Verilmiş və sayı 2700-ü ötən sualların 99.74 %-i cavablanmışdır.

Bu o deməkdir ki, sizin vermək istədiyiniz sualın cavablanmamaq ehtimalı 1/100-dən də azdır.

Cavablanmamış suallara nəzər salaq

  ebay   PayPal   wordpress   windows   sayt   php   java   internet   Windows 7   domen   ubuntu   YouTube   oyun   Android   mysql   video   google   c++   DLE   LİNUX   notebook   hosting   Nokia   hostinq   chrome   domain   modem   HTML   proqram   Delphi   elektron ticarət   telefon   adsl   antivirus   parol   blackberry   kompyuter      iphone   format   Windows7   samsung   HP   Kompüter   termin   wi-fi   Server   cms   laptop   

Sual vermək üçün sağ sütundan "Üzvlər üçün giriş" bölməsindən hesaba daxil olun, hesabınız yoxdursa qeydiyyatdan keçin və ya birbaşa Facebook connect düyməsi ilə avtomatik qeydiyyatdan keçin.


Suallar IT sferaya aid olmalıdır(Kompyuter, internet, proqramlaşdırma, elektron ticarət və.s.).
Cavabını axtardığınız sualı əvvəlcə burada qısa cümlə ilə yazıb axtarın, ola bilsin ki, o sual daha əvvəl verilib və cavablandırılıb:
Loading

Ubuntu nədir?

Salam, Ubuntu nədir mən bilmək istəyərdim?

Kateqoriya: Linux və digər əməliyyat sistemləri . Açar sözlər: . Qısa keçid.

Verilmiş cavablar və edilən şərhlər

Ubuntu nədir? sualına 32 cavab var
  1. +1 Bəyənilsin Zəif cavabdır Kamran Nadjafzadeh
    (Profil) (17:29, 04/02/2012 )

    Ubuntu Linux nüvəli Açıq Qaynaq Kodlu əməliyyat sistemidir. (Vindovs kimi) Son versiyası 11.10
    Server və Desktop tipli iki növü var… Pulsuzdu… GNU lisenziyası ilə paylanır… Proqram təminatı cəhətdən zəngindir…
    Debian əməliyyat sistemi ilə çox bənzərdir hetta demək olar ki, eynidir
    Geniş Driver bazası var… Vindovsdan daha sürətli işləyir…
    Bunu da nəzərinizə çatdırım ki Ubuntu + Toshiba = ən çox satılan notebooklardı… Azərbaycan dil interfeysi mövcuddur
    Rəsmi saytı
    http://ubuntu.com

    • Bəyənilsin Zəif cavabdır Darky Pislick
      (Profil) (17:42, 04/02/2012 )

      Həm Windows həm də Ubuntu işlətmək olar? Bu ziyan deyil kompa? Sora xoşumuza gəlməsə necə silək?

  2. Bəyənilsin Zəif cavabdır Kamran Nadjafzadeh
    (Profil) (17:55, 04/02/2012 )

    Mümkündü… Quraşdırma zamanı… Digər əməliyyat sistemi ilə bir yerdə yaz deyə bir seçim var… Onu seçirsiniz… Sonra ayrıca bir disk varsa onu formatlayıb ext4 fayl sisteminə keçirin… Sonra Ubuntunu o diskə quraşdırın… Sonra xoşunuz gəlməsə Həmin diski NTFS fayl sisteminə keçirib formatlayın…
    Amma daha praktik yol var… Virtual Kompyuter (Vmware programi) quraraq… Vmware proqramini qurursunuz virtual kompyuter yaradirsan orda ubuntunu qurasdira bilersiniz xosunuz gelmese Vmware programindan silə bilərsən…

  3. +1 Bəyənilsin Zəif cavabdır Kamran Nadjafzadeh
    (Profil) (17:59, 04/02/2012 )

