Planşet seçimində kömək edin.

Planşet almaq fikrim var. Lakin hansını seçəcəyimi bilmirəm daha çox Amazon Kindle Fire, iPad və Galaxy Tab arasında qalmışam. Əgər başqa planşet və ya sadaladıqlarım arasında məsləhət gördüyünüz model varsa yazın Zəhmət olmasa


Yadda saxlama
Kateqoriya: Kompüter və ya digər cihaz almaq . , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (24 cavab var)

(19:13, 22/03/2012 ) #11235

Men galaxy tab a ustunluk verirem.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(19:23, 22/03/2012 ) #11239

Əgər sənə ehtiyyaclarıvın ödənməsindən çox gözəllik və özüvü yekə görsətmək lazımdırsa iPad al.
Əgər kitab oxumağı sevirsənsə Amazon KindleFire al.
Yox əgər sənə çox funksiyalı rahat cihaz lazımdırsa o zaman şübhəsiz Galaxy Tab.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (10:01, 22/01/2013 ) #26239

    İpad haqqında dediyinizə çox güldüm)) samsung galaxy tab haqqında mən də sual vermişəm. orda normal proqramlarla işləmək olur? məsələn, ofis proqramları, local host və s. yükləyə bilərəm?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (19:09, 05/12/2013 ) #34436

      Niye gulursuz ki, Sizde plansetde ofis proqramlarinin olmamasini kimnense oyrenmisizde. Insanlari hecbir zaman ele seylere gore gulmurler. Bilmir basa Sal

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(20:18, 22/03/2012 ) #11250

Salam. Kindle Fire məsləhətdir. Qiymətcə çox ucuzdur
digər rəqiblırindən iki üç dəfə ucuzdur.
İpad əla planşetdir ən məşhurudur, amma qiyməti çox şişirilmişdir.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(22:07, 22/03/2012 ) #11263

Hər birinizə təşəkkürlər. Galaxy və Playbook nədənsə planşet kimi mənə zəif gəlirlər. Mənə isə əlavələr paketi geniş olan planşet lazımdır bu istəyimə isə iPad cavab verir. Hələlik. Kindle isə məhz mənim planşet almağa vadar edən səbəblərdən biri onunıla e-kitabları oxumaq rahatdır ipad eləcə. Çox güman iPad götürəcəm.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (00:38, 23/03/2012 ) #11276

    Haqqın yolu birdir )) ..
    Düzgün seçimdir.. Əgər İpad almağa imkanın çatırsa peşman olmayacağına əmin ol. Ən azından sonradan kimdısı görüb kaş alaydım deməyəcəksən.. İpad al və digər padlarla qarşılaşdır yan-yana qoyub . Sonra imkanın olsa nəticəni və fikirlərini burda bölüşərsən..))

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (00:54, 23/03/2012 ) #11277

    Xeyirli olsun. Amma Ipad aldıqdan sonra kimdəsə Galaxy Tab görsəniz, ekranlarını yanbayan tutsanız, İpad-ı gizlədəcəksiniz 🙂 Tabletin bütün canı ekranındadır, ekranda da ki, Apple Samsungun yan yörəsində dolana bilmir təəssüf ki.
    Amma son İpad-lar ki var, hələ bura gəlməyib, onların ekranı məhz Samsung istehsalıdır.
    Proqram dünyası baxımından isə İpad idealdır, tükənməz böyük proqram kolleksiyası var, amma təbii ki əksəri pullu.
    İpad-ın ən əsas iki mənfisi hardware-də rəqiblərinə aşkar uduzması və buna müqabil qiymətinin çox baha olmasıdır. Qalan hər şey OK-dur.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(22:26, 22/03/2012 ) #11267

Birde ki men bilen ipad da bizim heriflerden istifade etmek olmur.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(01:08, 23/03/2012 ) #11278

Elvin Razı deyiləm 2 şeylə.. Nədənsə dediyiniz o ekran fərqini mən əksini hiss etdim )).. Tabin sahibidə bunu boynuna aldı ))

O ki qaldi hardvare sarıdan apple ın fərqi bilisiz nədi ? O softunu hardvare ə tamamilə uyğunlaşdırır. Ona görə də super şəkildə heç bi donma olmadan işləyir. Ona görə də əppla 1gb ram lazim olmur. 512mb ram onun tələblərinə cavab verir ona görə də onunla kifayətlənir) Android isə hamının bildiyi kimi ( bilməyənlərdə bilsin) virtuaı maşında işl
diyi üçün (device da virtual maşın üzərində işləyir) ona daha çox resurs lazım olur )) buna görə də ram 1gb cpu 1ghz və s. artırır )).. və digər device problemləri var ki saymağa ehtiyac görmürəm.. yıqin ki razılaşarsız mənimlə)) ..

