Verilmiş və sayı 2650-ni ötən sualların 99.74 %-i cavablanmışdır.

Bu o deməkdir ki, sizin vermək istədiyiniz sualın cavablanmamaq ehtimalı 1/100-dən də azdır.

Cavablanmamış suallara nəzər salaq

  ebay   PayPal   wordpress   windows   sayt   php   java   internet   Windows 7   domen   ubuntu   YouTube   oyun   Android   mysql   video   google   c++   DLE   LİNUX   notebook   hosting   Nokia   hostinq   chrome   domain   modem   HTML   proqram   Delphi   elektron ticarət   telefon   adsl   antivirus   parol   blackberry   kompyuter      iphone   format   Windows7   samsung   HP   Kompüter   termin   wi-fi   Server   cms   laptop   

Sual vermək üçün sağ sütundan "Üzvlər üçün giriş" bölməsindən hesaba daxil olun, hesabınız yoxdursa qeydiyyatdan keçin və ya birbaşa Facebook connect düyməsi ilə avtomatik qeydiyyatdan keçin.


Suallar IT sferaya aid olmalıdır(Kompyuter, internet, proqramlaşdırma, elektron ticarət və.s.).
Cavabını axtardığınız sualı əvvəlcə burada qısa cümlə ilə yazıb axtarın, ola bilsin ki, o sual daha əvvəl verilib və cavablandırılıb:
Loading

Android Marketdə pul qazanmaq

Android marketdən pul qazanmaq barədə təcrübəsi olan olub?
Maraqlıdır bu qeder pulsuz və keyfiyyətli app’ların olduğu bir bazarda pul qazanmaq üçün nə dərəcədə şans var? Bundan əlavə araşdırmalarıma görə en çox biznes ve hava ilə elaqəli uygulamalar satılır. Sizcə ne cür bir uygulama düzeltsem onu satmaq şansım artar?

Kateqoriya: Proqramlaşdırma . Açar sözlər: , . Qısa keçid.

Verilmiş cavablar və edilən şərhlər

Android Marketdə pul qazanmaq sualına 3 cavab var
  1. +2 Bəyənilsin Zəif cavabdır Elvin Hacı
    (Profil) (12:03, 27/01/2012 )

    Salam. Pullu yox, pulsuz app yerləşdirdiyim olub ora. Bir dost da pullu app da yerləşdirib müəyyən miqdarda satış olub. Amma bilirsiniz, bazar hər yerdə bazardır, eyni qaydalarla idarə olunur. Bütün sadə ağla gələn proqramlar reallaşdırılıb və reallaşdırılır, bir nəfərin düzəltdiyi proqrama qarşılıq bir heyətin düzəltdiyi proqram əlbəttə daha zəngin olacaq, daha çox satılacaq. Ona görə də təkbaşına developerin uğur qazanma şansı çox azdır, bu ancaq əla, fərqli ideya olduqda mümkün ola bilər.
    Digər şans isə lokalla bağlıdır, belə ki lokal bazara hesablanmış proqramlarla uğur qazanmaq şansı çox olub həmişə. Amma pis orasıdır ki bizim lokal bazar demək olar ki yoxdur, yəni Azərbaycanlı istifadəçilərə hesablanmış proqrm düzəltsəniz, satış çox aşağı olacaq, həm e-alıcılıq qabiliyyəti çox azdır, həm də istifadəçi sayı da çox deyil.
    Bir sözlə nikbin gələcək üçün strategiya seçilməlidir. Məşhur olmasa da, gəlir gətirməsə də inaddan dönməyib yaxşı pulsuz app-lar düzəltmək portfolio yığmaq, zaman zaman heyət formalaşdırmaq lazımdır. Bunu edəndən sonra əlinizdə bazar haqda real praktiki biliklər də olacaq, təcrübə də heyət də, yəni olacaqsınız bazarın güclü oyunçusu. Ondan sonra həm pullu həm pulsuz applardan qazanacaqsınız.
    Nümunə kimi deyim ki Rovio firması keçən il mən baxanda Android marketdəki pulsuz Angry Birds oyunlarından aya 1 milyon $ qazanırdı. Reklama olan kliklərdən. Appstore-də isə 1$-a satırdı və ona da keçən il baxmışdım, səhv etmirəmsə 100 milyon dəfə satılmışdı ümumən yaranandan. İndiki rəqəmlər daha yüksəkdir yəqin ki. Angry Birds kimi oyunlar heyət əməyinin nəticəsidir, 1 nəfərin işi deyil.

  2. Bəyənilsin Zəif cavabdır Ferid Mövsümov
    (Profil) (12:21, 27/01/2012 )

    Çox sağol bu dolğun cavaba göre. Pulsuz app qoyanların çoxu ordaki app lara reklam yerleşdirerek pul qazanırlar. Eslinde bu da mentiqli yoldur. Bu mövzuda bir neçe maraqlı sayt tapmışam sizinle de paylaşım burdan baxa bilərsiz en maraqlı olanına. Bir de texminen ne qeder vaxt alır androidi sade bir app düzeldecek qeder öyrenmek?

  3. +1 Bəyənilsin Zəif cavabdır Emin Mastizadeh
    (Profil) (18:19, 27/01/2012 )

    Bunu praktika ilə öyrənəndə az vaxt alır. Ümumiyyətlə Mən bir neçə gün əvvəl 2 saata yeni app yaratdım. Bilik kimi isə Hackathon təlimində verilmiş 1 saatlıq dərsdən istifadə elədim. Tez öyrənilir. Və işləyə-işləyə daha çox şey öyrənəcəksiz. Təxminən 2-3 həftəyə əsasları tam öyrənmək olar.


Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Elektron jurnal

Cavablar.net saytında yığılan sual-cavab bazası əsasında periodik olaraq PDF formatında elektron jurnallar dərc olunur. İndiyədək 3 belə e-jurnal buraxılıb, bundan sonrakı jurnalların hazırlanmasını siz özünüz də edə bilərsiniz.

Düzgün yazılış

Sual və cavab yazarkən mütləq çalışmalıyıq ki dil qaydalarına uyğun sual və cavablar yazaq. Bununla da oxşar suallarla internetdə axtarış edəcək soydaşlarımızın işini asanlaşdırmış, onlara fayda vermiş olarıq.