    Ziyan deyil kompyuterə amma Vmvvare programı kompyuteri yoracaq… Çünki Virtual PC yaradarkən Həm virtual HDD həm də virtual RAM ayırırsan həm də virtual CPU… Sistemi biraz ağırlaşdırır…
    Birinci Əgər hər iki əməliyyat sistemini eyni anda quraşdıracaqsansa heç bir sürət azalması yaşamayacaqsan… Sadəcə Kompyuter açılarkən Vindovsu və ya Ubuntunu seçib daxil olursan… Sistem bütün gücü seçilmiş əməliyyat sisteminə işləyir yəni digəri işləmir… Bircə HDD-də hər iki əməliyyat sisteminin fayllarını saxlayacaq…

  4. +2 Bəyənilsin Zəif cavabdır Elvin Hacı
    (Profil) (18:11, 04/02/2012 )

    Sevindirici haldır ki son zamanlar Windows-dan başqa əməliyyat sistemlərinin mövcudluğundan xəbərləri olanların sayı artır. Bu barədə Ubuntu ilk sıradadır, son aylarda dost-tanış içində 10larla şəxs Ubuntu ƏS istifadəsinə başlayıb, Windowsdan tam imtina etməklə və çox məmnundurlar. (Mən özüm də Ubuntu istifadəçisiyəm)
    Ubuntunun üstünlüklərini loru formada qısa yazım
    1. Tam pulsuz və lisenziyalı olması: Siz daha qanunsuz pirat disk alıb Windows yazmağa, üstəgəl bütün proqramların krakını axtarmağa və.s. məcbur olmursunuz. Bütün proqramlar pulsuzdur, kiminsə haqqını tapdamadan, virtual oğurluq etmədən ƏS istifadə edə və çoxlu proqramlar quraşdırmaq olar.
    2. Virus-antivirus dərdinin olmamadı. Ubuntuda virus mümkün deyil demirəm, praktiki cəhətdən istənilən ƏS-də virus mümkündür, amma reallıq budur ki Ubuntunda virus problemi yoxdur və siz illərlə heç bir donma, zədələnmə, format ehtiyacı olmadan sakit əsəblərlə rahat əməliyyat sistemi istifadə edə biləcəksiniz.
    3. Daha sürətli olması. Ubuntu istənilən halda Windowsdan daha çevik, daha sürətli işləyir.
    4. Proqramların vahid kanalının olması. Software Center adlı proqram kanalı vasitəsilə siz istənilən proqramı yükləyə bilərsiniz. Daha CD almaq, CD axtarmaq, internetdə proqram axtarmaq lazım deyil, hər
    şey bir kanalda əl altındadır, və müntəzəm yenilənir.
    5. Öyrənilməsi Windowdan qat-qat asandır, yadınıza salın Windowsu nə qədər müddətə öyrənmişdiniz, yəqin ki aylar lazım olmuşdu tam normal işləməyə. Ubuntuda işləmək üçünsə 5-6 gün müntəzəm işləmək bəs edər.
    Və.s.
    Mənfilərini də sayım
    1. Bəzi az istehsal olunan laptoplara quraşdırılanda kiçik aparat təminatı problemləri ola bilər(videokartı tanımamaq, bluetooth işləməməsi və.s.) Amma bu çox nadir hallarda olur deyə, problem deyil orta istifadəçi üçün
    2. Güclü 3D oyunların çox az olması. Windowsda tanınan məşhur 3D oyunlarn Ubuntuda olmaması. Bunun da səbəbi aydındır, o oyunlar kommersiya məhsuludur deyə Ubuntuda onları pulsuz yerləşdirmək sərf eləmir istehsalçıya. Amma yaxın gələcəkdə olacaq, pullu formada.

  5. Bəyənilsin Zəif cavabdır Kamran Nadjafzadeh
    (Profil) (18:23, 04/02/2012 )

    Mən də artıq bir iki ildi Ubuntu ilə tanışam… Son vaxtlar Vindovsa məcbur olmuşdum amma indi Ubuntu sistemini istifadə edirəm Çox raziyam

  6. Bəyənilsin Zəif cavabdır Milan
    (Profil) (20:18, 04/02/2012 )

    cavablara gore tesekkurler,bir sualda verim bes ubuntuda oyunlar nece isleyir bu barede ne demek olar

    • +1 Bəyənilsin Zəif cavabdır Elvin Hacı
      (Profil) (00:12, 05/02/2012 )

      Ubuntunun öz oyunları azdır nisbətən. Amma Wine adlı proqram var ki onun köməyilə Windowsdakı oyunları asanlıqla Ubuntuda da oynamaq olar. Məsələn PES, Countr Strike kimi oyunları tanışlarım Ubuntuda oynayır.