Məndə 2 həftə əvvələ kimi android istifadəçisi olmuşam )) Pisləmirəm Androidi. Sadəcə hələ ki universal sistemdir ona gore də necə deyərlər özünü tutmayıb hələ))

Qiymət sarıdan isə tamamilə razıyam )) Brend Söhbətinə görə qiymətləri şişirir çoxx birazda bizimkilər ))..

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (01:37, 23/03/2012 ) #11281

    Ekran fərqini hiss etməməniz normaldır. Çünki holivar qoxusu gəlir bu diskussiyadan. Növbəti Applofanla qarşı-qarşıyayız. 🙂 Galaxy Tab-la İpad2-ni yanyana tutanda İpadın pixelləri adamın gözünə girmək istəyir 🙂
    Qaldı 512 RAM-a haqq qazandırmağa, bununla da razılaşmaq mümkün deyil, zəifin zəifliyini etiraf etmək lazımdır, daha ehtiyac yoxdur deyə artırmır demək bir az düzgün çıxmır nəsə 🙂
    Androidin hansı device problemləri var bilmirəm, mən və tanıdığım işlədənlərin heç bir problemi yoxdur, mən özüm 2 ildən çoxdur 2 device-da Android işlədirəm, hər hansı problemlə rastlaşmamışam.
    Android open source-dur deyə, hətta Çinin 30$lıq device-na da Android yazıb satırlar, bu device sabah zay çıxanda applofanlar başlayırlar deməyə ki Android stabil deyil. Axı bu gülməlidir. Android open source-dur və ümumi kod olaraq buraxılır, istehsalçının öz işidir onu hansı keyfiyyətdə inteqrə edəcək.
    Apple-da isə bir device və bir OS var bu mənada, ona görə də bütün proses daxildə, mətbəxlərində baş verir, ildə bir model buraxırlar, ona görə də stabil, normal məhsul çıxarırlar ortaya. Buna heç kimin etirazı yox. Mən heç vaxt deməmişəm ki İpad pis məhsuldur və ya nəyisə zaydır.
    Dediyim həmişə bu olub ki, hardware-də, ələlxüsus ekranda uduzur bəzi rəqiblərinə, və bir də qiyməti bahadır. No flash, no bluetooth, no UI customization, no launcher choise, no Widgets, no custom ROM və ya Samsunglarda olan müxtəlif cür device-lara qoşulma və.s. imkanlarının olmamasını heç demirəm, çünki bunlar Apple-ın qapalılıq, ancaq öz məhsulları arasında inteqrə imkanlarının olması siyasətindən irəli gəlir.
    Amma bu siyasət ancaq fanları, Stivə sitayiş edənləri, bir də azacıq aşım ağrımaz başım deyən sadə və imkanlı istifadəçiləri qane edə bilər, eksperimenti, sərbəstliyi, mövcud ən üstün texnologiyaya sahib olmanı və.s. sevən insanları qolu qandallı bir device əsla qane edə bilməz. 🙂

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(02:05, 23/03/2012 ) #11286

:)) Yox fanliq etmirəm həqiqətən gördüyümü deyirəm. Mən qarşılaşdırdığım tablet 7 inclik tablet idi senin dediyin ferqi men orada gormedim tek mende deyildim..
Gel bele danisaq da istifade etdiyin kompyuterin ne vaxt kohneldiyini dusunursen? Teleblere cavab vermemeye baslayanda dogrudu? 🙂 . Bu avadanliq bu hardware ile lazim olan teleblere cavab verirse neye gore artigi istifade olunmalidir axi?))
Ekranda razi deyilem iphone4s istifade edirem istenilen androidli android demek dogru cixmir istenilen device in ekrani ile qarsiladiranda ustundur.

Razisan?

