Belə ki, 11.10-a update etdikdən sonra, mənim laptopumda Ubuntu displeydə qaralıb, “sleep” rejiminə nə vaxt keçsə, bundan sonra displey yenidən açılmır və qara olaraq qalır. Laptopumun modeli: Acer 5740G-dir.
|
Verilmiş və sayı 2650-ni ötən sualların 99.88 %-i cavablanmışdır.
Bu o deməkdir ki, sizin vermək istədiyiniz sualın cavablanmamaq ehtimalı 1/100-dən də azdır. |
facebook ebay PayPal windows wordpress sayt php java internet Windows 7 domen ubuntu YouTube oyun Android mysql video google c++ DLE LİNUX notebook hosting Nokia hostinq chrome domain modem HTML proqram Delphi elektron ticarət telefon adsl antivirus parol blackberry kompyuter email iphone format Windows7 samsung HP Kompüter termin wi-fi Server cms laptop
Sual vermək üçün sağ sütundan "Üzvlər üçün giriş" bölməsindən hesaba daxil olun, hesabınız yoxdursa qeydiyyatdan keçin və ya birbaşa Facebook connect düyməsi ilə avtomatik qeydiyyatdan keçin.
Suallar IT sferaya aid olmalıdır(Kompyuter, internet, proqramlaşdırma, elektron ticarət və.s.).
Cavabını axtardığınız sualı əvvəlcə burada qısa cümlə ilə yazıb axtarın, ola bilsin ki, o sual daha əvvəl verilib və cavablandırılıb:
Loading
Ubuntu 11.10 “sleep” olduqdan sonra, ekran yenidən açılmır
Kateqoriya: Linux və digər əməliyyat sistemləri . Açar sözlər: 11.10, black, bug, sleep, ubuntu. Qısa keçid.
Verilmiş cavablar və edilən şərhlər
Ubuntu 11.10 “sleep” olduqdan sonra, ekran yenidən açılmır sualına 8 cavab varElektron jurnal
Cavablar.net saytında yığılan sual-cavab bazası əsasında periodik olaraq PDF formatında elektron jurnallar dərc olunur. İndiyədək 3 belə e-jurnal buraxılıb, bundan sonrakı jurnalların hazırlanmasını siz özünüz də edə bilərsiniz.
Düzgün yazılış
Sual və cavab yazarkən mütləq çalışmalıyıq ki dil qaydalarına uyğun sual və cavablar yazaq. Bununla da oxşar suallarla internetdə axtarış edəcək soydaşlarımızın işini asanlaşdırmış, onlara fayda vermiş olarıq.








Salam. Siz bütün update-ləri etmisiniz? 11.10 başlanğıc halda bug-larla zəngindir, hardasa 300 MB-a yaxın update yığılıb oktyabrdan bəri. Hamsını edəndə bu problem olmamalıdır. Mənim özümdə də Acer-dir, 5741, bənzərdir sizin kompüterə, amma məndə elə bir problem yoxdur qətiyyən.
Açığı bütün update-ləri etmişəm. Son olaraq bu gün baxdım 74Mb-lıq update qalıb bircə. Ancaq dediyiniz o yığılan 300Mb-lıq update-i etmişəm.
Salam Ayaz, səndə irq adlı problem gəlmir? Məndə 3kompdan 1də bu problem gəlirdi. Update edəndən bəri gəlmir. Ümumiyyətlə nəsə bir error yazısı olmalıdır.
Ümumiyyətlə hər hansı bir error notification yoxdur. Dediyim kimi, elə sleep olur ki, bir də ağarmır ekran. Yatıb qalır kompyuterim. Dediyin problem yoxdur.
Hibernate/Suspend problemi Ubuntunun məşhur problemidi. Bu bug-ı həll edə bilmirlər, özü də ancaq ubuntuda yaranır. Sistem standby olandan sonra donur (freeze) və heç nəyə reaksiya verə bilmir, yeganə çıxış yolu power düyməsini sıxıb saxlamaqla sistemi söndürüb yenidən yandırmaqdır. Bu bug özünü büruzə verməsi proseesor, videokart v.s. arxitekturalardan asılıdır.
Ən məsləhətlisi videokart driverin yeniləməkdir. Bunu
System -> Administration -> Additional Drivers pəncərəsindən edə bilərsiniz. (keçidə bax:
https://help.ubuntu.com/community/BinaryDriverHowto/Nvidia )
Alınmasa onda gərək suspend xidətini dayandırasınız. Başqa bir səbəb də ola bilər ki, sizin kopüter 64 bitlikdir, siz 32 bitlik sistem quraşdırmısınız. Bu zaman 64 bitlik sistemi quraşdırmaq problemin həlli ola bilər. İstənilən halda aşağıdakı məlumatları göndərsəniz daha dəqiq nəsə demək olar.
Əgər mümkündürsə dmesg və lspci -v əmrlərinin nəticəsini göndərərdiniz.
[user@fedora ~]$
[user@fedora ~]$ lspci -v > lspci.txt
[user@fedora ~]$ dmesg > dmesg.txt
[user@fedora ~]$
Bu əmrləri daxil etdikdən sonra lspci.txt və dmesg.txt adlı fayllar yaranacaq. Bu faylları mənim ünvanıma göndərsəniz lazım olan driver yeniləməsi ilə bir fikir deyə bilərəm.
ahmed.sadikhov@gmail.com
P.S. Admin:
1. Saytın gələcək yenilənmələrində kiçik həcmli faylların istifadəçilər tərəfindən birbaşa cavablar.net -ə yüklənəbilməsi xidmətini əlavə etməyinizi xahiş edir.
2. Terminal çıxışın nəticələri üçün xüsusi CSS -in Cavab verin pəncərəsinə əlavə etməyinizi xahiş edirəm. Hal-hazırda yalnız code üçün bu mümkündür.
Mən təzə qurmuşdum Ubuntunu. Orda belə bir pəncərə gəldiki notebookun qapağı örtüləndə nə edilsin? 2 variant vardı heçbir şey və dərin yuxu modu. mən heçbir şey secmişdim problemim olmadı.
Qardas sen video kart dirverin deyis basqasin yaz..Duzelmelidir.Bele problemlerle men tez-tez rast gelirem.Bu problemler qurgunun proqram teminatindan yaranir.
Ahmed qardasimin meslehetin hindi oxudum.Raziyam onunla bu tek ubnutda deyil windows xp,windows 7-de olur ancaq video kart driverin yoxlamaq duzelecek