  7. Bəyənilsin Zəif cavabdır Xaliq Babayev
    (Profil) (22:18, 04/02/2012 )

    Men ubuntunu kompa nece yukluyub istifade ede bilerem?Hal hazirda win7 di.Basdan izah ede bilersiz zehmet olmasa?

    • +1 Bəyənilsin Zəif cavabdır OrxaN
      (00:45, 05/02/2012 )

      Ubuntunu usb fləş kartdan da istifadə etməklə kompyuterə yükləmədən istifadə etmək olar.O zaman sizə birinci ubuntunun öz proqramı ikinci Universal-USB-Installer-1.8.7.9 proqramı üçüncü isə en azı 1Gb yaddaşlı fləş kart lazım olacaq

  8. +1 Bəyənilsin Zəif cavabdır Kamran Nadjafzadeh
    (Profil) (00:02, 05/02/2012 )

    Ubuntu-da Vindovsa yazdigimiz oyunlar işləmir Ubuntu-da Softvvare Center var orda Game hissəsindən Ubuntuya uyğun oyun yükləyə bilərsiniz…
    Xaliq Babayev Ubuntunu başdan izah eləmək çətin məsələdi… Özünüzə əziyyət verib Google-da axtarışlar verin…
    Ubuntu rəsmi saytı da köməyiniz ola bilər
    ubuntu.com

    • Bəyənilsin Zəif cavabdır Xaliq Babayev
      (Profil) (03:24, 05/02/2012 )

      Youtubede baxdim cox sagolun

  9. +1 Bəyənilsin Zəif cavabdır Emin Mastizadeh
    (Profil) (13:22, 05/02/2012 )

    Bir də getdeb adlı servis var. Onu ubuntu soft center-ə əlavə etdikdə oyunların sayı artır. Əəlavə etməyin yolu:
    http://em94.tk/blog/ http://em94.tk/blog/en/

    Nəsə probleminiz olsa cavablar.net-də soruşun dərhal cavablandırarıq

  10. +1 Bəyənilsin Zəif cavabdır Qubadov
    (Profil) (20:04, 05/02/2012 )

    Mene deye bilersiz UBNUT-a Kasperski 2011 yazmag olur hec vaxt ubnut istifade etmemisem deyə hələki tanış deyil.Bunuda yoxlamaq istəyirəm

    • +1 Bəyənilsin Zəif cavabdır Emin Mastizadeh
      (Profil) (01:00, 06/02/2012 )

      Kaspersky? Antivirus adlı şeyi unudun. Ubuntu-da sizə antivirus lazım olmayacaq, Ubuntu linux nüvəli sistemdir və bu sistemlərdə virus olmur. Virus yoxdursa deməli antivirus da lazım deyil,

    • Bəyənilsin Zəif cavabdır Qubadov
      (Profil) (10:47, 06/02/2012 )

      Cavaba görə çox sağol.Yükləmişəm vin7 ilə birgə işlədirəm normaldır mənə ubnut üçün proqram və driverlər saytı lazımdır.Bildiyiniz sayt varsa yazarsınız.Bir şey var.. exe uzantılı proqramları burda işlətmək üçün tanıdığınız proqram varmı, və driverləri idare etme panelinə daxil oluram System Settings–Additional Drivers açılanda proqram axtariş gedir amma diverler çıxmır mene driverleri idare etmek üçün proqram lazımdırr.Zehmət olmasa deyerdinizdə

  11. Bəyənilsin Zəif cavabdır night_dj85
    (Profil) (20:51, 05/02/2012 )

    Salam men ubuntunu inet.den yukleyib her hansi bir proqramin setup.u kimi ustanovka etmishem bu ne qeder dogrudur

    • +1 Bəyənilsin Zəif cavabdır Elvin Hacı
      (Profil) (01:21, 06/02/2012 )