No flash, – flash ne uchun lazimdir? Videolara baxmaga? Brouser var flash destekleyir istenilen viceonu ( 3rd party brouzer)
no bluetooth – blutuzu istifade eden var indi?)) eger lazim olarsa yene de 3rd party appla hell etmek olur ))
no UI customization – yes )) JB
no Widgets, – yes JB ))
Tema luncher ve s. )) JB ile hell etmek olur nece ki androidde ROOT elemekle edirsen eyni ile burda da JailBreak ile edilir Elvin)) .. Mende senin kimi android terefini cox tutmusam heqiqeten ama istifade edende rahatligin ferqini gorursen))

O ki qaldi OS sohbetde ele bundan gedir oz metbexindedir ozu hazirlayir oz devicelarina uygunlasdirir ona gore de stabil alinir )) Android ise her agizdan bir avazdir ))
Gun erzinde nece defe donma gecikme problemi ile qarsilasirsan duzunu de?))

Qolum qandalli ola bilmez menim )) Men DELL e MAC OS yazib )) , Androidi aldigim gunun seheri root edene )) , IOS u ise telesib 5.1 update eden ve jailbreak elemek uchun 2 gundu eleesen biriyem. Qolu bagli qalmaram..)) Yene deyirem JB eyni ile root la eyni seydir. IOS Baglidir senin dediyin o insanlara ki otagda oturub zeng ebul edir birde ad olsun deye iphone isledir ))..

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (02:07, 23/03/2012 ) #11287

    Hərflərə görə üzürlü hesab edin. Bizim əlifba ilə yazanda fikrilərimi unuduram hərf silib yazmaqdan 🙂

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (05:02, 23/03/2012 ) #11319

    Təəssüf ki fan olmadığını deyib fan mövqeyi sərgiləyirsiz. 🙂 İphone işlədib hər vəchlə onu müdafiə etmək daha çox ucuz malı aldanaraq baha alıb sonra özünü sındırmamaqçün malı tərifləməyə çox bənzəyir.:)
    1. Təklif tələbə uyğun olur. Ram 1gb olsaydı indikindən xeyli güclü softlara rast gəlmək olardı. Siz deyən məntiqə qalsa heç vaxt inkişaf etməzdi bu sənayə elə hamı öz məhsulun məhdud resurslara uyğun hazırlayardı dövri olaraq:)
    2. Əlbəttə ki razı deyiləm. Galaxy Nexus və Galaxy S2nin super amoled plus ekranı hara, 4Sin onlardan geri qalan ekranı hara. Test edin baxın. Keçən gün bir applofan dava edirdi ki nə lg nə samsung heç vaxt iphone ekranı keyfiyyətdə ekran buraxamaz. biləndə ki iphone və ipadların ekranlarını elə lg və samsung istehsal edib, facepalm oldu. 🙂 bu sadəcə fanatizmdir, dinə çeviriblər stiv dayının İKonasını
    3. Mən saydıqlarımın heç biri root tələb etmir. hər biri sadə icazəli əməliyyatlarladır. 🙂 jailbreak ilə root ilk baxışdan analogiya təşkil edə bilər, amma biri sındırmaqdır,qanunsuz müdaxilədir, məhsulu bəyənməyib ona kustar nəsə əlavə etməkdir. o biri isə open source üzərində edilən qanuni əməliyyatdır. linuxun özünün imkanlarından faydalanmaqdır və.s. ümid edirəm ki fərq aydındır. mən heç root istifadə etmirəm çünki gərək yoxdur qətiyyən.
    bluetooth çox lazımdır. məsələn bluetooth keyboard, vireless mouse hdma monitor qoşub galaxy s2ni əla bir kompüterə çevirmək mümkündür. iphonela belə şeylər yuxuda ola bilir. 🙂
    3. Tam düzünü deyəcəm. Galaxy S2ni işlətdiyim 6 ay ərzində bir dəfə belə donma olmayıb, tam məsuliyyətlə deyirəm. Aparat sadəcə olaraq uçur. istər 2.3 istərsə də 4.0 ilə.
    qısacası desəm: İT sahəsinə aid adama qlamur məhsul olan İOS deviceları qətiyyən yaraşdırmıram, tutmur heç cür. Amma təbii ki məcburi heç nə olmaz hər kəs ürəyinə yatan deviceı işlətməli

