Verilmiş və sayı 2650-ni ötən sualların 99.88 %-i cavablanmışdır.

Bu o deməkdir ki, sizin vermək istədiyiniz sualın cavablanmamaq ehtimalı 1/100-dən də azdır.

Cavablanmamış suallara nəzər salaq

  ebay   PayPal   windows   wordpress   sayt   php   java   internet   Windows 7   domen   ubuntu   YouTube   oyun   Android   mysql   video   google   c++   DLE   LİNUX   notebook   hosting   Nokia   hostinq   chrome   domain   modem   HTML   proqram   Delphi   elektron ticarət   telefon   adsl   antivirus   parol   blackberry   kompyuter      iphone   format   Windows7   samsung   HP   Kompüter   termin   wi-fi   Server   cms   laptop   

Sual vermək üçün sağ sütundan "Üzvlər üçün giriş" bölməsindən hesaba daxil olun, hesabınız yoxdursa qeydiyyatdan keçin və ya birbaşa Facebook connect düyməsi ilə avtomatik qeydiyyatdan keçin.


Suallar IT sferaya aid olmalıdır(Kompyuter, internet, proqramlaşdırma, elektron ticarət və.s.).
Cavabını axtardığınız sualı əvvəlcə burada qısa cümlə ilə yazıb axtarın, ola bilsin ki, o sual daha əvvəl verilib və cavablandırılıb:
Loading

Java-da yazdığım proqramı MAC üçün necə edim?

Salam. Javada yazdığım proqramı MAC üçün necə edim ki, onu Macintoshda quraşdırmaq olsun. Yəni dmg formatdamı olmalıdı?

Bir dmg düzəltmişəm, MAC-ım olmadığı üçün yoxlaya bilmirəm işləyir ya yox. Kimdə varsa yoxlaya bilərmi?

http://xurcun.info/jas5jmmm09w6/eng-aze_dictionary.dmg.html

Çox sağolun.

Kateqoriya: Java . Açar sözlər: , , , . Qısa keçid.

Verilmiş cavablar və edilən şərhlər

Java-da yazdığım proqramı MAC üçün necə edim? sualına 3 cavab var
  1. Bəyənilsin Zəif cavabdır Ramin Orucov
    (Profil) (00:58, 01/11/2011 )

    Əleykə salam. Javada yazılmış proqramlar jar formatında olur. Mac OS üçün xüsusi nəsə etmək lazım deyil. Terminalda java -jar sizinproqram.jar yazıb işlədə bilərsiniz, və ya bunu shell script kimi hazırlayıb, elə işlədə bilərsiniz.

  2. +3 Bəyənilsin Zəif cavabdır NModern
    (Profil) (00:27, 04/11/2011 )

    İşdə burasındadır ki, yazdığım Java proqramını kompilyasiya edəndə yanında lib adında qovluq yaranır, kiməsə yükləməyə verəndə də gərək ki arxivə salım. Sonradan istifadəçiləri başa salmaq ki bəs bu arxivdən çıxart, sonra filan şeyi işə sal və s. bunlar qəlizdi. Mümkün deyilmi ki bu proqramı quraşdırıla bilən formata salım? Məsələn vvindovs üçün olan variantda C++ da bir exe fayl yaratmışam hansı ki, “java -jar proqram.jar” bunu çağırır nəticədə proqram işə düşür. Həm də exe olduğu üçün onun üçün quraşdılrılma da düzəltmək olur. İndi həmin şeyi MAC üçün də etmək istəyirəm. Və yaxud da heç olmasa bu proqramı lib qovluğu yaranmadan necə kompilyasiya edim? NetBeansda işləyirəm.

    • Bəyənilsin Zəif cavabdır Jamil Gasimov
      (Profil) (20:29, 27/11/2011 )

      Lib-ləri bir fayla yığmaq üçün One-Jar-dan istifadə edə bilərsən. (http://one-jar.sourceforge.net/)
      MacOS unix-like sistem olduğu üçün bash scriptləri dəstəkləyir.
      Scriptin birinci sətiri:

      #!/bin/bash

      olmalıdır. Sonra jar faylını çağıra bilərsən.
      Extension .command olmalıdır və execute permission vermək lazım olacaq fayla:

      chmod +x scriptname.command

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Elektron jurnal

Cavablar.net saytında yığılan sual-cavab bazası əsasında periodik olaraq PDF formatında elektron jurnallar dərc olunur. İndiyədək 3 belə e-jurnal buraxılıb, bundan sonrakı jurnalların hazırlanmasını siz özünüz də edə bilərsiniz.

Düzgün yazılış

Sual və cavab yazarkən mütləq çalışmalıyıq ki dil qaydalarına uyğun sual və cavablar yazaq. Bununla da oxşar suallarla internetdə axtarış edəcək soydaşlarımızın işini asanlaşdırmış, onlara fayda vermiş olarıq.