Ebay.com dan Məşhur telefon markasından olan Blackberry Bold 9780 almaq istəyirəm.Çatdıriıma ilə birlikdə orda qiymət təxmini 330 ABŞ dolları qiymətinə olur (əgər telefonu əldə etməyə daha ucuz, daha yaxşı yol bilirsizsə kömək edərdiz xahiş edirəm)Bu təxmini bizim pulla 265 AZN eləyir.Hələ almamışam amma mənə dostlarım tərəfindən deyilən sözlərə görə mənim kartımdan elə 330 AZN çıxılacaq,özüdə az pul deyil 55 AZN fərq.BU NİYƏ BELƏDİR?Nəzərinizə çatdırım kartım AGBANK VISA kartıdır,Paypaldan da qeydiyyatdan keçmişəm.Diqqətinizə gorə əvvəlcədən təşəkkürlərimi bildirirəm
|
Verilmiş və sayı 2700-ü ötən sualların 99.85 %-i cavablanmışdır.
Bu o deməkdir ki, sizin vermək istədiyiniz sualın cavablanmamaq ehtimalı 1/100-dən də azdır. |
facebook ebay PayPal windows wordpress sayt php java internet Windows 7 domen ubuntu YouTube oyun Android mysql video google c++ DLE LİNUX notebook hosting Nokia hostinq chrome domain HTML modem proqram Delphi elektron ticarət antivirus telefon adsl parol blackberry kompyuter email iphone format Windows7 samsung HP Kompüter termin wi-fi Server cms laptop
Sual vermək üçün sağ sütundan "Üzvlər üçün giriş" bölməsindən hesaba daxil olun, hesabınız yoxdursa qeydiyyatdan keçin və ya birbaşa Facebook connect düyməsi ilə avtomatik qeydiyyatdan keçin.
Suallar IT sferaya aid olmalıdır(Kompyuter, internet, proqramlaşdırma, elektron ticarət və.s.).
Cavabını axtardığınız sualı əvvəlcə burada qısa cümlə ilə yazıb axtarın, ola bilsin ki, o sual daha əvvəl verilib və cavablandırılıb:
Loading
Ebay.com-da sifariş edərkən saytda verilən qiymətlə çıxılan qiymət arasında fərq olur?
Warning: array_keys() [function.array-keys]: The first argument should be an array in /home/cavablar.net/public_html/wp-content/themes/twentyten_sadig/single.php on line 60
Kateqoriya: Elektron alış-veriş. Qısa keçid.
Verilmiş cavablar və edilən şərhlər
Ebay.com-da sifariş edərkən saytda verilən qiymətlə çıxılan qiymət arasında fərq olur? sualına 7 cavab varElektron jurnal
Cavablar.net saytında yığılan sual-cavab bazası əsasında periodik olaraq PDF formatında elektron jurnallar dərc olunur. İndiyədək 3 belə e-jurnal buraxılıb, bundan sonrakı jurnalların hazırlanmasını siz özünüz də edə bilərsiniz.
Düzgün yazılış
Sual və cavab yazarkən mütləq çalışmalıyıq ki dil qaydalarına uyğun sual və cavablar yazaq. Bununla da oxşar suallarla internetdə axtarış edəcək soydaşlarımızın işini asanlaşdırmış, onlara fayda vermiş olarıq.








Salam. Yoxdur elə bir şey, narahat olmayın
Nə göstərilirsə o da çıxır.
Tam əmin olmaq üçün bankınıza zəng edib dəqiqləşdirin. Amma ümumən belə bir şey yoxdur, hesabınız manatladırsa belə yenə də bankın kursuna uyğun avtomatik konvertasiya aparılır USD ilə pul çıxılır.
çox sağolun cavabınıza gore!!! teshekkurler) sadece mene deyilmiwdiki bu cixilan komissyon haqqidi.bir misal ceke bilerdiz bu cur emeliyyatlar bashdan -mehsul mene catanacan nece gedir, ureyim tam rahat olsun,300 AZN az pul deyil ona gore,yagin anlayarsiz
Bu qədər komisyon haqqı olar?
Səhv deyilib. Siz bankınıza zəng edin, yoxsa şübhəli qalacaqsınız. Orda sizə proseduru izah edəcəklər.
Məsələn mən Bank Respublika müştərisiyəm. İnternetdə ödəmə edərkən ödəməni etdiyim sistem bank hesabımdan düz həmin məbləğdə USD çıxır, (hesab azn olsa bank da mənim hesabımdan həmin kursa uyğun konvert olunmuş məbləğdə azn çıxar, məsələn hazırda 0.78*məbləğ AZN), heç bir komisyon haqqı da tutulmur. Komisyon haqqı yalnız mərc, qumar və.s. tipli sistemlərdə ödəmə zamanı tutulur müqaviləyə görə, o da 1%-dir səhv etmirəmsə, yəni cüzi məbləğdir.
cox sagolun razi qaldim,Bankla deqiqleshdirib her ehtimala neticeni bura yazacam
Bu movzuya uygun bir sual da men verim.O duzdu ki paypal her mala gore elave 1-2$ artiq pul cixir?yeni tehlukesizliye gore,tam deqiq yeni mal gelmezse pulu qaytarmaga gore.
Yox, düz deyil. Heç nə çıxmır əlavə.
Təşəkkürlər