Verilmiş və sayı 2650-ni ötən sualların 99.88 %-i cavablanmışdır.

Bu o deməkdir ki, sizin vermək istədiyiniz sualın cavablanmamaq ehtimalı 1/100-dən də azdır.

Cavablanmamış suallara nəzər salaq

  ebay   PayPal   windows   wordpress   sayt   php   java   internet   Windows 7   domen   ubuntu   YouTube   oyun   Android   mysql   video   google   c++   DLE   LİNUX   notebook   hosting   Nokia   hostinq   chrome   domain   modem   HTML   proqram   Delphi   elektron ticarət   telefon   adsl   antivirus   parol   blackberry   kompyuter      iphone   format   Windows7   samsung   HP   Kompüter   termin   wi-fi   Server   cms   laptop   

Sual vermək üçün sağ sütundan "Üzvlər üçün giriş" bölməsindən hesaba daxil olun, hesabınız yoxdursa qeydiyyatdan keçin və ya birbaşa Facebook connect düyməsi ilə avtomatik qeydiyyatdan keçin.


Suallar IT sferaya aid olmalıdır(Kompyuter, internet, proqramlaşdırma, elektron ticarət və.s.).
Cavabını axtardığınız sualı əvvəlcə burada qısa cümlə ilə yazıb axtarın, ola bilsin ki, o sual daha əvvəl verilib və cavablandırılıb:
Loading

Microsoft Dream Spark və AzTU

Salam
Mən Azərbaycan texniki universitetinin tələbəsiyəm
Micrsoft Dreamspark lahiyəsi çərçivəsində Microsoft Visual Studio proqramlarını(proqramlaşdırma sahəsində) tələbələr pulsuz yükləyib istifadə edə bilərlər.
Dəstəklənən universitetler siyahisinda Azərbaycan Texniki Universitetinin də adı var
lakin mənə universitetimin saytıyla bağlı(.edu) e-mail ünvanı lazımdır
Onu necə və hardan əldə edə bilərəm?

Kateqoriya: Emaillə bağlı məsələlər . Açar sözlər: , , , , , , , . Qısa keçid.

Verilmiş cavablar və edilən şərhlər

Microsoft Dream Spark və AzTU sualına 11 cavab var
  1. Bəyənilsin Zəif cavabdır admin
    (Profil) (11:10, 06/09/2011 )

    Salam. Bununla bağlı mütləq universitetdəki İT bölməsinə müraciət etmək lazım. O tip maillər manual olaraq yaradılır və bu imkan ancaq sayt administratorunda olur.

  2. +1 Bəyənilsin Zəif cavabdır L-mar Abbasov
    (Profil) (13:41, 06/09/2011 )

    Mən hələ bu il qəbul olunmuşam və hələ universitetde olmamişam
    Hərhalda düşünürdümki bunu belə etmək mümkündür
    Təşəkkür

    • +1 Bəyənilsin Zəif cavabdır admin
      (Profil) (14:01, 06/09/2011 )

      Xeyr, mümkün deyil. Bu universitet daxili işdir. Uğurlar sizə təhsilinizdə.

  3. +2 Bəyənilsin Zəif cavabdır Bahruz Garamammadov
    (Profil) (10:23, 08/09/2011 )

