Salam. Bir gün bundan qabaq mən xarici sərt diski kompyuterə qoşdum işlətdim. İndi isə qoşuram sadəcə kompyuterdə bildiriş gəlir ki bir disk qoşuldu. başqa heçnə gəlmir. Sərt diskdən qəribə bir səs gəlir, içindəki disk fırlanır ama biraz işləyir dayanır,yenidən işə düşür.
Əvvəlcədən bişey deyim, sərt disk yerə düşməyim,yəni azca sarsılma olub ama elə ciddi yox. və başqa kompyuterdə də yoxladım, başqa usb portunda da yoxladım, ama işləmədi. İndi mən bu sərt diski harda təmir elətdirə bilərəm? və neçiyə? birdə içindəkiləri geri qaytarmaq mümkündür? çox vacibdir mənimçün. İndidən təşəkkürlər…
|
Verilmiş və sayı 2700-ü ötən sualların 99.77 %-i cavablanmışdır.
Bu o deməkdir ki, sizin vermək istədiyiniz sualın cavablanmamaq ehtimalı 1/100-dən də azdır. |
facebook ebay PayPal wordpress windows sayt php java internet Windows 7 domen ubuntu YouTube oyun Android mysql video google c++ DLE LİNUX notebook hosting Nokia hostinq chrome domain modem HTML proqram Delphi elektron ticarət telefon adsl antivirus parol blackberry kompyuter email iphone format Windows7 samsung HP Kompüter termin wi-fi Server cms laptop
Sual vermək üçün sağ sütundan "Üzvlər üçün giriş" bölməsindən hesaba daxil olun, hesabınız yoxdursa qeydiyyatdan keçin və ya birbaşa Facebook connect düyməsi ilə avtomatik qeydiyyatdan keçin.
Suallar IT sferaya aid olmalıdır(Kompyuter, internet, proqramlaşdırma, elektron ticarət və.s.).
Cavabını axtardığınız sualı əvvəlcə burada qısa cümlə ilə yazıb axtarın, ola bilsin ki, o sual daha əvvəl verilib və cavablandırılıb:
Loading
Xarici sərt disk işləmir
Verilmiş cavablar və edilən şərhlər
Xarici sərt disk işləmir sualına 8 cavab varElektron jurnal
Cavablar.net saytında yığılan sual-cavab bazası əsasında periodik olaraq PDF formatında elektron jurnallar dərc olunur. İndiyədək 3 belə e-jurnal buraxılıb, bundan sonrakı jurnalların hazırlanmasını siz özünüz də edə bilərsiniz.
Düzgün yazılış
Sual və cavab yazarkən mütləq çalışmalıyıq ki dil qaydalarına uyğun sual və cavablar yazaq. Bununla da oxşar suallarla internetdə axtarış edəcək soydaşlarımızın işini asanlaşdırmış, onlara fayda vermiş olarıq.








Ola bilsin, Hard disk zədələnib və Sizin kompyuteriniz sadəcə qoşulmağı göstərir. Odur ki,DNS, Unitech servis mərkəzlərində təmir edirlər. Hard diski onlara aparıb göstərə bilərsiniz. Təmir qiyməti də elə də baha olmalı deyil, mən bilən 15-20 manat xərc tələb etməlidir. İtirilmiş faylların bərpası üçün Recover proqramlar mövcuddur, əgər silinmiş fayllarınız varsa həmin proqramlar vasitəsilə bərpa etmək mümkündür.
Bele seyler mende de olur WD de siz onu arxaya usb ye materinkaya qosun mende de le olur nese ses gelir bir iki defe cixardib taxiram duzelir
Aziz bəy, əgər mənim hard diskimi təmir etdilərsə onda fayllar oldugu kimi durur? yoxsa yenidən recovery eləməliyəm?
İmamverdi57, neçə dəfə yoxlamışam,başqa kompyuterdə də, ama olmadı
Əgər kompüter diski qoşulmada tanıyır və disklər siyahısında görmürsə, çox güman kli, diskin proqramtəminatı zədələnib. Bunun üçün heç bir servis mərkəsinə getmək lazım deyil. Özünüz bunu çox asanca (əlbəttə ki, diqqətli şəkildə deyilənləri edərsənizsə) düzəldə bilərsiniz.
Burada sırf bu problem haqqında izahlı post yazmışam. 4-cü addımdan başlayaraq deyilənləri edin.
Salam BNM, Çox sağolun maraqlı məlumat idi. Sizin saytda yerləşdirdiyiniz fləş kart üçündür. Birdə mənim HDD`dan içindən səslər gəlir, nəsə optik oxuyucusu deyəsən harasa ilişib.. “Clicking Noise” xətası deyə internetdə məlumat tapdım. Ama nə edəcəyimi hələ də bilmirəm, içindəki fayllarım mənim üçün çox vacibdir, bir səhvlik eliyib birdəfəlik itirmək istəmirəm. Çox sağolun köməkləriniz üçün
Salam BNM, Çox sağolun maraqlı məlumat idi. Sizin saytda yerləşdirdiyiniz fləş kart üçündür. Birdə mənim HDD`dan içindən səslər gəlir, nəsə optik oxuyucusu deyəsən harasa ilişib.. “Clicking Noise” xətası deyə internetdə məlumat tapdım. Ama nə edəcəyimi hələ də bilmirəm, içindəki fayllarım mənim üçün çox vacibdir, bir səhvlik eliyib birdəfəlik itirmək istəmirəm. Çox sağolun köməkləriniz üçün…
Ramin, istənilən USB qurğusu üçündür. Sadəcə ilk 3 addım sırf flash yaddaş qurğusuna aiddir.
Əgər səslər gəlirsə, deməli disk zədələnmiş ola bilər. Bu isə harware problemidir.