Verilmiş və sayı 2650-ni ötən sualların 99.88 %-i cavablanmışdır.

Bu o deməkdir ki, sizin vermək istədiyiniz sualın cavablanmamaq ehtimalı 1/100-dən də azdır.

Cavablanmamış suallara nəzər salaq

  ebay   PayPal   windows   wordpress   sayt   php   java   internet   Windows 7   domen   ubuntu   YouTube   oyun   Android   mysql   video   google   c++   DLE   LİNUX   notebook   hosting   Nokia   hostinq   chrome   domain   modem   HTML   proqram   Delphi   elektron ticarət   telefon   adsl   antivirus   parol   blackberry   kompyuter      iphone   format   Windows7   samsung   HP   Kompüter   termin   wi-fi   Server   cms   laptop   

Sual vermək üçün sağ sütundan "Üzvlər üçün giriş" bölməsindən hesaba daxil olun, hesabınız yoxdursa qeydiyyatdan keçin və ya birbaşa Facebook connect düyməsi ilə avtomatik qeydiyyatdan keçin.


Suallar IT sferaya aid olmalıdır(Kompyuter, internet, proqramlaşdırma, elektron ticarət və.s.).
Cavabını axtardığınız sualı əvvəlcə burada qısa cümlə ilə yazıb axtarın, ola bilsin ki, o sual daha əvvəl verilib və cavablandırılıb:
Loading

eBayda qiymət fərqliliyi

ebayda eyni satıcının satdığı eyni telefon markalarının qiymətləri fərqlidi? Bunun səbəbini bilirsizsə xahiş edirəm məlumat verin.

Kateqoriya: Elektron alış-veriş . Açar sözlər: . Qısa keçid.

Verilmiş cavablar və edilən şərhlər

eBayda qiymət fərqliliyi sualına 23 cavab var
  1. Bəyənilsin Zəif cavabdır kiber
    (Profil) (17:56, 29/08/2011 )

    Səbəbləri çox ola bilər.
    Misalçün,
    1. eyni malı müxtəlif qiymətlərlə göstərməklə alıcını özünə cəlb edir. Təki malı satılsın.
    2. malların təzə və ya işlənmiş olmasına görə də dəyişə bilər.
    3. Ola bilər dəyəri göndərilmə qiyməti ilə bir yerdə qeyd edilib
    və s.

  2. Bəyənilsin Zəif cavabdır Arzu
    (13:59, 30/08/2011 )

    1 sualım daha var, ebay Amrika saytı olduğu üçün yəqin ki, satılan telefonlarda original olarda? yoxsa başqa variat da var

    • Bəyənilsin Zəif cavabdır admin
      (Profil) (15:28, 30/08/2011 )

      Ebay özü heç nə satmır, sadəcə vasitəçidir. satanların çoxu Honkonq və çinlilərdir. Mallar da original da ola bilər, geydirmə də. Siz hər satıcının səhifəsinə keçəndə onun reytinqinə baxın, əgər 98-99% və daha çoxdursa, deməli o satıcıya etibar etməyə dəyər, o faizlər əvvəlki alıcıların məmnuniyyətini göstərir

  3. Bəyənilsin Zəif cavabdır Arzu
    (20:43, 30/08/2011 )

    Mən bir neçə gün əvvəl ebayda telefon sifariş vermişdim 236$-a amma pulu hələ ödəməmişdim indi telin qiyməti 498$ olub. Amma mənə belə msj gəldi ki siz daha əvvəl sifariş verdiyiniz üçün əvvəlki qiyməti ödəməlisiz. 236 dolları ödədikdən sonra yazılıb ki qalan miqdarı da ödəyin. Başa düşmürəm indi mən onu almaq üçün 236$ yoxsa 498$ ödəməliyəm?

    • Bəyənilsin Zəif cavabdır kiber
      (Profil) (23:11, 30/08/2011 )

      Məncə belə bir şey ola bilməz.
      Çünki 236 USD olan zaman “Buy it Now” düyməsini sıxmısınızsa, siz həmin qiymətə də almalısız.
      Siz indi 236 dolları ödəmisiz yoxsa … ?

