HTML-i internetə bağlamaq üçün

Assalamualeykum!
Qardaşlar. mən wordpadda html yığdım. Amma onu internetə qoşa bilmirəm. mən yığdığım html-i web səhifə kimi necə tanıda bilərəm?


Yadda saxlama
Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

(20:05, 27/06/2011 ) #2892

Salam.Ilk öncə hostinq almalısan yadakı pulsuz hostinqlərdən birindən istifadə etməlisən.Yaxşı olardıkı veb səhfəni hazırla sonda şəbəkədə yerləşdir.Bunn üçün virtual veb serverdə yarda bilərsən öz kompyuterində.Apachi proqramından istifadə etsən daha məsləhət olar.Reklam olmasın deyə hostinqlərin ünvanını yazmıram.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(10:43, 01/07/2011 ) #2952

Əgər yığdığınız kodlarda server-side proqramlaşdırma yoxdursa, yəni kod ancaq html+css+javascript+flash-dan biri və ya bir neçəsini istifadə edirsə, o halda sizə veb server lazım da deyil. Sadəcə komputerinizdə papkada yığırsız faylları, şəkilləri, sonra əsas index.html faylını open with Hər_hansı_brauzer verib test edirsiniz.
Server-side proqramlaşdırma olan hal üçün isə yuxarıda cavab verilib, mütləq lokal və ya internet hostinq lazımdır. Bu isə ayrı sualın mövzusudur.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(13:01, 02/07/2011 ) #2966

Salam. Bu problem ilə demək olar ki, hamı rastlaşır, əsasən də HTML yeni
örgənərkən. Hazır web səhifəni İnternetə necə yerləşdirmək?
Bunun üçün verilən suallara hamı 2 cavab verir: hosting almaq və domen
adı almaq. Bu da bütün çaşqınlıqların başlanğıcı olur: niyə səhifəni internetə
yerləşdirmək üçün 1 yox, 2, həm də bir biri ilk baxışda ilə elə də əlaqəli
olmayan problemi həll etmək lazımdır.
İzahı:
Bizim hazırladığımız “web sayt” özümüz də gördüyümüz kimi adi notepad və
ya wordpadda HTML dilində yığılmış mətn faylıdır. Üstəgəl bəzi şəkil faylları.
Biz öz kompüterimizdə web brovserlə bu faylları açanda onu sayt kimi görürük. Bu anda artıq səhifəmiz istifadəyə hazırdır, qalır onu İnternetə
yerləşdirmək ki, hamı hər yerdən görə bilsin.
Bunun üçün biz hazırladığımız həmin o HTML mətn fayllarını
yerləşdirməliyik İnternet şəbəkəsinə qoşulmuş hər-hansı bir
kompüterə. Bu kompüterə deyirlər “HOST” kompüter. Bununla ayrı-ayrı
şirkətlər məşğul olur. Siz onlardan xahiş edirsiniz, xidmət haqqı
ödəyirsiniz , onlar da sizin fayllarınızı yerləşdirirlər İnternet şəbəkəsinə
qoşulmuş kompüterlərinə.
Bu xidmətə deyirlər Hostinq (xostinq) xidməti.
Amma hostinq problemin həll etmək hələ o demək deyil ki, istifadəçilər
öz web browserlərindən http:www.sizinsaytinizinadi.com yazıb
sizin səhifəyə daxil olacaqlar.
Bunun üçün 2-ci problem domen adı problemin həll etmək lazımdır.
Məsələ ondadır ki, lokal kompüterdən fərqli olaraq şəbəkəyə qoşulmuş
kompüterə müraciət etmək üçün mütləq və mütləq onun İP ünvanı tələb
olunur. İP ünvan hər biri 0-255 arasında olan 4 ədədin ardıcıllığından
ibarətdir. misal üçün 213.145.63.234 kimi.
Yəni hosting problemin həll etdikdən sonra istifadəçilər sizin səhifəyə
daxil ola bilmək üçün web browserlərindən sizin host kompüterin İP
ünvanın daxil etməlidirlər.
http:www.sizinsaytinizinadi.com əvəzinə 213.145.63.234 kimi bir şey.
Bu problem siz domen adı aldıqdan sonra həll olunur.
Bu mövzu DNS nədir? sualında ətraflı izah olduğundan
keçidi yerləşdirirəm.
http://cavablar.net/2011/05/06/dns-n%C9%99dir/

Onu deyim ki, bu xidmətlərdən istifadə etmək üçün mütləq pul ödəmək vacib
deyil, pulsuz da çoxlu xidmətlər göstərilir, internetdən free hosting,
free domain kimi axtarışlar edin.
Youtubdan da bunun necə edildiyin izləyə bilərsiniz, nümunə üçün
http://www.youtube.com/watch?v=TiDvtPkGBuc
Əgər ingilis dili ilə bağlı çətinliyiniz olsa onda deyərsiniz Azərbaycan
dilində video material hazırlayaq.

Hələlik.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (19:57, 12/11/2012 ) #22642

    Azərbaycan dilində video material lazımdır.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - Rus dilindən mətni tərcümə etmək (8 saat əvvəl)

Cənab cavab verdi - Almanca söz bazası yığmaq (3 gün əvvəl)

rdrobert cavab verdi - Mikrofon süngərinə yazı (4 gün əvvəl)

rdrobert cavab verdi - Yerli virtual olaraq dost tapmaq platforması (4 gün əvvəl)

rdrobert cavab verdi - Almanca söz bazası yığmaq (4 gün əvvəl)

rdrobert cavab verdi - Playstation 4 almaq, Playsation klub açmaq (4 gün əvvəl)

rdrobert cavab verdi - Proqramistin ixtsasi hansidir? (4 gün əvvəl)

Software Developer cavab verdi - Azercell Kabinetim aplikasiyasında İstəSən tarifi haqqında (5 gün əvvəl)

Software Developer cavab verdi - Proqramistin ixtsasi hansidir? (5 gün əvvəl)

byshako cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (16 gün əvvəl)

rdrobert cavab verdi - Honeygain, passiv gelir (17 gün əvvəl)

rdrobert cavab verdi - Xaricdən telefon getirmek (17 gün əvvəl)

rdrobert cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (17 gün əvvəl)

rdrobert cavab verdi - AliExpress, Telefon, Rüsum (17 gün əvvəl)

MiMov cavab verdi - Özəl ip tv qurmaq (25 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23234 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024