Verilmiş və sayı 2650-ni ötən sualların 99.88 %-i cavablanmışdır.

Bu o deməkdir ki, sizin vermək istədiyiniz sualın cavablanmamaq ehtimalı 1/100-dən də azdır.

Cavablanmamış suallara nəzər salaq

  ebay   PayPal   windows   wordpress   sayt   php   java   internet   Windows 7   domen   ubuntu   YouTube   oyun   Android   mysql   video   google   c++   DLE   LİNUX   notebook   hosting   Nokia   hostinq   chrome   domain   modem   HTML   proqram   Delphi   elektron ticarət   telefon   adsl   antivirus   parol   blackberry   kompyuter      iphone   format   Windows7   samsung   HP   Kompüter   termin   wi-fi   Server   cms   laptop   

Sual vermək üçün sağ sütundan "Üzvlər üçün giriş" bölməsindən hesaba daxil olun, hesabınız yoxdursa qeydiyyatdan keçin və ya birbaşa Facebook connect düyməsi ilə avtomatik qeydiyyatdan keçin.


Suallar IT sferaya aid olmalıdır(Kompyuter, internet, proqramlaşdırma, elektron ticarət və.s.).
Cavabını axtardığınız sualı əvvəlcə burada qısa cümlə ilə yazıb axtarın, ola bilsin ki, o sual daha əvvəl verilib və cavablandırılıb:
Loading

Bəzi İT Terminlərin tərcüməsi -3

Salam. aşağıdakı sözlərin tərcüməsinə kömək etməyinizi xahiş edirəm.
Obyekt yönümlü proqramlaşdırmaya aid bir məqalə hazırlamaq istəyirəm,
terminləri necə tərcümə etməyi bilmirəm.

İnheritens — Varislik , nəsilvermə ?

base class – ata sinif, əcdad sinif ?

child class – övlad sinif, uşaq sinif ?

Təşəkkürlər.

Kateqoriya: Termin tərcüməsi . Açar sözlər: . Qısa keçid.

Verilmiş cavablar və edilən şərhlər

Bəzi İT Terminlərin tərcüməsi -3 sualına 4 cavab var
  1. +1 Bəyənilsin Zəif cavabdır admin
    (Profil) (16:39, 20/12/2011 )

    Salam.
    1. Varislik.
    2. Baş sinif.
    3. Alt sinif
    Ailə terminlərinin İT-də istifadəsi bizim dilə nəsə oturuşmur sanki, fikri daha aydın çatdırmaq əvəzinə, əksinə yayındırır :)

  2. Bəyənilsin Zəif cavabdır ahmed
    (Profil) (18:50, 20/12/2011 )

    Baş sinif uyğun tərcüməyə oxşayır, amma alt sinif tərcüməsi üzərində
    biraz sual yaranır. İngilis dilində sub hissəciyi var alt mənasında işlənir.
    Çoxluq – alt çoxluq. Set – subset v.s.
    Yəni alt çoxluq baş çoxluğun hər hansı bir hissəsi mənasını verə bilər.
    Ancaq bu halda törəmə sinif ata sinifin bütün həddlərini irsən qəbul edir,
    onun alt hissəsi deyil.

    Bundan əlavə parent child münasibətləri təkcə siniflərdə deyil bir çox
    başqa yerlərdə də var. Misal üçün proseslər: parent process and child process.
    Burada baş proses və alt proses işlətsək onda mənadan yayanar.
    Müqaisə edin:
    parent process, child process – baş proses, alt proses

    Məncə parent, child terminlərinə bütün bunları nəzərə alıb bir tərcümə tapmaq lazımdır,
    hansı ki, onlar arasında əlaqəni qabarıq şəkildə vurğulasın.
    Baş və alt sözlərindən əlaqə dərhal aydın olmur, dolayı yolla bildirilməlidir.
    Mən ata və törəmə -yə üstünlük verirəm.
    ata sinif, törəmə sinif. ata proses, törəmə proses. ata proses törəmə prosesin sona çatmasını
    gözləyir. parent procss waits child process to finish. :)

    • Bəyənilsin Zəif cavabdır admin
      (Profil) (19:26, 22/12/2011 )

      Vikipediada və.s.-də baxdım indi, subclass, child class sinonim kimi işlədilir. http://en.wikipedia.org/wiki/Child_class
      Amma haqlısınız, mənanı daha aydın anlatmaq üçün yerli yerində baş-alt və ata-törəmə işlətmək daha yaxşı

  3. Bəyənilsin Zəif cavabdır ahmed
    (17:24, 27/12/2011 )

    ata – törəmə misalı üzərində dayansamda bu da qaneedici deyil. Bizim dildəki tərcümə ilə
    digər dillərdəki tərcümə arasında fərq yaranır. Digər dillərdə bu tip məsələlərdə ailə
    terminləri işlədilir, hansı dilə hansı söz uyğun gəlirsə. misal üçün ingilis dilində parent – child
    process, (valideyn övlad), rus dilində родительный процесс дочерний процесс (valideyn qız).
    Bizdə isə ata – oğul ən uyğun gələnidi. ata – törəmə əvəzinə ata – oğul.
    ata sinif – oğul sinif, ata prosess – oğul prosess. və ya ata – övlad.
    ata sinif – övlad sinif, ata prosess – övlad prosess.


Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Elektron jurnal

Cavablar.net saytında yığılan sual-cavab bazası əsasında periodik olaraq PDF formatında elektron jurnallar dərc olunur. İndiyədək 3 belə e-jurnal buraxılıb, bundan sonrakı jurnalların hazırlanmasını siz özünüz də edə bilərsiniz.

Düzgün yazılış

Sual və cavab yazarkən mütləq çalışmalıyıq ki dil qaydalarına uyğun sual və cavablar yazaq. Bununla da oxşar suallarla internetdə axtarış edəcək soydaşlarımızın işini asanlaşdırmış, onlara fayda vermiş olarıq.