Verilmiş və sayı 6674 olan sualların 97.3 %-i cavablanmışdır.

Bu o deməkdir ki, sizin vermək istədiyiniz sualın cavablanmamaq ehtimalı 3/100-dən də azdır

Həll edilməmiş suallara nəzər salaq


ebay      PayPal   wordpress   sayt   windows   Windows 7   Android   Kompüter   php   internet   telefon   ubuntu   notebook   YouTube   oyun   proqram   java   domen   video   Nokia   iphone   modem   LİNUX   mysql   hosting   samsung   HTML      format   

SUAL VERIN

 
 

Mən Java proqramında işləməyi öyrənmək istəyirəm.

Mən Java proqramında işləməyi öyrənmək istəyirəm. Mənə necə kömək edə bilərsiniz və yaxud bunları öyrənmək üçün kurslar var?


Kateqoriya: Kurs, material, kitab və.s. axtarıram . , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər

Mən Java proqramında işləməyi öyrənmək istəyirəm. sualına 15 cavab var
Bəyənilsin Zəif cavabdır Ferid Mövsümov
(Profil) (21:51, 01/02/2012 ) #7839

En yaxşısı bir kitabdan başlamaqdır. Eğer İngiliz dilinde yaxşısansa onda sene “Head First Java 2nd Edition” meslehet görerdim. Bundan elave google’a “Java Tutorial for beginners” yazsan çoxlu melumat tapabilersen. Video Tutoriallar da axtarıb tapabilersen google’dan

-6 Bəyənilsin Zəif cavabdır Emin Mastizadeh
(Profil) (21:54, 01/02/2012 ) #7840

HTML-i öyrən, daha sonra html-də javascript-i. Bu il kod ilidir. ona görə də burada pulsuz kurs keçə bilərsiz: http://codeyear.com/
Sadəcə email adresinizi yazın və ğyrənməyə başlayın.

+8 Bəyənilsin Zəif cavabdır Ramin Orucov
(Profil) (00:29, 02/02/2012 ) #7849

Əvvəlcə onu deyim ki, Java MS Word, Excel kimi proqram deyil. Java proqramlaşdırma dilidir. Əgər heç bir proqramlaşdırma təcrübəniz yoxdursa, onda yaxşı olar ki, ilk öncə C və ya Pascal ilə proqramlaşdırmanın əsaslarını öyrənin. Daha sonra obyekt yönlü proqramlaşdırma və Java öyrənməyə başlayarsınız.

Bəyənilsin Zəif cavabdır Ferid Mövsümov
(Profil) (01:16, 02/02/2012 ) #7852

Emin Mastizadeh java ve javascript tamamile ayrı şeylerdi.

-1 Bəyənilsin Zəif cavabdır Ferid Mövsümov
(Profil) (01:17, 02/02/2012 ) #7853

Ramin Müellim mence Java öyrenmek üçün c ya da pascaldan başlamağa ehtiyaç yoxdur. Birbaşa javadan başlayaraq da öyrenmek olar. Obirsi dilleri öyrenmekle vaxt itirmeye ehtiyaç yoxdur mence.

-3 Bəyənilsin Zəif cavabdır ahmed
(Profil) (08:43, 02/02/2012 ) #7864

Paskal heç, ancaq Java dilini örgənmək üçün əvvəl C dilini örgənmək, sərnişin təyyarəsini sürməyi örgənmək üçün əvvəl qırıcı təyyarəni sürməyi örgənmək kimidir. Ümumiyyətlə C dili ilə Paskal dilillərin bir cümlədə işlətməyin heç yeri yoxdu.

    +4 Bəyənilsin Zəif cavabdır Elvin Hacı
    (Profil) (10:16, 02/02/2012 ) #7865

    Razı deyiləm ona görə ki 1. Orada pascal ilə c bir yerdə işlənməyib, paskal və ya c deyilib. Və ya isə dizyunksiyadır, birgəliyi konyuksiya bildirir.:) 2. Mən də o fikirdəyəm ki birbaşa javaya başlamaq düzgün olmaz. Birinci əlifbadan, paskal və ya c++dan başlamaq yaxşı olar. Alqoritmik təfəkkürü inkişaf etdirib düşüncəni koda çevirə bilənə qədər. Sonra artıq OOPda işləmək olar. Ali məktəblərdə də, informatika təmayüllü məktəblərdə də bu xətt seçilir.

