Salam. Mən Google Account-umu hotmail adresimlə açmışdım, həmin accountda mənə çox lazımlı servislər, məs. analytics, blogger, calendar, feedburner və s. hesablarım var. Amma istəyirəm Google Account-umu hotmail-dən gmail-ə dəyişim. Nə qədər cəhd göstərirəm, alınmır, deyir gmail adresinizi google accountda istifadə edə bilməzsiniz. Bunun başqa yolu var?
Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)
0
Salam. Mən bildiyim qədərilə bu mümkün deyil. Siz başqa maillə google-da qeydiyyatdan keçmisiniz və sizin google pasport İD-niz məhz həmin emaildir, ona görə dəyişmək olmayacaq.
Siz niyə gmailə keçirmək istəyirsiniz ki hotmail emailini? Axı burda problem yalnız @ işarəsindən sonrakı hissəsin hotmail yox gmail olmasıdır, buna isə göz yummaq məncə çətin olmaz. Məhz bu hesabınıza uyğun gmail ünvanı istəyirsinizsə, bu da dolayı yolla mümkündür, istənilən adda gmail açın, hotmail ünvanı bağlayın gmail ünvana, 1. Həm hotmailə gələnlər yeni gmailinə gəlmiş olsun, həm də hotmail emailinin adından gmaildən məktub yaza biləsiniz.
0
salam, deye bilersizmi men googlede ne vaxtsa axtardigim movzulari nece silim?her defe nese axtaranda boyuk siyahi acilir.mumkunse cavabi emaille gondererdiz,twkler
0
Söz çıxarkən aşağı ox işarəsini basın həmin söz seçilsin. Sonra sadəcə delete basın.
Sual verin
Cavab verin