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(10:44, 23/03/2012 ) #11321

🙂
Ekrani lg ve ya samsung istehsal etmesi ozune yaxsisini istifade edecek menasina gelmir axi. Dunyada umimiyyetle 3 4 boyuk firma ekran istehsal edir yerde qalanlar hamisi onlardan alir. Meselen sony artiq istehslal etmir hemcinin sharp panasonic onlar ya lgden alir ya samsungdan. Demeli onlarin ekrani samsunglardan zeifdi? yeri gelende samsungun indi tetbiq etdiyi texnalogiyualari onlar daha evvel tetbiq etdiler hemcinin ekranda.
Sen artiq samsungun fanboylugunu edirsen. CUstom rom u root olmadan nece ede bilersen? hec cure ))

xer jb ele rootla eynidi emin ol. Privileg. adi userdi telefonda JB edende artiq root olursan ve sene bagli olan ( esas mesaj zeng ve system file lara) hisselere girisin olur. den dediyin kimi elave hech ne yoxdu). Root qanuni olsaydi firma root lu telefon istehsal ederdi root un qarsisini almaga chalismadi )

O ki qaldi rama ram 1gb di ) 512ram 2010 cu ilde cixan telefonda idi) sadece apple 2 ilden 1 ya 1 ilden bir telefon istehsal edir. Samsung htc kimi 3 aydan bir yeni mehsul tanitmir )) ..bu defe 1gb ram qoydub ne bilim cortex a11 cpu qoyduq )..

Mende senin kimi idim )) Mudirlerimle spor edirdim (halbuki onlardan biri virtualizasiya, digeri Cisco ve Windows ailesi uzre Expert derecesindedirler 🙂 ) … Sadece 1 hefte iphone4s istifade et ozun ferq hiss edeceksen qaqa )) bele spor elemekden uje bezmijem)

Nece ki en yaxshi antivirus hansidi mubahisesine donur artiq)..

Her ikisinin zeiflikleri de var ustunlukleride ama IOS yene de androidden 1 addm qabagdir istesen qebul et istesen etme ))!

Hemise bazarda her kesin oz isteyine gore mal var) Sadece onlarin icinden hami istediyini secib terifleyecek ) [hech kim oz ayranina turs demez] 😀

Bu qarsilasdirmanin onsuzda bir sonu yoxdu )) uzatmaginda menasi ))
Sadece 1 hefte JB ile tam istifade ele sonra hiss edeceksen ferq..

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(10:47, 23/03/2012 ) #11323

bu arada )) Iphone ve ya ipad bunlar uchunde wireless keyboard var ))
blutuz HDMI in suretini nece chatdirir? Mumkun deyil o suretde oturmeni blutuz versin eger hele olsaydi onun connectorlarinin uzerinde bu qeder esmeszdiler ( qizil basliqlar ve s.)
Wirelles hemise fiziki qoshulmadan en az 30% zeifdir )) ..

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (12:40, 23/03/2012 ) #11324

    Təəssüf ki holivardan qaça bilmədik ona görə də dayandırmaq daha yaxşısır diskussiyanı. Son olaraq bəzi absurdlara münasibət bildirim ki yarımçıq qalmasın, çünki ilk şərhi siz yazmışdınız bu zəncirdə. 🙂
    Sizin dediklərinizdən bu qənaətə gəldim ki, nə ki İOSda çatışmır, əskikliyidir, əslində onun üstünlüyüdür, çünki o texnologiya köhnəlib. Stiv sizin əvəzinizə düşünüb hər şeyi, sizə düşünməyə icazə vermir 🙂
    İstehsalçı ekranı Apple-a verəndən sonra elə bir sehrli hadisə baş verir ki, istehsalçının özündə olan ən keyfiyyətli ekranlar belə Apple-dakı ekranla keyfiyyətdə müqayisəyə gələ bilmir 🙂
    RAM 1GB təsadüfən olub 4S-də, çünki əvvəllər 512 tam bəs edirdi və edəcəkdi, bəs edirkən niyə də artırsınlar ki? Artırıblarsa deməli sadəcə kefləri elə istəyib, hər şeyin doğrusunu Apple bilər 🙂