+9 Bəyənilsin Zəif cavabdır Ramin Orucov
(Profil) (10:33, 02/02/2012 ) #7867

Dostlar, məsələ C və ya Pascal deyil. Məsələ proqramlaşdırma üzrə heç bir anlayışı olmayan adamın bir başa obyekt yönlü proqramlaşdırma öyrənmək istəməyidir. Bunun xeyrindən çox ziyanı var. Öz təcrübəmdən deyə bilərəm ki, proqramlaşdırma üzrə bazası olmayan birinə bir başa Java öyrətmək çətin məsələdir. Ona görə də öz fikrimdə qalıram ki, əvvəlcə fundamental proqramlaşdırma məntiqini öyrənmək(C və ya Pascal ilə başlamaq) və təcrübə yığmaq lazımdır, ondan sonra obyekt yönlü proqramlaşdırma(C++, Java və ya C#) öyrənməyə başlamaq olar.

-1 Bəyənilsin Zəif cavabdır Tural
(10:54, 02/02/2012 ) #7868

Sene Java lazimdirsa ele Javadan bashla (daha yaxsisi .NET den :-P )

evvel basqa seyden baslamaq senin yolunu uzadar

Videokursla oyrenmeye basla cunki yeni baslayanda adam sade seyleri de ede bilmir, gozunun qabaginda birinin gostermesi lazimdir

Bəyənilsin Zəif cavabdır Aliaga
(10:57, 02/02/2012 ) #7869

Mence Java ya musteqil bashlamaq olar amma shert ki mentiqi dusunmek istedadi olsun..Java nin ozune mexsus yanshama terzi ve felsefesi var eger azca fundamental proqramlashma dillereninden melumatiniz olsa ve yuxarida dediyim keyfiyyetlr de olsa Javani oyrenmek olar

+1 Bəyənilsin Zəif cavabdır Coenni
(Profil) (13:00, 02/02/2012 ) #7874

Bilkent Universiteti Türkiyənin ən yaxşı 3 universitetindən biridir. Proqramlamaya giriş dərsi Java üstündən öyrətilir(Qalan universitetlərin əksəriyyəti C-dən başlasa da). Birinci bir kitab oxuyub abstrakt anlayış əldə edib, Javadan başlamaqda da problem yoxdu.

+1 Bəyənilsin Zəif cavabdır Nargiz Gasimova
(Profil) (16:54, 02/02/2012 ) #7887

O məqsədə baxır. Sualı verən şagirddirsə ona daha çox proqramın hansı hissələrdən ibarət olduğu, kod nəyə oxşayır, necə yazılır, asand proqram yaradıb, maraqlı işlər görmək daha faydalı olar. Elə adama HTML + jquery, C#dan başlamağı məsləhət görərdim. Sual verənin tərzindən də elə biri olduğunu güman edirəm. Təsəvvür yarandıqdan sonra peşəkar formalaşdırma üçün C, algoritmalar, java, oop davam etmək olar.

-1 Bəyənilsin Zəif cavabdır Emin Mastizadeh
(Profil) (17:04, 02/02/2012 ) #7889

Commenti javascript olan suala yazırdım,necəsə oldusa,bura düşdü. Javanı isə ən yaxşı Java ilə bağlı kitabları oxumaqla. Tanış biri Javanı öyrənir,və necə öyrəndiyini soruşmuşam.Deməli,bütün Java haqqında tapdığı kıtabları öyrənir,onları praktiki test edir. Praktikada öyrənilənlərin yerini heç nə verə bilməz. Artıq həmin adam 2ci beynəlxalq Java ilə bağlı lisenziyanı alır.

Bəyənilsin Zəif cavabdır Ferid Mövsümov
(Profil) (02:51, 03/02/2012 ) #7931

“Bir başa obyekt yönlü proqramlaşdırmaya girişməyin faydası yoxdur, ziyanı var. Sonra Javada C stilində proqram yazacaqlar, OOP-ni başa düşüb tətbiq edə bilməyəcəklər.” Ramin Orucov

Ramin Müellim mence birbaşa javada C stilinde proramlamanı öyrenecekler. Sonra da zamanla OOP mentiqine de yiyelenecekler. Amma c den başlamağın da elbette öz faydaları var bezi şeyleri daha derinden başa düşmek üçün (pointerler vs.) ancaq men özüm şexsen JAVA öyrenmek isteyene birbaşa javadan başlamağı meslehet görerdim.

-1 Bəyənilsin Zəif cavabdır noname
(17:30, 05/03/2012 ) #10132

HTML webmasterin əlifbası olduğuna görə ilk öncə html öyrənməyiniz məsləhətdir.Amma birbaşa Javanı da öyrənə bilərsiniz.


Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.


 

Üzvlər üçün giriş

Cavab axtardığınız sualı burada qısa cümlə ilə yazıb axtarın, bəlkə sual əvvəllər verilib və cavablandırılıb:

Lider istifadəçilər(ekspert bal)

Weboxu yazıları