Verilmiş və sayı 2650-ni ötən sualların 99.88 %-i cavablanmışdır.

Bu o deməkdir ki, sizin vermək istədiyiniz sualın cavablanmamaq ehtimalı 1/100-dən də azdır.

Cavablanmamış suallara nəzər salaq

  ebay   PayPal   windows   wordpress   sayt   php   java   internet   Windows 7   domen   ubuntu   YouTube   oyun   Android   mysql   video   google   c++   DLE   LİNUX   notebook   hosting   Nokia   hostinq   chrome   domain   modem   HTML   proqram   Delphi   elektron ticarət   telefon   adsl   antivirus   parol   blackberry   kompyuter      iphone   format   Windows7   samsung   HP   Kompüter   termin   wi-fi   Server   cms   laptop   

Sual vermək üçün sağ sütundan "Üzvlər üçün giriş" bölməsindən hesaba daxil olun, hesabınız yoxdursa qeydiyyatdan keçin və ya birbaşa Facebook connect düyməsi ilə avtomatik qeydiyyatdan keçin.


Suallar IT sferaya aid olmalıdır(Kompyuter, internet, proqramlaşdırma, elektron ticarət və.s.).
Cavabını axtardığınız sualı əvvəlcə burada qısa cümlə ilə yazıb axtarın, ola bilsin ki, o sual daha əvvəl verilib və cavablandırılıb:
Loading

Google Xəbər Başlıqlarnı Niyə Tapmır?

Salam. Aprel ayında blogspot sistemində bir blog yaratdım. Bloqu yaratmaqda məqsədim müxtəlif mövzulara diqqəti şəkillər vasitəsi ilə çəkmək idi. Məsələn, İraqdakı son durum 25 şəkil, yaxud, Braziliyada bir həbsxana 20 şəkil və s. Təbii ki, xəbəri hazırlayarkən ya ingilis dilində ona verilmiş izahı ya da özümdən ürək sözlərimi izah formasında yazırdım. Onu da deyim ki, qısa zamanda bloga böyük maraq oldu və xeyli sayda daimi ziyarətçisi oldu. Sosial şəbəkələrin bir çoxunda da reklam etdim, xaricdən gələn istifadəçilərdə çoxaldı. Ancaq 17-maydan etibarən, bloqa yerləşdirdiyim heç bir xəbər başlığını Google tanımır. Buna görə də Google-dan sayta gələnlər artıq demək olar ki, 0-a bərabərdir. Bunun səbəbi nə ola bilər? Əvvəllər yeni bir xəbəri atandan 2-3 dəqiqə sonra Google onu tanıyırdı, ancaq indi isə yox. Bloq mətnləri və şəkilləri 100% orginaldır! Kimsə komek ede biler zehmet olmasa? Bir Fikri Olanlar?

Bloqun adresi:

http://baxabax.blogspot.com/

Kateqoriya: Google . Açar sözlər: , , . Qısa keçid.

Verilmiş cavablar və edilən şərhlər

Google Xəbər Başlıqlarnı Niyə Tapmır? sualına 6 cavab var
  1. +1 Bəyənilsin Zəif cavabdır admin
    (Profil) (21:34, 21/05/2011 )

    Salam. Əvvəla bir məsələyə toxunum. Bloq mətnlərini bildik, şəkillər necə originaldır, özünüz çəkmisiniz? Mənbə göstərmədən yerləşdirirsinizsə daim, bu Google-a xoş gəlmir, və bəlkə də ona görə də bloqunuz Google PageRank-ı hazırda 0-a bərabərdir, yoxladım.
    Amma bu məsələnin Google axtarışında çıxmağa aidiyyatı yox, pagerank aşağı yuxarı olması saytın eyni sözə uyğun axtarış nəticələrində daha üstdə çıxmasında lazım olur. Axtarışda ümumiyyətlə çıxmama halı olmamalıdır.
    İndi sizin ən son yazılarınızdan birinə baxdım Super Mario haqda, Google-da tam normal şəkildə çıxdı. Odur ki bloqunuz yenilənir Google-da. Sadəcə dərhal indeksasiya olmaması və ya nəticələrin daha aşağıda çıxması səbəbindən gələn istifadəçilərin sayının azalması dediyim PageRank-ın 0-a düşməsinə görə ola bilər.

