windowsda diski shrink edə bilərsiz. Bölünməmiş disk sahəsinə Ubuntunu rahatlıqla yaza bilərsiz.

      http://seogadget.co.uk/how-to-resize-a-windows-vista-partition/

      Və yaxud. Windowsda My computerin üzərində sağ klik edib, ordan Manage seçin. Ordan isə disk managment bölümünə gəlin. D diskin seçib, sağ klik edin, ordan Delete edin. D diskin Delete etdikdən sonra bölünməmiş (unallocated) sahə yaranacaq. O sahəyədə, Ubuntunu asanlıqla install etmək olacaq. Asanlıqla deyərkən, yəni Ubuntunun diskin qoyun, orda seçim olanda free space seçin, həmin bu hissəni görəcək. Ümid edirəm, bu dəfə alınacaq 🙂

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(19:03, 26/02/2011 ) #1781

Gulnar xanım dediklerimi duzgun qaydada etseniz, installyasiya 100% alınacaq.

1. Ubuntu 10.10 iso faylini boş diske burn edin.

Burn ile kopi paste etmenin ferqi ayrıdır, eger iso faylini cd-ye nece burn etmeyi bilmirsinizse bu artiq ayri sualdir.

2. Daha sonra komputeri yukleyin ve bios setup penceresinden ilk yuklenebilen disk kimi CD-ni secin.

3. Burn etdiyiniz cd-ni komputere yerleshdirib restart edin.

4. İnstallyasiya proqrami yuklenecek, bir nece addimdan sonra hard diski
nece bolmeyi sorushacaq.

5. En ustdeki secimi edin, daha sonra umumi hard diski windows ile
ubuntu arasinda bole bileceksiniz (serhed xettini sola-sağa sürüşdürmekle)

Pod windows installyasiya etmek meslehet deyil, windowsda teessüf ki, heçne
normal işlemir, o ki qaldi linuxun installyasiya proqramı.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (17:47, 02/03/2011 ) #1803

    3-üncü bəndə kimi yazdıqlarınızı rahat etmişən. Və burn etmişəm, copy yox. Restart etdikdən sonra bəli installyasiya proqramı gəlir və orada deyir ki, Try Ubuntu və İnstall Ubuntu. Mən install-ı seçirəm, və orda 3 requirement (tələb) gəlir. 1-ci tələb 2.6 gb drive space. Və onun qarşısında X işarəsi var, deməli boş drive space-imin olduğunu oxuya bilmir. Bu hələ disk (C və ya D) seçimindən öncə gələn bir tələbdir. Yəni mən heç install prosesini başlaya belə bilmirəm. Çünki 2.6 gb drive space-im yoxdur guya.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(13:11, 05/03/2011 ) #1834

Gülnar xanım məncə problem linuxun hard disk driverin tanımamasındadır.
Aşağıdakı addımları edin, ola bilsin ki işə yaradı.
Yuxarıda qeyd olunan 3-cü addımı yerinə yetirin.
Try və İnstall seçimi gələndə Try seçimini edin.
Bu zaman Ubuntunun demo versiyası yüklənəcək.
Qeyd eləyirsiz ki, internete qoşulma problemini həll edə bilərsiniz.
İnternet bağlantısını yaradın (Çox güman kiç ancaq eyzernet xətti işə yarayacaq, əgər evdən qoşulursunuzsa ADSL işləməlidir problemsiz)
Birinci daxil olun System->Administration->Disk utility
menyusuna. Burada hal-hazırda kompüterdə olan bütün daimi yaddaş qurğuları və onların ölçüləri barədə məlumat olacaq.
Əgər öz hard diskinizi burada görməsəniz(yəqin ki, belə də olacaq)
deməli linux hard diski görmür. Bu halda aşağıdakını cəhd edin.
(İnternete qoşulandan sonra)
System->Administration->Additional Drivers
Proqram internetə qoşulub sizin kompüter üçün çatışmayan driver axtaracaq.
Ümid eliyirəm ki, hard disk driveri quraçdırılacaq.
Daha sonra ola bilsin ki restart istəsin, qətiyyən eləmiyin.
Yenə System->Administration->Disk utility ilə hard diski yoxlayın.
Əgər tapsa onda installyasiyanı başlaya bilərsiniz.
Uğurlar…

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(01:39, 18/03/2011 ) #2086

bir cox prosdur yazmishdim ancaq captcha da sehv etdiyim uchun getdi(( yeniden yazasi enerjim yoxdu qisa bir yol deyim.

eger sizin uchun ubuntu hal hazirda vacib bir oynamirsa ve men goruruem ki siz oyrenmek uchun isteyirsiniz, siz onu virtual mashin uzerinde qaldirib dediyiniz kimi “pod windows” istifade ede bilersiniz.. emeliyyat sistemin deyishmeden.. oyrenmek uchun en gozel vasitedir

zehmet olmasa ubuntunun 9 cu versiyasini resmi saytindan cekib yazmagi yoxlayasiniz. 10,04 ve 10,10 versiyalari gozlenilen kimi olmadi. artiq 11 i gozleyirik oktyabrda versinler 3d destekli yeni interfeysle .. deyesen gnome elvida…!

Ugurlar!

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

MiMov cavab verdi - Özəl ip tv qurmaq (4 gün əvvəl)

MiMov cavab verdi - iptv onlayn paket almaq (4 gün əvvəl)

E. Hacı cavab verdi - 300$ Gömrük Limitini keçdim (10 gün əvvəl)

Software Developer cavab verdi - Aliexpress gömrük rüsumu nəyə görə hesablanır? (12 gün əvvəl)

AliyevYT cavab verdi - Honeygain, passiv gelir (13 gün əvvəl)

Sıradan biri cavab verdi - IMEI qeydiyyatı (15 gün əvvəl)

Fariz Huseynli cavab verdi - cerimenin öyrənilməsi (17 gün əvvəl)

Software Developer cavab verdi - cerimenin öyrənilməsi (19 gün əvvəl)

Software Developer cavab verdi - Kapital bank rekvizit payoneer (19 gün əvvəl)

Software Developer cavab verdi - Hər hansı kompyuter proqramının (EXE faylı) etibarlı olub olmaması yəni qanuni və ya saxta olduğunu necə bilmək olar ? (19 gün əvvəl)

txmn cavab verdi - Hərbi biletsiz, möhlətsiz iş (21 gün əvvəl)

Galaxy cavab verdi - X-də (Twitter) premium abunəliklə bağlı çətinlik (22 gün əvvəl)

Rsad Ncfli cavab verdi - Payonner 2024 ilə bağlı sual (27 gün əvvəl)

Software Developer cavab verdi - Payonner 2024 ilə bağlı sual (27 gün əvvəl)

Rsad Ncfli cavab verdi - Payonner 2024 ilə bağlı sual (27 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23229 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024