Salam.
İnternetdə pul qazanmaq üçün neyi bilmək lazimdi ya da vacibdimi nədəsə (hansisa proqramda) bacariqin olsun? Xahiş edirəm bu haqda fikir bölüşərdiz də
Əvvəlcədən təşşəkür!
|
Verilmiş və sayı 2700-ü ötən sualların 99.74 %-i cavablanmışdır.
Bu o deməkdir ki, sizin vermək istədiyiniz sualın cavablanmamaq ehtimalı 1/100-dən də azdır. |
facebook ebay PayPal wordpress windows sayt php java internet Windows 7 domen ubuntu YouTube oyun Android mysql video google c++ DLE LİNUX notebook hosting Nokia hostinq chrome domain modem HTML proqram Delphi elektron ticarət telefon adsl antivirus parol blackberry kompyuter email iphone format Windows7 samsung HP Kompüter termin wi-fi Server cms laptop
Sual vermək üçün sağ sütundan "Üzvlər üçün giriş" bölməsindən hesaba daxil olun, hesabınız yoxdursa qeydiyyatdan keçin və ya birbaşa Facebook connect düyməsi ilə avtomatik qeydiyyatdan keçin.
Suallar IT sferaya aid olmalıdır(Kompyuter, internet, proqramlaşdırma, elektron ticarət və.s.).
Cavabını axtardığınız sualı əvvəlcə burada qısa cümlə ilə yazıb axtarın, ola bilsin ki, o sual daha əvvəl verilib və cavablandırılıb:
Loading
İnternetdən qazanc üçün hansı bacarıqlar daha aktualdır?
Verilmiş cavablar və edilən şərhlər
İnternetdən qazanc üçün hansı bacarıqlar daha aktualdır? sualına 7 cavab varElektron jurnal
Cavablar.net saytında yığılan sual-cavab bazası əsasında periodik olaraq PDF formatında elektron jurnallar dərc olunur. İndiyədək 3 belə e-jurnal buraxılıb, bundan sonrakı jurnalların hazırlanmasını siz özünüz də edə bilərsiniz.
Düzgün yazılış
Sual və cavab yazarkən mütləq çalışmalıyıq ki dil qaydalarına uyğun sual və cavablar yazaq. Bununla da oxşar suallarla internetdə axtarış edəcək soydaşlarımızın işini asanlaşdırmış, onlara fayda vermiş olarıq.








İnternet mühitdi. Medium. Burda infrastruktur var ki siz pul qazanasınız. Yeni gedib arendaya ofis tutmağa ehtiyac yoxdur. Mağaza tikməyə ehtiyac yoxdur. Hər şey virtualdır, kod üzərində. Nəsə bir bacarığınız varsa onu freelancer saytlarda təklif edə bilərsiniz. Məsələn qrafik dizaynersinizsə, proqramçısınızsa ya da biznes bacarıqlarınız varsa müəyyən saytlarda öz bacarığınızı təklif edirsiniz. Kimsə istəsə sizə müəyyən məbləğ təklif edir istəsəniz qəbul edirsiniz istəməsəniz yox. Amazonun Mechanical Turk layihəsi var. Orda lap çox təklif olur. Yazılmiş kurs işini yoxlamaqdan tutmuş Security test-lərə qədər nə istəsəniz təklif edirlər. Frelancer-lər isə qəşəng pul qazanırlar. Təbii ki daha təcrübəliləri, bacarıqlıları. Amerikada freelance veb dizaynerlər 1 saat üçün 20-60 dollar hərdən daha çox da qazanırlar. Başqa yollar da nə bilim nəyisə like edirsən, nəyisə paylaşırsan, nəyisə izlə nə bilim mənasız spam tipli qazanc üsulları da var ki bu kimi işlərə girənlərin çoxusu normalda itirir, məsləhət də görmürəm. Udemy layihəsi var, müxtəlif mövzularda dərslər hazırlayıb satırsan. Cüzi faiz sayt tutur qalan pul sizə qalır. Smartfonlar üçün maraqlı oyun ya app-lar yazın qoyun bazara satıla bilər, əladırsa lap çox pul qazana bilərsiniz. Nə bilim başqa, qəşəng blog yazın, sayt qurun istifadəçi yığın reklamnan pul tutun. İnternetin xassələri adi bazarın xassələri ilə eydir demək olar. Əgər bazarda alma yoxdur və alıcılar da alma istiyirsə onda gedib Qubadan alma gətirmək daha sərfəlidir. İnternete də baxın nə çatışmır bizim net bazarda araşdırın təklif edin biznes qurun.