    İphone 4s haqda kifayət qədər məlumatım olmasaydı, burada ümumiyyətlə heç nə danışmazdım. 🙂 Eləcə də Galaxy S2 haqda. Siz bu modellərdən biri haqda təsəvvürə malik deyilsiniz gördüyüm qədərilə. Amma olsanız belə çətin fanatlıq nəyisə etiraf etməyə imkan verə 🙂
    Mən heç vaxt Samsungun fanatı olmamışam, heç Samsung özü də bu tip şirkət deyil, kult yaratmır, sadəcə işini görür. HTC, Amazon, Samsung istifadəçisiyəm mən, yəni mənim əvəzimə Stiv qərar vermir, praktik və nəzəri məlumatlar nəyin yaxşı olduğunu göstərirsə onu da seçirəm. Sabah Nokia Lumia-ları yaxşıca test etdikdən sonra görsəm ki o yaxşıdır, uf demədən keçəcəm ona. Biz belə sərbəstik yəni 🙂
    “Mən də əvvəl elə düşünürdüm” – bu lap Questnet müştəri cəlb etmə metdodudur 🙂 Düşünürəm ki mənim sırf bu sahədə təcrübəm daha çoxdur. Təəssüf ki belədir, çünki holivarlardan zəhləm gedir, sadəcə Apple fanatlarının sadəlövhlüyü troll etməyə həvəsləndirir bizi 🙂
    İOS Androiddən bir addım qabaqdadır – Bu ancaq yuxularda belə ola bilər. Bazar payı, son upgrade-lərdə kimin rəqibində olan features-ı əlavə etməsi-yəni artıq gecikməsi, bazarda get gedə itirilən pay, performans, imkanlar və.s. nə deyir, bu sizinçün önəmli deyil bilirəm. 🙂
    Cisco və Windows expertlərinin smartfondan anlayışı olmama ehtimalı olma ehtimalından daha çoxdur, bunu məndən də yaxşı bilirsiniz. Məsələn hətta Linus Torvalds bir müsahibə verirdi keçən gün, tablet göstərdilər ona dedi ki bu İpaddır? Halbuki İpaddan kəskin seçilən bir planşet idi. İndi Linus belə deyirsə deməli İpaddır deyək, çünki Linus bizdən daha savadlı olar hər halda :)) Adamın sadəcə anlayışı yoxdur bu sahədən, çünki buna ayıracaq vaxtı yoxdur. Əminəm ki B.Gates ilə vəziyyət oxşar olar. Yəni fanatlıq gülünc arqumentlər gətirməyə vadar etməməlidir sizi 🙂
    Əslində yazdıqlarınızın hər birini baltalamaq olar, sətirbəsətir, sadəcə istəmirəm uzansın diskussiya. Çünki bura forum deyil sual-cavab saytıdır 🙂 Bu yazılarımızı da icazənizlə silərik bir müddət sonra. Çünki sualın cavabı ilk cavablarda var, sonrakılar holivardır.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(14:01, 23/03/2012 ) #11337