      Salam. Siz Wubi install etmisiniz? Yəni Ubuntunu windows daxilində proqram kimi install etmisiniz və kompüter açılanda əməliyyat sistemi seçimi gəlir? Elədirsə bu öyrənmə dövrü üçün yaxşıdır, birdəfəlik keçmək üçün isə ya windowsu silib ubuntu yazmaq lazımdır, ya da boot-dan install edib hər iki sistemin paralel işləməsini, birbirindən asılı olmamasını təmin etmək lazımdır

  12. Bəyənilsin Zəif cavabdır night_dj85
    (Profil) (14:47, 06/02/2012 )

    Elvin Hacı, beli acilanda emeliyyat sistemini secmek gelir ekrana men xp ile bir terde isletmek isteyirem onu nece eliyim etrafli yazardiz zehmet olmasa

  13. Bəyənilsin Zəif cavabdır Xaliq Babayev
    (Profil) (17:54, 07/02/2012 )

    Men unversal usb ile ubuntunu 2gblik flasa qurdum.ama boot eliye bilmirem daha dogrusu biosun parolu yadimnan cixib.bu problemi nece hell ede bilerem?Mende hp di nece boot ede bilerem?

  14. Bəyənilsin Zəif cavabdır Xaliq Babayev
    (Profil) (18:20, 07/02/2012 )

    Bot eledim usb drive secdim ama normal windows acildi ubuntu yox.

  15. Bəyənilsin Zəif cavabdır Xaliq Babayev
    (Profil) (00:31, 08/02/2012 )

    win7 ni siradan cixardim :) acilmir komputer.

  16. -3 Bəyənilsin Zəif cavabdır Nicat Hesenov
    (Profil) (14:49, 14/02/2012 )

    Yazmısız ki,pulsuzdur tez işləyir.Bunlar hamısı XP də də var axı.Mən kompüteri XP ya format edənədə heç vaxt lisenziya problemi olmayıb.Özüdə Windows xp oyunları programları işləmirsə daha nəyə lazım oldu bu.Məncə yaxşı sistem blokun (yəni RAM vidokarta)oldu birdə WIndowsun bəsdi.Məncə bu Ubuntunun yaxşı xüsusiyyəti Virusun olmamasıdır.

  17. +2 Bəyənilsin Zəif cavabdır Elvin Hacı
    (Profil) (18:30, 14/02/2012 )

    1. Windows XP lisenziya problemi olmayıb deyirsiniz? Siz pulla almısınız indiyədək install etdiyiniz XP disklərini ya pirat disklərdən, torrent yükləmələrdən və.s. yükləmisiniz? :) Axı bunun da önəmi var, işlək disk əldə etməkdən başqa onu necə əldə etmək də önəmlidir. Ubuntu tam pulsuz və lisenziyalıdır, heç kimin hüququ tapdanmır istifadə zamanı.
    2. Ubuntu işlədən adam kompüterini format etmir ümumiyyətlə. İllərlə eyni sistemlə çalışır, yeni update və uprage-lər avtomatik, heç bir data itkisi olmadan reallaşır.
    2. Ubuntunu işlədəndən sonra tez və sürətli olmağın nə deməyini daha aydın başa düşmək olur, XP tez və sürətli deyil heç də.
    3. Wine adlı köməkçi proqramın köməkliyi ilə XP və ya 7 oyunlarını Ubuntuda da işlətmək olur.
    Məcbur etmək olmaz insanları ki, hamı keçsin Ubuntuya və ya LinuxMintə, kimə hansı ƏS xoşdur, onu da istifadə etsin, əsas budur. Sadəcə istifadəçilər əsas ƏS haqqında məlumatlı olsalar yaxşı olar ki, hansı yaxşıdır hansı pis, onu görsünlər.

  18. Bəyənilsin Zəif cavabdır Emin Mastizadeh
    (Profil) (13:51, 20/02/2012 )

    Ubuntu üçün yükləmə saytı axtarmayın. İlk əvvəl ubuntunun özündə olan Software Center-proqramına daxil olun və ordan kalan app yazıb test edin) ordakılardan bezsəz getdeb proyektini google saytından axtarıb ppa adresini repositiyə əlavə edin(bu haqda yuxarıda link vermişdim). Əlavə olaraq daha sonra internetdən başqa oyunları axtara bilərsiz.

