Ilk antivirus proqramı


Dünyanın ilk antivirus proqramı hansı olub?


Yadda saxlama
Kateqoriya: Millibyte İTM qrupundan seçmələr . , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

(00:01, 11/10/2011 ) #4160

Cavabı Xəyal Kərim verir:
Gəlin ilk öncə dünyanın ilk virusunu aydınlaşdıraq. Mənbələrdən məlum olur ki, ilk virus 1971-ci ildə Creeper Virus adı ilə peyda olub və ARPANET şəbəkəsi ilə yayılıb. İlk dəfə bu virus ilə yoluxma baş verəndə kompüterin ekranında “I’m the creeper, catch me if you can!” (“Mən creeperəm, bacarırsansa məni tut!”) mesajı çıxıb. Bu virusun öhdəsindən The Reaper adlı proqram gəlib Lakin bu proqramı ilk antivirus adlandırmaq doğru olmazdı, çünki o zamana qədər İT terminologiyasında “virus” sözü hələ yox idi. Termin olaraq virus sözü ilk dəfə olaraq 1983-cü ildə amerikalı informatika alimi Frederick B. Cohen tərəfindən leksikona daxil edilib. Daha sonralar Creeper-i izləyən bir çox viruslar ortaya çıxıb, lakin rəsmi olaraq ilk antivirus proqramı bir neçə il sonra işıq üzü görüb. Bu proqram self-reproduction (öz-özünə reproduksiya) adlanıb. Bunun mənası bu idi ki, bu proqram virusu özünü kopyalamaqdan imkanından məhrum edirdi, lakin virusun özünü kompüterdən silmirdi. Qeyd etmək lazımdır ki, bu proqram indiki antiviruslar kimi kompüterin tam mühafizəsini təşkil etmirdi. O ki qaldı, virusu silən (aradan qaldıran) ilk antivirus proqramına, güman edilir ki, bu proqram 1987-ci ildə Bernd Fix tərəfindən tərtib edilib. Bu antivirus proqramı Vienna Virus adlı virusu silməsi ilə məşhurluq qazanmışdır. Yeri gəlmişkən onu da deyək ki, bu virus ən stajlı virus kimi hələ də ortalıqda gəzən bir virus olaraq qalmaqdadır. Bəziləri isə belə hesab edirlər ki, Fix dünyanın ilk antivirusu olmaya da bilər, belə ki, təxminən eyni zamanda Atari korparasiyası G Data Software şirkəti ilə birlikdə G Data adlı antivirusu təqdim etmişdir. İndi bu məsələ bir qədər mübahisəli qalsa da biz ilk antivirusçuları dərin minnətdarlıq hissi ilə yad etməliyik ki, onlar ilk zamanlardan bizim təhlükəsizliyimizin qeydinə qalmışdılar

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

MiMov cavab verdi - Özəl ip tv qurmaq (3 gün əvvəl)

MiMov cavab verdi - iptv onlayn paket almaq (3 gün əvvəl)

E. Hacı cavab verdi - 300$ Gömrük Limitini keçdim (10 gün əvvəl)

Software Developer cavab verdi - Aliexpress gömrük rüsumu nəyə görə hesablanır? (11 gün əvvəl)

AliyevYT cavab verdi - Honeygain, passiv gelir (12 gün əvvəl)

Sıradan biri cavab verdi - IMEI qeydiyyatı (14 gün əvvəl)

Fariz Huseynli cavab verdi - cerimenin öyrənilməsi (17 gün əvvəl)

Software Developer cavab verdi - cerimenin öyrənilməsi (19 gün əvvəl)

Software Developer cavab verdi - Kapital bank rekvizit payoneer (19 gün əvvəl)

Software Developer cavab verdi - Hər hansı kompyuter proqramının (EXE faylı) etibarlı olub olmaması yəni qanuni və ya saxta olduğunu necə bilmək olar ? (19 gün əvvəl)

txmn cavab verdi - Hərbi biletsiz, möhlətsiz iş (21 gün əvvəl)

Galaxy cavab verdi - X-də (Twitter) premium abunəliklə bağlı çətinlik (21 gün əvvəl)

Rsad Ncfli cavab verdi - Payonner 2024 ilə bağlı sual (27 gün əvvəl)

Software Developer cavab verdi - Payonner 2024 ilə bağlı sual (27 gün əvvəl)

Rsad Ncfli cavab verdi - Payonner 2024 ilə bağlı sual (27 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23229 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024