Servlet və Jsp

Salam. Mən tam olaraq Servlet və Jsp arasında fərqin nə olduğunu bilmək istərdim. Ümumi fərqi bilirem , sadece mənə hansının hansı vəziyyətlərdə istifade olunması maraqlıdı ? Birdəki jsp-ni tam olaraq php – nin equivalenti saymaq olar, yəni jsp köməyi ilə nə eləmək olursa onu php ilə də etmək olur?


Yadda saxlama
Kateqoriya: Java . , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

(21:34, 10/05/2011 ) #2444

Servlet ilk çıxan java web texnologiyasıdır. Servlet adi Java sinifidir, amma HttpServlet sinifindən törənməlidir. Java kodu içərisində html kodu yazırsınız. Əsasa mənfi cəhəti elə budur. Səhifənin dizaynı və ya hər hansı bir yeri dəyişsə, servlet kodunda uyğun yeri dəyişib yenidən compile etməlisiniz və serverə deploy etməlisiniz. JSP texnologiyası məhz bu problemi aradan qaldırmaq üçün yaradılıb. Html səhifəsi daxilində Java və JSP kodları yaza bilərsiniz. JSP səhifəsi ilk dəfə işləyəndə tərcümə olunur, Java servlet kodu hazırlanır, daha sonra bu kod kompilyasiya olunur və class faylı alınır, bu class faylı da yaddaşa yüklənib icra edilir. Rahatlıq ondadır ki, siz JSP səhifəsində dəyişiklik edib səhifəni yeniləsəniz, bütün bu proseslər arxa planda avtomatik baş verir.
Texniki olaraq elə bir şey yoxdur ki, onu Servlet ilə edəsiniz amma JSP ilə edə bilməyəsiniz. Servlet biznes məntiqi,verilənlər bazası ilə işləmək, müxtəlif qərarlar vermək, istifadəçini müəyyən şərtlərə bağlı olaraq lazımi səhifələrə yönləndirmək, dinamik şəkil, pdf, excel və s. fayl generasiya etmək üçün daha uyğundur. JSP isə daha çox dinamik html səhifələri hazırlamaq üçün istifadə olunur.

JSP ilə PHP müəyyən dərəcədə müqayisə etmək olar, amma JSP texnologiyasında imkanlar daha çoxdur. Məsələn PHP-də sessiyaların idarəsi Servlet, JSP-dəki kimi flexible deyil, event/attribute listener-lər yoxdur.

JSP səhifələri yuxarıda yazdığım kimi ilk dəfə işləyəndə Java Servletə çevirilir və servlet işləyir. PHP isə script dilidir və hər dəfə işləyəndə tərcümə olunub işləyir, performans baxımından daha zəif işləyir.

JSP üçün Java dilini bilmək lazımdır.

PHP üçün əsas üstünlük hosting qiymətlərinin ucuz olması və JSP-yə nəzərən öyrənməyin daha rahat olmasıdır 🙂

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(21:46, 10/05/2011 ) #2445

Ətraflı cavaba görə təşəkkürlər. Birdə ki, Servlet – in hosting prossesi nece baş verir. Məsələn tutaq ki, Online Judge System – ləri ( amc.timus.ru tipli sayt ) , servletsiz mümkün deyil yazmaq. Belə servletlər server-ə necə yüklənir ?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(22:05, 10/05/2011 ) #2446

Serverdə Java web texnologiyalarını dəstəkləyən web container (Tomcat, Jetty və s.) və ya application server(JBoss, Glassfish, IBM Websphere, Oracle Weblogic və s.) olmalıdır. Tomcat üçün rahatdır, web proyektin war faylını hazırlayıb webapps qovluğuna qoymaq kifayətdir. Digər serverlərin isə dokumentasiyasına baxmaq lazımdır, fərqli ola bilər.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - Payoneer kartdan pul çıxartdıqda vergi (18 saat əvvəl)

Software Developer cavab verdi - Wise vasitəsilə bank kartına pul köçürmə (4 gün əvvəl)

Software Developer cavab verdi - Rus dilindən mətni tərcümə etmək (5 gün əvvəl)

Cənab cavab verdi - Almanca söz bazası yığmaq (8 gün əvvəl)

rdrobert cavab verdi - Mikrofon süngərinə yazı (9 gün əvvəl)

rdrobert cavab verdi - Yerli virtual olaraq dost tapmaq platforması (9 gün əvvəl)

rdrobert cavab verdi - Almanca söz bazası yığmaq (9 gün əvvəl)

rdrobert cavab verdi - Playstation 4 almaq, Playsation klub açmaq (9 gün əvvəl)

rdrobert cavab verdi - Proqramistin ixtsasi hansidir? (9 gün əvvəl)

Software Developer cavab verdi - Azercell Kabinetim aplikasiyasında İstəSən tarifi haqqında (10 gün əvvəl)

Software Developer cavab verdi - Proqramistin ixtsasi hansidir? (10 gün əvvəl)

byshako cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (21 gün əvvəl)

rdrobert cavab verdi - Honeygain, passiv gelir (22 gün əvvəl)

rdrobert cavab verdi - Xaricdən telefon getirmek (22 gün əvvəl)

rdrobert cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (22 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23236 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024