Verilmiş və sayı 2650-ni ötən sualların 99.88 %-i cavablanmışdır.

Bu o deməkdir ki, sizin vermək istədiyiniz sualın cavablanmamaq ehtimalı 1/100-dən də azdır.

Cavablanmamış suallara nəzər salaq

  ebay   PayPal   windows   wordpress   sayt   php   java   internet   Windows 7   domen   ubuntu   YouTube   oyun   Android   mysql   video   google   c++   DLE   LİNUX   notebook   hosting   Nokia   hostinq   chrome   domain   modem   HTML   proqram   Delphi   elektron ticarət   telefon   adsl   antivirus   parol   blackberry   kompyuter      iphone   format   Windows7   samsung   HP   Kompüter   termin   wi-fi   Server   cms   laptop   

Sual vermək üçün sağ sütundan "Üzvlər üçün giriş" bölməsindən hesaba daxil olun, hesabınız yoxdursa qeydiyyatdan keçin və ya birbaşa Facebook connect düyməsi ilə avtomatik qeydiyyatdan keçin.


Suallar IT sferaya aid olmalıdır(Kompyuter, internet, proqramlaşdırma, elektron ticarət və.s.).
Cavabını axtardığınız sualı əvvəlcə burada qısa cümlə ilə yazıb axtarın, ola bilsin ki, o sual daha əvvəl verilib və cavablandırılıb:
Loading

Bəzi İT terminlərin tərcüməsi 4

istifadəçi mənasında

root
root user
root access
root privilege
access rights
file access ribghts
qovluq mənasında
root folder
root filesystem

mount
mounting root filesystem

Kateqoriya: Termin tərcüməsi . Açar sözlər: . Qısa keçid.

Verilmiş cavablar və edilən şərhlər

Bəzi İT terminlərin tərcüməsi 4 sualına 2 cavab var
  1. +1 Bəyənilsin Zəif cavabdır Elvin Hacı
    (Profil) (10:15, 28/12/2011 )

    Salam. Çətin terminlərdir deyə variantları optimal təklif kimi yox, sadəcə təklif kimi yazıram.
    root – Ali idarəetmə
    root user – Ali idarəetmə hüquqlu istifadəçi(Ali istifadəçi)
    root access – Ali idarə imkanı
    root privilege – Alilik imtiyazı
    Access rights – İdarəetmə imkanları
    file access rights – Fayl idarə imkanları

    root folder – Əsas qovluq
    root filesystem – Əsas fayl sistemi

    mount – sistemə qoşmaq
    mounting root filesystem – Əsas faylsistemi sistemə qoşmaq

    • Bəyənilsin Zəif cavabdır ahmed
      (12:29, 28/12/2011 )

      Çox sağ ol təkliflərin üçün. Məndə öz variantlarımı əlavə edib biraz müzakirə edək sizin variantlarla(icazənizlə).

      root, root user. bunlar hər ikisi eyni mənada işləndiyindən hər ikisinə ali istifadəçi
      demək olar. Gözəl tərcümədi.

      To access root privilege – Ali imtiyaz əldə etmək. Məncə pis alınmır.

      access idarəetmək kimi tərcümə etmək məncə düz deyil. Mən girişim sözünə üstünlük
      verirəm. Səhv eləmirəmsə bu sözü Osman Gündüzdən eşitmişəm (tv-də).
      access rights – girişim hüququ. (Права доступа) Burada sistemə daxil olmaq mənasında
      işlənir. Aşağıda isə
      file access rights – fayldan istifadə edə bilmək mənasında. Ona görə fayla girişim hüququ
      yox, fayla müraciət hüququ olmalıdır.

      root folder qovluqlar ierarxiyasına baxsaq həqiqətən kökü xatırladır və bir neçə yerdə
      kök qovluq kimi tərcüməsinə rast gəlmişəm, o səbəbdən kök qovluq, kök fayllar sistemi
      kimi tərcümə alınır. alternativ olana kimi bu tərcümədən istifadə etmək olar məncə.

      mount. bu söz həqiqətən də problemdir. mən qoşmaq variantı üzərində dururam.
      mounting root faylsistem – kök fayllar sistemini qoşmaq.

      yeni təkliflərlə tanış olmaq çox xoş olardı.


Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Elektron jurnal

Cavablar.net saytında yığılan sual-cavab bazası əsasında periodik olaraq PDF formatında elektron jurnallar dərc olunur. İndiyədək 3 belə e-jurnal buraxılıb, bundan sonrakı jurnalların hazırlanmasını siz özünüz də edə bilərsiniz.

Düzgün yazılış

Sual və cavab yazarkən mütləq çalışmalıyıq ki dil qaydalarına uyğun sual və cavablar yazaq. Bununla da oxşar suallarla internetdə axtarış edəcək soydaşlarımızın işini asanlaşdırmış, onlara fayda vermiş olarıq.