Vebsaytın görüntüsündə problem

Salam.
İşlədiyim saytı pulsuz hostların birinin serverinə yerləşdirdim.(000webhost.com və 0fees.net). Buna qədər saytı öz kompyuterimdə quraşdırdığım apache serverdə test edirdim. Apache serverdə hər şey əladır. Heç bir görüntü problemim yoxdur, bütün brauzerlərdə də yoxlamışam hər şey qaydasındadır. Amma yuxarida adını çəkdiyim host şirkətlərinin serverinə yerləşdirirəm və saytı brauzerdə açanda hər şey dağılır, qarışır.Bir sözlə sayt oxunmaz hala düşür. Təkrar öz kompyuterimdəki apache serverdə yoxluyuram yenə hər şey qaydasındadır.
Sizcə bunun səbəbi nə ola bilər?
Mənim şübhələrim MySQL və PHP-nin versiyalarındadır.
bunlarda PHP 5.2 məndə isə 5.3.5.CSS-imi validator-la yoxlamışam hər şey əladır.İkinci şübhəm isə pulsuz olduqlarına görədir.Bunları sadəcə test üçün istifadə etmək istiyirdim, sonda saytı normal ödənişli servere qoyacam. Ama belə bir problemlə üzləşdim.

Zəhmət olmasa məsləhətlərinizi yazardınız.


Yadda saxlama
Kateqoriya: Web skriptlər, kod həlləri . , , , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

(11:27, 04/03/2011 ) #1817

Salam. İnanmıram ki problem php və ya mysql imkanlarında ola. Fikrimcə problem relative-likdə ola bilər. Məsələn sizdə localhostda /css/style.css göstərilibsə, hostinqdəki apache o ünvanı görmür. Ən yaxşısı siz saytın adresini bura yazın, baxıb həllini deyək.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(12:32, 04/03/2011 ) #1822

çox sağolun köməyə görə.
ünvan

http://testaznews.net76.net/

elə sizin dediyiniz problemdir çox güman. Mən FileZilla ilə serverə yekleyəndə təkcə database-lə bağlı şeyləri (hostname, username və s.) dəyişdim. Direktoriyaların heç birinə dəyişiklik etmədim.
index.php-də “CSS/style.css”, CSS fayda fon şəkilləri də “images/şəkilinadı.png” kimi qalıb.
Hər ikisində dəyişiklik etməliyəm?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(14:02, 04/03/2011 ) #1823

Dəyməz. Sadəcə kodda header-də

<link rel="stylesheet" type="text/css" href="css/style.css"/>  

sətrinə diqqət edin. O faylı ya yükləməmisiniz ya da ünvanı səhv göstərilib. Digər js və css fayllar isə düppədüz yüklənib, problem bircə fayldadır o da style.css. İmages-lərlə bağlə məncə problem olmayacaq. Hələ ki style-ı düzəldin.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(14:51, 04/03/2011 ) #1824

Əla.Dediyiniz kimi problem elə həmin sətirdə idi, CSS əvəzinə css yazmışdım, apache buna fikir verməsə də veb server səhv kimi qəbul edirmiş.
Bir də təşəkkür edirəm köməyinizə görə, indi normal görsənir hər şey.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (15:51, 04/03/2011 ) #1827

    Buyurun. Sözügedən layihəyə də uğurlar.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - Rus dilindən mətni tərcümə etmək (4 saat əvvəl)

Cənab cavab verdi - Almanca söz bazası yığmaq (3 gün əvvəl)

rdrobert cavab verdi - Mikrofon süngərinə yazı (4 gün əvvəl)

rdrobert cavab verdi - Yerli virtual olaraq dost tapmaq platforması (4 gün əvvəl)

rdrobert cavab verdi - Almanca söz bazası yığmaq (4 gün əvvəl)

rdrobert cavab verdi - Playstation 4 almaq, Playsation klub açmaq (4 gün əvvəl)

rdrobert cavab verdi - Proqramistin ixtsasi hansidir? (4 gün əvvəl)

Software Developer cavab verdi - Azercell Kabinetim aplikasiyasında İstəSən tarifi haqqında (5 gün əvvəl)

Software Developer cavab verdi - Proqramistin ixtsasi hansidir? (5 gün əvvəl)

byshako cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (16 gün əvvəl)

rdrobert cavab verdi - Honeygain, passiv gelir (17 gün əvvəl)

rdrobert cavab verdi - Xaricdən telefon getirmek (17 gün əvvəl)

rdrobert cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (17 gün əvvəl)

rdrobert cavab verdi - AliExpress, Telefon, Rüsum (17 gün əvvəl)

MiMov cavab verdi - Özəl ip tv qurmaq (25 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23234 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024