Kulli miqdarda qazanc reytinqli internet saytindan başlayır… Əgər bu maraqlandırırsa
Yox əgər sizin şəxsi bacarıqlarınız varsa Developer kimi hər hansı sifariş alıb işləyə bilərsiniz… Amma bunun internet qazanca aidiyyatı yoxdu… Sadəcə internet vasitəsi ilə özünü nümayiş etdirirsən…
Klik sistemi ilə isə günlərlə işləsəniz belə çox az qazanarsınız… İnternet mağazası aça bilərsiniz amma bunun üçün də kifayət qədər pul lazımdır. Əsas qazanmaq üçün biznesin düzgün təşkil olunması Marketinqin güclü olması gərəkdir.
sayt achacagsansa da elesini ach ki,o maragli olsun hami uchun.meelen cavablar.net sayti Azerbaycanda sual cavab sisteminde en birinci yerde olan saytdir.beke de hami ele bilir ki bele saytdan bashqa yoxdu amm var sadece dizayn funskiyalar ve esas Elvin mellim kimi guclu (savadli )sayt admini olmalidir sonra istifadechi kutlesi ozu gelecek.Meselen men beynirem bu sayti.neyse movzuda kenara chixdhim)sozum ondadir ki sayt achacagsansa da klike dolanmaq olmayacag .1000+ istifadechi lazimdi azi.guclu sayt guclu server teleb edir
Bundan əlavə, əgər photoshop, illustrator və.s tipli dizayn programlar bilirsinizsə onda işlərinizi
http://themeforest.net/ tipli saytlarda sata bilərsiniz.
Yox əgər codersinizsə onda, envatonun digər sitəsi http://codecanyon.net/ da işlərini sata bilərsiniz, eyni qayda ilə web sayt dizaynlarınızı, yazdığınız pluginlər, flash və 3d animasiyala, əgər onlar yoxdursa hətta bildiklərinizdən trutoriallar yazaraq sata bilərsiniz. Əlavə qazanc baxmından kifayət qədər yaxşı işdir, həm də işlədikcə özünüzü inkişaf etdirəcəksiniz
əsasən marketing bacarıqları olmalıdır. Sayt üçün əsas php,html,javascript bilikləri olsa da, adam var ki, hazır blog qurur,proqram yaza bilmir, və yaxşı marketing bacarığı olduğundan saytı olanların çoxundan yaxşı qazanır.Bir də siz proqramlaşdırma dillərindən hansını sa öyrənib,bəzi saytlardan elan götürüb hazırlaya bilərsiz. Bu da yaxşı gəlir verən işdir. Başqa bir yol isə pul qazanma servisləri. Elə servislər var ki,orada oxunan reklam məktublarına,daxil olunan saytlara görə pul ödənilir. Və həmçinin bəzi tapşırıqları,məsələn hansısa saytda qeydiyyatdan keçmək, face və ya başqa sosial şəbəkələrdə likr etmək tipli işlərə görə pul ödəyirlər.Belə saytıardan biri wmmail-dir.Amma bu çətin sayılır. Mənim referallarımdan 1i mənim kimi qazana bilmir. Günə 1 dollar gücnən. Amma o biri referalım gününə 20-50 dollar qazanır. Bir çoxları fayl servislərindən qazanırlar.Faylları yüklətirsiz ayrı-ayrı servislərə və hər yükləməyə görə sizə pul ödəyirlər. Sayt yaratmaqla pul qazanmaq üçün isə çoxlu ziyarətçi lazımdır və bu çətin olur.Gələk sayt daima təzələnsin və maraqlı məlumatlarla dolu olsun
Azərbaycanda çoxlu mənasız əyləncə saytları var. Amma konkret 1 maarifçi istiqamətdə işləyən saytlar azdıq. Məsəlçün reklam kimi çıxmasın kitabxana. net, lit.az kimi saytlar kitab saytlarıdır və geniş istifadəçi kürtləsinə malikdirlər. Mobilim.Az və Mobiland.Az Azərbaycanda sırt telefon sahəsi ilə bağlı olan ən məşhur saytıardır. Cavablar.net saytının özü. Yəni demək istəyirəm ki, sayt açmaq istəsən gərək mənasız əyləncə saytı yox, Azərbaycanda olmayan yalnız 1 sahə ilə maraqlanan sayt açsan çox populyarlaşarsan. Bizim əylənvə saytları yarımçıq papaqçılara bənzəyirlər. içini girsən hər şey var. Bildi bilmədi yazırlar. Məsəlçün mən özüm mobil sahə ilə maraqlanıram deyə Mobil sahə ilə bağlı gülünc səhvlər olanda adam bir söz deyir: əgər bacarmırsansa və ya bilmirsənsə niyə camaata səhv məlumat verirsən? Bax bu adamı əsbiləşdirir. Ona görə də sayt açarkən yeni tipli, 1 konkret istiqamətli sayta açın. Cavablar.Net saytı buna misaldır. Rus Google versiyasında hər hansısa şeyi axtarış etdikdə həmişə ilk sıralara mail.ru serverinin cavablar saytı açılər. Bu sayt çox məşhurdur və 1 istiqamətinə görə fərqlənir. Vaxt gələcək Azərbaycan google versiyasında axtarış edəndə LAZIMSIZ VƏ MƏNASIZ, DOĞRU OLMAYAN ƏYLƏNCƏ SAYTLARI YOX MƏHZ CAVABLAR.NET VƏ DİGƏR MAARİFÇİ VƏ BİR İSTİQAMƏTLİ SAYTLAR AÇILACAQ. BU İSƏ İSTİFADƏÇİLƏRƏ ÇOX KÖMƏK OLACAQ.
Üzeyir tipli şit özünü müğənni kimi hiss edənlərə sayt açsan daha çox gəlir və ziyarətçi əldə edərsən.