Maraqlı diskussiya gedir 🙂 İlk öncə suala fikrimi bildirmək istərdim.
iPad və Android müqaisəsini qırağa qoysaq, düşünsək ki siz gündəlik normal istifadə üçün, kitab oxumaq üçün, normal oyunlar oynamaq üçün planşet istəyirsiniz. Mən də məsləhət görürüm ki seçimini Kindle-dan yana edin.
Yox əgər Kindle sizi qane etmirsə, əgər daha yüksək performans və göstəricilərə malik planşet istəyirsinizsə, həmçinin onda hər işi görmək istəyirsinizsə seçiminiz Android-dən yana olmalıdır. Hansı model? – ASUS Transformer Prime ola bilər. Tegra 3 prosessoru ilə hazırda dünyanın ən sürətli planşetidir. Android 4.0 yeniləməsi də alıb. Üstəlik netbook kimi də istifadə edə bilərsiniz əgər əlavə pul verib dock alsanız. Digər alternativlər kimi: Galaxy Tab 10.1, Motorola Xoom, Galaxy Tab 7.7. Seçim sadəcə sizin tələbatınızdan asılıdır.
O ki qaldı iOS yoxsa Android məsələsinə… Apple fanatlarının və ümumiyyətlə demək olar bir çox texnoliogiya həvəskarlarının başa düşmədiyi bir şey var. Android hardware deyil, nə də istehsalçı deyil. Android sadəcə hər kəsə açıq bir əməliyyat sistemidir, hansının ki rəqibi yoxdur hazırda bazarda. Əgər siz Android telefon və ya planşet alıb onun ekranından, kamerasından, UI-dan şikayətlənirsinizsə bu şikayətlərinizin bir mənalı olaraq Android-ə heç bir dəxli yoxdu. Hardware-yə görə Android cavabdeh deyil, hər hansı istehsalçı istəyir mənbə kodlarını götürüb öz Android cihazını istehsal edib bazara çıxarır. Siz də, biz də gedib alırıq, və əgər ümidlərimizi doğrultmursa bu sizim yanlış seçim etdiyimizlə bağlıdı, Android-lik bir iş yoxdu. Saf Android istəyirsiniz? Gedin Google Nexus alın. Nexus-lar artıq istənilən cəhətinə görə tam Google-un nəzarəti və səlahiyyəti altındadı.
Mən iPhone da işlətmişəm, ondan sonra 4 Android telefon da işlətmişəm və hələ də işlədirəm. Son istifadə etdiyim Elvin istifadə etdiyi Galaxy S2 idi, hardware cəhətdən mükəmməl bir clhazdı, ROM da tam stabil idi, bəzən qane eləmirdi UI ROM dəyişib zövqümə uyğun ROM-lar yazırdım, hansıları kimi bizim kimi adi insanlar, developerlər hazırlayırdılar. Və sizi əmin edə bilərəm, statistikalarla sübut edə bilərəm ki təkcə Galaxy S və Galaxy S2 modelləri Samsung-a cəmi 2 il ərzində Apple-ın 10 ərzində qazana bilmədiyi qədər böyük uğur qazandırdır. Əgər hər hansı cəhəti, ekranı, göstəriciləri zəif, zay olsaydi bu reallaşmazdı.
O boş sözdür ki Samsung ekranda daha geri qalır Apple-dan. Internet resurslar, məlumatlarla doludur, açın oxuyun, müqaisə edin AMOLED yoxsa IPS LCD bütün göstəricilərinə görə daha üstündür?! Samsung heç bir şirkətdən displey, CPU almır. Nə qədər müddətdir ki Exonys prosessorları istehsalına başlayıb? Heç 2 il deyil, o boyda CPU canavarlari şirkətləri Qualcomm, TI geridə qoydu.
Məncə mənasız müqaisədir ki Samsung istehsalı olan mallar və ya hissələr yaxşıdır yoxsa pis.
O ki qalsi resurslar, RAM tələbi və s. məsələsinə. Siz Android-lə Apple-ı oxşar cəhətləri olsa belə eyni tuta bilməzsiniz. Android telefon və planşetləri real noutbuk, netbuk potensialında cihazlardı. Apple da multi-tasking çıxarıb guya eyni vaxtda bir neçə app istifadə etmək olur. Amma Android-dəki kimi hər bir app, servisə nəzarət edə bilirsiniz? Hansı app nə qədər resursdan faydalandığına baxa bilərsiniz?
Düzdü, əgər siz adi telefon istifadəçisisinizsə “fancy UI” olan cihaz sizi qane edirsə, telefonda o qədər də texniki məsələlərə önəm vermirsinizsə və cihazınızın brend olması sizə daha çox rahatlıq verirsə onda seçiminiz Apple-dan yana olmalıdır. Amma texniki məsələlərə qalanda Android-lə iOS arasında fərq müqaisə edilə bilinməyəcək qədər böyükdü.
Texniki məsələləri də bir yana qoysaq Android sizə öz telefonunuz istədiyiniz formada, istədiyiniz dizaynda, istədiyiniz məqsədlə istifadə etməyə imkan verir. Zövqünüz Sense-dən yanadırsa HTC alırsınız, TouchWiz sevirsinizsə Samsung alırsınız, stock Android UI sevirsinizsə Nexus alırsınız.
HTC, Samsung kimi markaların dediyiniz kimi 3 aydan bir yeni cihaz çıxarması sizə mənfi görünə bilər amma bu son istifadəçiyə – istehlakçıya alternativlər verir. İstehlakçı seçimlərə kor kimi getmir, öz ehtiyacını öyrənir ilk öncə və ona uyğun seçim edir. Elə burda bu sualı açan istifadəçi də eyni səbəbdən sual altındadı ki seçimi hansı olmalıdı, necəsini almalıdı. Əgər Apple kimi digər markalar da sadəcə bir model istehsal etsəydilər indi “telefon, planşet seçimi” anlayışları olmazdı.
Razıyam sizinlə Apple iOS ancaq öz cihazları üstündə işlədir, başqa heç bir istehsalçı cihazı yoxdur ki iOS-də. Amma məsələ də burasındadır ki xarab olanda, zayı çıxanda da zibilə tullamaq başqa bir çarə qalmır. Heç iPhone götürmə lap Mac OS götür. PC-lərdə kompüterin bir hissəsi xarab olanda düzəldirsən, dəyişirsən qaydasına düşür. Eynisi Mac-da edin. Bir yeri xarab olsun görün nə qədər başınız ağrıyacaq. Həmçinin də eynisi iOS üçün keçərlidi.
Mənasızdı hələ də Apple özünü bir vaxtlar “hamıdan yaxşı” tanıdıb deyə hələ də eyni formada onu müdafiə eləmək. Apple-ın imicini qoruyan Stiv idi, o da öldü getdi, narahat olmayın, hazırki bazar tempi davam elədikcə Apple tezliklə öz əvvəlki halına qayıdacaq – 90-cı illərin sonuna qədər hansı halda idisə o hala, taa ki iPhone “icad” edənə kimi.
Brend, marketinq, gözoxşayan dizayn qurbanı olmayın, seçimlərinizi ehtiyaclarınız istiqamətində reallaşdırın.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(18:30, 23/03/2012 ) #11371