    .edu və ya hər ölkənin özünə məxsus təhsil müəsisələrinə verdiyi domain adı lazımdır DreamSpark proyektindəki pulsuz proqramlardan istifadə etmək üçün. Azərbaycanda bu səhv etmirəmsə edu.gov.az-dır. Ama bizim universitetlər İKT-ni dəhşət güclü istifadə etdikləri üçün demək olar tələbə, müəllimləri bu cür emaillərlə təmin etmirlər. Çətin ki AzTU-da bu işi görmüş olsun.
    DreamSpark-a gəldikdə Microsoftun ənənəvi marketinqindən başqa bir şey deyil. Məqsəd tələbələrin alt şüuruna MİCROSFTu yeritməkdir. O layihənin verdyi app-lar həmişəlik hədiyyə deyil. Universiteti bitirdikdən sonra avtomatik olaraq məhsul üçün update-lər kəsilir. 4 il bu məhsuldan istifadə etmiş tələbə məcbur olub pul verib alır. Elektron məhsullarla bağlı dəyişən xərc sıfır dollar olduğuna görə Microsoft bir şey itirmir əksinə switching cost (yəni başqa məhsula keçmək çətin olur) yaradır müştəri üçün.
    OpenSource bütün dərdlərin dərmanıdır:) Eyni zamanda microsoftun express edition məhsullarını da istifadə edə bilərsiniz. normalda təhsil üçün kifayət edir.

  4. +1 Bəyənilsin Zəif cavabdır ahmed
    (12:18, 08/09/2011 )

    Belə məlum olur ki, İT sahəsi üzrə təhsil alacaqsan. Mən Bakı Dövlətin TRK
    fakultəsini bitirmişəm. Sənə qardaş məsləhəti verirəm.
    Bacardığın qədər Microsoftdan, onun bütün proqram məhsullarından, o cümlədən
    Windows ailəsi ə.s. -ri, Visual Studio kompilyatorlar paketi, v.s. və onları
    dolayı dəstəkləyən bütün proqram təminatından (Delphi v.s.) bacardığın qədər
    uzaq ol. Öz proqramlaşdırma təcrübəni bu cür şeylərlə zəhərləmə.
    Əgər bu sahə üzrə niyyətin ciddidirsə dərhal keç Linux-a. Əsl proqramçıların
    sistemi. Hər şey pulsuz, açıq kodla. Yuxarıda yazılanları oxuyuram dəhşətə
    gəlirəm. Sən haradasa üzv olmalısan, 4 ildən sonra update dayanır …
    Biabırçılıq.
    www.kernel.org Linux nüvəsi pulsuz yüklə, hamı üçün.
    www.gnu.org gcc kompilyatoru pulsuz yüklə, hamı üçün.
    …..
    nüvədən tutmuş mətn redaktoruna qədər hər şey açıq kodla, pulsuz, hamı üçün.

  5. +1 Bəyənilsin Zəif cavabdır L-mar Abbasov
    (Profil) (19:21, 10/09/2011 )

    Çox sağolun hamınız məsləhətlərə görə
    Əhməd mənim microsoftla elə də probıemim yoxdur…hərhalda bir-çoxları onun məhsullarından istifadə edir
    Opensource hərhalda normal halda satılan bir proqramdan üstün olmaz,ona gorə istəyirəm müvəqqəti də olsa istifadə edim,sadəcə maraqlı gəldi Firəvan ölkəmizdə İT təhsil alanlar üçün necə imkanlar var…

    • +2 Bəyənilsin Zəif cavabdır admin
      (Profil) (21:20, 10/09/2011 )

      Səhv də burdadır. Open Source-lar heç də kommersiyalardan zəif olmur, əksinə əksər hallarda güclü olur. Linux vs Windows məsələn. Kommersiyaların əsas üstünlüyü o ki “hazır olsun, asan olsun” prinsipidir. Open Source-larda isə bir növ özün yığıb, seçib, analiz edib yığırsan lazımi alətləri əl altına. Bir sözlə nə asandır, nə də hazır. Amma əvəzində pulsuzdur, daha keyfiyyətlidir, daha təhlükəsizdir və.s. Məncə proqramlaşdırma sahəsinə daxil olmuş şəxs asanlıq, hazırlıq dalıyca getməməlidir. Özü özünə yaratmalıdır o “asanlıq, hazırlılığı”.

