Verilmiş və sayı 2700-ü ötən sualların 99.77 %-i cavablanmışdır.

Bu o deməkdir ki, sizin vermək istədiyiniz sualın cavablanmamaq ehtimalı 1/100-dən də azdır.

Cavablanmamış suallara nəzər salaq

  ebay   PayPal   wordpress   windows   sayt   php   java   internet   Windows 7   domen   ubuntu   YouTube   oyun   Android   mysql   video   google   c++   DLE   LİNUX   notebook   hosting   Nokia   hostinq   chrome   domain   modem   HTML   proqram   Delphi   elektron ticarət   telefon   adsl   antivirus   parol   blackberry   kompyuter      iphone   format   Windows7   samsung   HP   Kompüter   termin   wi-fi   Server   cms   laptop   

Sual vermək üçün sağ sütundan "Üzvlər üçün giriş" bölməsindən hesaba daxil olun, hesabınız yoxdursa qeydiyyatdan keçin və ya birbaşa Facebook connect düyməsi ilə avtomatik qeydiyyatdan keçin.


Suallar IT sferaya aid olmalıdır(Kompyuter, internet, proqramlaşdırma, elektron ticarət və.s.).
Cavabını axtardığınız sualı əvvəlcə burada qısa cümlə ilə yazıb axtarın, ola bilsin ki, o sual daha əvvəl verilib və cavablandırılıb:
Loading

Təcili MySQL-də kömək

Salam bazada chatseti dəyişirəm.emport eledim.indi edit elemek istiyirem utf-8 e.amma bir problem var

) ENGINE=MyISAM DEFAULT CHARSET=utf8 AUTO_INCREMENT=14002 ;

burara her table uzre AUTO_INCREMENT=14002 ; nomresi ferlidi.bu neyi bildirir?

evellki beledir

) ENGINE=MyISAM DEFAULT CHARSET=latin1 AUTO_INCREMENT=77 ;

bunu deyishib
) ENGINE=MyISAM DEFAULT CHARSET=utf8 AUTO_INCREMENT=77 ;

etmeliyəm? Nömrəni dəyişmədən?

Kateqoriya: Web skriptlər, kod həlləri . Açar sözlər: . Qısa keçid.

Verilmiş cavablar və edilən şərhlər

Təcili MySQL-də kömək sualına 5 cavab var
  1. +2 Bəyənilsin Zəif cavabdır Xaliq Babayev
    (Profil) (13:16, 08/02/2012 )

    Auto_increment in qarsisinda yazilan reqem o demekdir ki , yeni qeydiyyat elave olunanda melumatin id iyaxudda avtomatik artan deyer neye verilibse o hemin reqemnen basliyacaq. eyer 77 yazilibsa yeni qeydiyyat olnda hemen melumatin idi 78 olacaq ve bele davam edecek.sen onu 1 ele ki qeydiyyat 1 den baslasin

  2. +2 Bəyənilsin Zəif cavabdır Elvin Əfəndi
    (Profil) (13:30, 08/02/2012 )

    Ümumiyyətlə bu dəyəri dəyişməməyiniz daha yaxşıdır. Daha konkret isə,
    əgər uyğun cədvəldə AUTO_INCREMENT qiymətdən istifadə edən unique field varsa və bazanı cədvəllərdə saxlanılan məlumatla birgə export etmişsinizsə və bu məlumatlara uyğun unique fieldi dəyişmədən istifadə edəcəksinizsə AUTO_INCREMENT -in qiymətini dəyişməyiniz doğru olmaya bilər. Tutaqki indi 77-dir, bu o deməkdirki həmin cədvəldə 77-dən kiçk hər hansı bir ədədlə identifikasiya olunan yazı var, əgər siz onu 1 edib import etsəniz cədvələ yeni yazı əlavə edəndə AUTO_INCREMENT dən alınan qiymət unique field -in əvvəlki qiymətlərindən biri ilə üst üstə düşəcək və səhv baş verəcək.

  3. +2 Bəyənilsin Zəif cavabdır Xaliq Babayev
    (Profil) (13:37, 08/02/2012 )

    Men bunu sifirdan edende bele deyirem.ama deyisirsense onda phpmyadmin vasitesile rahatca tekce charset i deyis.

  4. +1 Bəyənilsin Zəif cavabdır Oruc Yaqubov
    (Profil) (16:51, 08/02/2012 )

    Təşəkkür hər ikinizə.Elvinin dediyi kimi dəuyişmədim sadəcə latin_1-i dəyişib utf8 etdim və yenidən import etdim saytın bazasına.problem görünmür saytda

  5. +2 Bəyənilsin Zəif cavabdır Shahriyar Rzayev
    (Profil) (21:36, 11/02/2012 )

    1.Hər hansı bir table-ın charset-ini dəyişməyin ən asan yolu:

    ALTER TABLE tbl_name CONVERT TO CHARACTER SET charset_name;

    Yəni siz table-ı əvvəlki qaydada yaratdıqdan sonra onu alter edə bilərsiz.
    Ümumiyyətlə alter-in imkanları böyükdür. Daha ətraflı:

    2. o ki qaldi sizin AUTO_INCREMENT=14002 və 77 sualınıza. Bəli bu auto_increment-in hansı saydan başlanmasını göstərir. Default olaraq bu say 1-dir amma əsas unique olmasıdır yəni şərt deyil 1-dən başlasın.


Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Elektron jurnal

Cavablar.net saytında yığılan sual-cavab bazası əsasında periodik olaraq PDF formatında elektron jurnallar dərc olunur. İndiyədək 3 belə e-jurnal buraxılıb, bundan sonrakı jurnalların hazırlanmasını siz özünüz də edə bilərsiniz.

Düzgün yazılış

Sual və cavab yazarkən mütləq çalışmalıyıq ki dil qaydalarına uyğun sual və cavablar yazaq. Bununla da oxşar suallarla internetdə axtarış edəcək soydaşlarımızın işini asanlaşdırmış, onlara fayda vermiş olarıq.