  4. Bəyənilsin Zəif cavabdır Arzu
    (00:05, 31/08/2011 )

    Ödəmişəm. Birdəki satıcının reytinqi 98.5%-dir və “top-reted seller” -dir. telefonun originallığına nədənsə şübhəm var çünki bəzi satıcılarda hətta 600$-dan çoxdu qiyməti bu qiymət fərqi qəribədi bu haqda sual vermişdim ona cvb yazmamışdı əgər oroginal olmasa qaytarmaq imkanım var?

    • Bəyənilsin Zəif cavabdır kiber
      (Profil) (00:40, 31/08/2011 )

      Siz ən yaxşısı aldığınız malı göstərin (ebayda olan ünvanını bura yazın). Onda daha aydın olar cavablarımız.

  5. Bəyənilsin Zəif cavabdır Arzu
    (01:01, 31/08/2011 )

    new white blackberry bold 9000 AT&T GSM CAMERA WIFI PDA, satıcısı sidekicksandmore

    • Bəyənilsin Zəif cavabdır kiber
      (Profil) (02:12, 31/08/2011 )

      Tapdım. Çox güman bu telefondur.
      http://www.ebay.com/itm/NEW-WHITE-BLACKBERRY-BOLD-9000-AT-T-GSM-CAMERA-WIFI-PDA-/280726790337?pt=Cell_Phones&hash=item415c9ee0c1

      Belə olan vəziyyətlərdə fikir verin, Unlocked olmağına. Çünki indi seçdiyiniz telefon istənilən şəbəkədə işləməyəcək. AT&T GSM üçün hazırlanıb.
      Ona görə qiyməti də digərləri ilə müqaisədə aşağıdır.

      Siz telefon seçərkən Unlocked yazısına da fikir verin. Ümumiyyətlə ebaydan telefon almaq sizə sərf etməyəcək, ən yaxşısı gedib yerli mağazalardan almaqdır. ;)

  6. Bəyənilsin Zəif cavabdır Arzu
    (10:43, 31/08/2011 )

    Hansı problem yaranır ki sərf etməyəcəyini fikirləşirsiz? Mən satıcıdan soruşmuşdum dedmişdiki istənilən ölkədə işlətmək olar, aşağıdakı məlumatlarda unlocked AT&T yazılmışdı. Birdəki nəhayət sualıma cvb gəldi. Deyir ki, biz saxta telefonlar satmırıq bu qeyri-qanuni olur.

    • Bəyənilsin Zəif cavabdır kiber
      (Profil) (14:14, 31/08/2011 )

      Problem yaranmır. Sadəcə xərci çox çıxacaq.
      Belə almaq fikriniz qətidirsə, alın hər şeyi praktik olaraq görün.
      TOP seller statusu olan satıcılara çox vaxt etibar etmək olar.

  7. Bəyənilsin Zəif cavabdır Arzu
    (14:29, 31/08/2011 )

    Artıq pulu ödəmişəm dediklərinə görə 6-sı gəlməlidi. Əlavəxərc nəyə deyirsiz, gömrükdə saxlaNma ehtimalına görə? Bilmirsiz təxminən nə qədər alarlar?

  8. Bəyənilsin Zəif cavabdır Arzu
    (17:46, 31/08/2011 )

    birdəki bilmirsiz gömrükdən mal keçəndə yalnız malın öz qiyməti limit 200$ nəzərdə tutulur yoxsa yol xərci ilə birlikdə qiymətinə baxırlar?

    • Bəyənilsin Zəif cavabdır kiber
      (Profil) (18:43, 31/08/2011 )

      Bəli yol xərci ilə birgə hesablanır.
      Gömrükdə səhv etmirəmsə 33% ya da 36% vergisini verməli olacaqsız.

      Əlavə xərc. Göndərilmə haqqı, vergisi.
      Məgər burda belə bahadır ki o telefon, ebaydan almağa qərar verdiniz?

  9. Bəyənilsin Zəif cavabdır Arzu
    (19:09, 31/08/2011 )

    Burdaki qiymətini bilmirəm, ebayda gördüm xoşum gəldi. Burda neçiyədiki bilirsiz?