  6. +1 Bəyənilsin Zəif cavabdır L-mar Abbasov
    (Profil) (21:44, 10/09/2011 )

    Admin,cavabınız çox xoşuma gəldi
    Ama mənə *hələlik* asan və hazır lazımdır…proqramlaşdırma sahəsinə təzə başlamışam və open-source proqramları öz istəyimə uyğunlaşdırmağı bacarmıram
    1 şey də var ki Opensource olan proqramın developer-i bundan hansısa gəlir gözləmirsə və onun *ixtirası* heç bir pullu mənbəyə dayanmırsa,bunun nəticəsinin də professional olması həmişə mümkün olmur

    • +1 Bəyənilsin Zəif cavabdır admin
      (Profil) (22:47, 10/09/2011 )

      Son abzasınızla razı deyiləm, orda səhv anlaşılma olub bir az. Developer hansı platformada işləyir işləsin, bunun onun pul qazanmasına nə dəxli? Axı biz demirik ki, siz open source istehsalçısı olun gələcəkdə, biz dedik open source platformalarda işləyin. Pulu da orda qazanın.
      Hələ ki öyrənin, amma .NET-ə filan aludə olmayın. Sonrası yaxşı olar. :)

  7. +1 Bəyənilsin Zəif cavabdır ahmeds
    (10:42, 11/09/2011 )

    Open Source pulsuz demək deyil. Open Source o deməkdir ki, sən proqramın
    mənbə kodun əldə edə bilərsən, pulsuz, dəyişə bilərsən, başqa şəxsə
    ötürə bilərsən. Amma əgər proqramı kompilyasiya edib ikili fayl alsan,
    onu sata da bilərsən . Yəni Open Source ilə əldə etdiyin proqram bir növü
    sənin mülkiyyətinə çevrilir. Amma çox hallarda open source proqramçıları
    öz etdiyi yaxşı dəyişikləri hamının görə bilməsi üçün open source
    qrupuna təqdim edirlər. Misal üçün mən saytlarda Open source developer
    kimi işlərə baxıram. Nümunə kimi open source gcc kompilyatorunu
    verilimiş linux distro üçün və ya xüsusi arxitekturalı cpu üçün tuning
    etmək(uyğunlaşdırmaq, optimallaşdırmaq) tələb olunur.
    Amma üçüncü şəxsə sata bilmək məsələsi bütün open source proqramlara aid deyil
    bunun üçün müxtəlif lisenziyalar mövcuddur. Misal üçün GPL lisenziyası satmağa icazə verir səhf eləmirəmsə. Amma bizim üçün (Azərbaycan reallığı)
    məsələnin gəlir tərəfi əsas deyil. Biz open sourcedan əsasən örgənmək üçün istifadə edirik. Çünki nə əməliyyatlar sisteminin
    əasasları, nə kompilyatorların iş prinsipi, nə kompüter
    arxitekturası bizim universitetlərdə tədris olunmur. Belə
    halda harwardda oxumağa
    imkanı olmayanlar üçün , OPEN SOURCE yeganə çıxış yoludur.

  8. +1 Bəyənilsin Zəif cavabdır L-mar Abbasov
    (Profil) (12:47, 11/09/2011 )

    Əhməd məni düz başa düşdü =)
    OpenSource barədə fikrimi dəyişə bildiniz)
    Bəs onda C++ üçün hansı İDE məsləhət görəbilərsinizki OpenSource olsun?


Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Elektron jurnal

Cavablar.net saytında yığılan sual-cavab bazası əsasında periodik olaraq PDF formatında elektron jurnallar dərc olunur. İndiyədək 3 belə e-jurnal buraxılıb, bundan sonrakı jurnalların hazırlanmasını siz özünüz də edə bilərsiniz.

Düzgün yazılış

Sual və cavab yazarkən mütləq çalışmalıyıq ki dil qaydalarına uyğun sual və cavablar yazaq. Bununla da oxşar suallarla internetdə axtarış edəcək soydaşlarımızın işini asanlaşdırmış, onlara fayda vermiş olarıq.