  19. Bəyənilsin Zəif cavabdır Navair
    (14:43, 22/02/2012 )

    Mene konkret komey ede bilersinizki men D diskini saxlayaraq C diskini format edib Ubuntunu yazim..?

  20. +2 Bəyənilsin Zəif cavabdır Arzu
    (10:00, 08/03/2012 )

    Ubuntu ƏS istifadəçisi olaraq çox razi olduğumu sizlərlə bölüşmək istərdim. Ubuntunu 1 ay olar kı istifadə edirəm və inanın bu bir ay sıxıcı olaraq gördüyüm kompumu mənə daha da çox sevdirdi. Başından ayrıla bilmilərm hal hazırda komp un . Yeni şeylər öyrənirəm və ən yaxşısı isə açıq qaynaqlı yazılımlarla tanışmağın qürurunu yaşayıram. Düzdü Microsoft un ƏS ləri ubuntu dan daha da irəlidədi . Lakin lisenziya problemi bugün bütün azərbaycana yayılıb və cracklanmış proqramların istifadəsi kompumuz çox zərər görür. Köhnə bir windows istifadecisi olaraq ubuntu ya kecmek isteyenlere en boyuk tovsiyyem bunu etmeyinizi soylemekdir. Inanin mene bunu xoslaayacaqsiniz )

  21. Bəyənilsin Zəif cavabdır Kamran
    (Profil) (12:18, 20/03/2012 )

    Windowsda işləyərkən sadəcə Firefox acıq olmasına baxmayaraq donmalar olur. Amma arxa planda regedit panelinde əməlli başlı proseslər gedir. mən CD diskə yazmışam endirdiyim faylı icində deyəsən wubi də var. ordan inşallah 1-2 günə qurmaq istəyirəm hərşey yaxşıdı yaxşıca arastırməşam hərşeyi amma disklərin bölünməsində problemim OLA BİLƏR. Bundan əvvəldə qısa müddət Ubuntu 11.10 işlətmişdim amma “prefix is not set” xətası verdiyinə görə BOOT menyudan 2 dəfədən artıq sistemə daxil ola bilmirdim. Dayanmadan CAPS LOCK yanıb sönürdü. Hələlik windowsdayam işimlə əlaqədar. Yazdığım problemlərin həlli varmı?

  22. +1 Bəyənilsin Zəif cavabdır NModern
    (Profil) (05:34, 01/04/2012 )

    LinuxMint bəyənmədim. Nə üçünsə donurdu məndə. Forumlarında baxdım axırıncı versiyanın nəsə problemi var idi.
    Ubuntu pis deyil. Hal-hazırda bir komputerimdə var. Düzdü ətrafdakılar mənə gülsələr də silmirəm. Amma netbukuma quraşdıra bilmədim, gedir gedir axıra çatanda error verir. Oyun oynamağı xoşlayanlar üçün məsləhət deyil. Tezliyə gəldikdəsə o qədər də deməzdim. Düzdü mən ubuntunu başqa kompda quraşdırıb sonra hard diski bir başqasına taxmışam, bəlkə də problemlər ondan irəli gəlir. Məsələn son bir iki aydı Update getmir el dili ilə desək updateləri ustanovka ede bilmir.
    Ehhh… gərək formatlıyım.


Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Elektron jurnal

Cavablar.net saytında yığılan sual-cavab bazası əsasında periodik olaraq PDF formatında elektron jurnallar dərc olunur. İndiyədək 3 belə e-jurnal buraxılıb, bundan sonrakı jurnalların hazırlanmasını siz özünüz də edə bilərsiniz.

Düzgün yazılış

Sual və cavab yazarkən mütləq çalışmalıyıq ki dil qaydalarına uyğun sual və cavablar yazaq. Bununla da oxşar suallarla internetdə axtarış edəcək soydaşlarımızın işini asanlaşdırmış, onlara fayda vermiş olarıq.