    • Bəyənilsin Zəif cavabdır kiber
      (Profil) (19:21, 31/08/2011 )

      Həmin model bilmirəm satılır ya yox, amma 350-490 AZN arası BB-nin təzə modellərindən almaq olardı. Sizsə 2008-in modelini almısız.
      Yenə də öz işinizdir, xeyirli olsun.
      Gəlib çatma gedişatı haqqında bura da yazsanız, məlumatımız olardı. Sadəcə maraqlıdır necə gəlib çıxacaq. Olar?

  10. Bəyənilsin Zəif cavabdır Arzu
    (20:02, 31/08/2011 )

    Deyəsən heç də xeyirli olmayacaq bu gedişlə. İnşallah gəlib çıxsa yazaram.

  11. Bəyənilsin Zəif cavabdır Arzu
    (20:45, 31/08/2011 )

    1 sualım daha var satıcı qiyməti az göstərsə bunu bilərlər yəni bank hesabından nə qədər pul köçürüldüyünə baxarlar? daha böyük problemlər yaranar yəni 85 manata görə başım daha çox ağrımazki?

    • Bəyənilsin Zəif cavabdır kiber
      (Profil) (00:18, 01/09/2011 )

      Bax bu sual sual olaraq qalır. Bu haqqda heç bir məlumatım yoxdur. Özüm də risk etmək istəmişəm, amma etməmişəm. Yenə də sınamağa dəyər.
      Əgər sonda hər ehtimala qarşı həmin 85 manatı ödəməyə hazırsınızsa. ;)
      Amma onlar həmin mal üçü paypalla nə qədər pul ödədiyinizi tələb edə bilərlər.

  12. Bəyənilsin Zəif cavabdır Arzu
    (11:11, 01/09/2011 )

    Hesabımdan 236.92$ çıxıldığını görə bilərlər amma onlar nə bilirki mən o pula nə almışam bəlkə bir neçə şey almışam onlar da başqa vaxt gələcək çünki keçən dəfə hesabımı yoxladanda bankda soruşdular ki 130$-a nə almısız? yəni pulun köçürüldüyünü bilirlər neçə maddə aldığıvı bilmirlər deyəsən.
    Axırda bilsələr 85 manatı ödəyərəm daha başqa problemləri soruşuram yəqin ki bu fırıldaqçılıq adlanır da tutsalar başqa cəzalar olmazki onu fikirləşirəm?

    • Bəyənilsin Zəif cavabdır kiber
      (Profil) (02:00, 02/09/2011 )

      Ən azından sizə gələn malın üzərində invoysda qeyd ediləcək qiyməti. shipinglə birgə. Belə olduqda niyə də bilməsinlər?

      Hər bir halda qanunu pozmaq düzgün deyil.
      Sözsüz ki bunun da bir cəzası var, çox güman cərimə tətbiq edə bilərlər.
      Amma dəqiq məlumatım yoxdur. Təəssüf.

  13. Bəyənilsin Zəif cavabdır Sema Zeynalova
    (Profil) (03:54, 12/02/2012 )

    ebaydan nece sifaris vermek olar????????

    • Bəyənilsin Zəif cavabdır Elvin Hacı
      (Profil) (12:34, 12/02/2012 )

      Bu barədə Cavablar.net-də 100-ə yaxın cavab var, uyğun suallara baxa bilərsiniz


Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Elektron jurnal

Cavablar.net saytında yığılan sual-cavab bazası əsasında periodik olaraq PDF formatında elektron jurnallar dərc olunur. İndiyədək 3 belə e-jurnal buraxılıb, bundan sonrakı jurnalların hazırlanmasını siz özünüz də edə bilərsiniz.

Düzgün yazılış

Sual və cavab yazarkən mütləq çalışmalıyıq ki dil qaydalarına uyğun sual və cavablar yazaq. Bununla da oxşar suallarla internetdə axtarış edəcək soydaşlarımızın işini asanlaşdırmış, onlara fayda vermiş olarıq.