  2. Bəyənilsin Zəif cavabdır shirvanshah
    (Profil) (21:54, 21/05/2011 )

    Vaxtınızı ayırıb, cavab yazdığınız üçün çox təşəkkür edirəm, hörmətli admin. :) Şəkillər mənim deyil, əlbəttə ki. :) Page Rank mənə o qədər də maraqlı gəlmir, sözün düzü. Ona görə də artması üçün çalışmıram. :)

    Problemi tapdığıma görə son 2 xəbəri Google tanıdı. Tam 4 gün idiki bütün günümü problemi axtarmağa sərf edirdim, blogspot help-də belə kömək istəmişdim, ama yardım edə biləcək məlumat verilmədi mənə. Nəysə, indi isə problemi necə həll etməyimi deyim. Bloq nə qədər gözəl dizayn olunursa olunsun, tam mükəmməl ola bilməz təbii ki. Google-da xeyli sayda vacib bildiyim widgetleri, kodları araşdırdım və lazım bildiklərimi əlavə edirdim temaya. Heç bir problem də yox idi. Ancaq 17 mayda hər şey dəyişdi. Təbii ki, problemin temadan qaynaqlandığı heç ağlıma da gəlmədi, çünki google-da axtardığımda google-da yeni sistem dəyişikliyi olduğunu gördüm, fikirləşdim yəqin ondandır. Həm də site:baxabax.blogspot.com edəndə, Google’un indexlədiyini göstərirdi. Nəysə, 4 gün dalbadal göndərdiklərimin axtarışda çıxmaması məni çox narahat etdi, çünki normalda 2-3 dəqiqəyə post indexlənirdi həmişə. Bu gün bütün temanı dəyişdirdim, yüklənmiş olan bütün kodları, widgetləri sildim. Tam fərqli bir tema və ən vacib bildiyim widgetləri saxladım. Default kod sisteminə də əl vurmadım, daha sonra nə nəticə verməsini görmək üçün 2 xəbər buraxdım. Bir qədər gözlədikdən sonra hər ikisi Google-da indexləndi öz başlığı altında, ancaq ondan əvvəl 17-21 may arası köhnə temada atdığımdan heç biri düzgün indexlənmiyib ki, Google onları tapmır… Deməli, bu tipli problemlərdə səbəb temaya edilmiş dəyişikliklər və kodlar imiş… :)

  3. +1 Bəyənilsin Zəif cavabdır wIn_az
    (16:58, 22/05/2011 )

    bunun səbəbi ya DƏRHAL link artimindan sonra olur(meselen sizə,sizin bloqunuza bir-iki gunun icinde coxlu kecidler goyurlar diger saytlardan,ya da kontentden.

    1-2 hefte gozleyin google oz algoritmini ,saytin hansi yerde yerlesdiyini cox vaxt deyisir,esasen eger sayt teze indexə daxil olub.
    Burde bura girin ve oz saytina ordan baxin.
    https://www.google.com/webmasters/tools/home?hl=ru

    Orada :” Запрос на пересмотр вашего сайта” setri var,ona basin

  4. Bəyənilsin Zəif cavabdır aynura
    (19:09, 22/05/2011 )

    salam men mektebmizle baqli bir sehve yaratmaq isteyirem etrafli.mektebimiz barede muellimlerimiz telelebelerimiz derslerimiz haqda nece yaratmali?xaish edirem yardimci olasiniz

    • Bəyənilsin Zəif cavabdır admin
      (Profil) (11:15, 23/05/2011 )

      Salam. Sualı sayta sual bölməsindən yerləşdirin, faydalı cavablar alacağınıza ümid edirəm.

  5. +1 Bəyənilsin Zəif cavabdır wIn_az
    (13:35, 23/05/2011 )

    aynura, isteyirsen yaradim cetin deyil


Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Elektron jurnal

Cavablar.net saytında yığılan sual-cavab bazası əsasında periodik olaraq PDF formatında elektron jurnallar dərc olunur. İndiyədək 3 belə e-jurnal buraxılıb, bundan sonrakı jurnalların hazırlanmasını siz özünüz də edə bilərsiniz.

Düzgün yazılış

Sual və cavab yazarkən mütləq çalışmalıyıq ki dil qaydalarına uyğun sual və cavablar yazaq. Bununla da oxşar suallarla internetdə axtarış edəcək soydaşlarımızın işini asanlaşdırmış, onlara fayda vermiş olarıq.