Seçimlərinizi ehtiyaclarınız istiqamətində reallaşdırın.

Bax meselede ele burasindadir. Menim smartfonda ve ya PAD da ehtiyacim internetle kifayetlenir bezen ise terminala ehtiyacim olur. Ondan artigina ehtiyacim olmur menim telefonu cox hallarda danismaq uchun istifade edirem ya da oyun oynayib yol gedende muzkaya qulaq asmaq. Yoxsa Elvin dediyi kimi teli TV e qoshub keyboard qoshub komp kimi istifade etmeye lazim olmur )) Ya ustumde netbuk olur hemise ya da getdiyim yerde olur omayanda ise tab isimi gorur..

O ki qaldi pislemeye men hech bir cihazi pislememisem axi )) ne samsung ne htc ekran ferqlerinden soz getdi men 4s in hech de digerlerinden pis ekrani olmadigini dedim.. Samsungun pis oldugunu demedim))

Elvin baltala )) Siz OpenSource Fanlarisiz )) Nece ki men AIX deyende Linux Sisadminle meni oldururler ki IBM aix fanatisan ne bilim aix baglidi hech kime vermir yalniz powerde isleyir ))

Android pis deyil dedikleriniz onu genislendirir ama her kutlenin xitab etdiyi ozune gore secimi var ona gore de neyese pis demek onu pislemek duzdgun deyil )) .. Menim uchun her iki sistem gucludu ama IOS un oz yeri var )) ..

P.S. Androidin ne oldugunu bilirem ))

——————————-
Elvin silsen yaxshi olar INSHALLAH forum olar geeenis muzakire ederik .. )) Antireklam OLMASIN :D!

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(18:34, 23/03/2012 ) #11372

Sorry Sehv yazmisam 4S 512 ramdi ((

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(20:03, 11/01/2013 ) #25699

blackberry playbook alsan peşman olmazsan ipad ilə mübarizə aparacaq gücdədir 32gb-i 220 dollaradi

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(14:30, 23/01/2013 ) #26309

salam men bu planwetlerden birini almaq isteyirem hansini meslehet gorerdiz?isteyirem aldigim planwetlere sim kart taxmaq ve mikrasoftda yazi yazamaq mumkun olsun..he birde bu planwetlerden her hansi birini sifariw versem orda gosterilen qiymetlerden elave 9.99 $ emek haqqi odemeliyem?secdiklerim awagdakilardir:

http://www.ebay.com/itm/New-Blackberry-Playbook-32GB-Wi-Fi-7-Black-RIM-Tablet-PRD-38548-002-/190784578175?pt=US_Tablets&hash=item2c6ba5a27f

http://www.ebay.com/itm/Samsung-i800-Galaxy-Tab-Android-Verizon-Wireless-Camera-WiFi-Tablet-/150912680438?pt=US_Tablets&hash=item232318c1f6

http://www.ebay.com/itm/Amazon-Kindle-Fire-8GB-Wi-Fi-7in-Color-Touchscreen-Tablet-Black-Latest-Model-/130837859056?pt=US_Tablets&hash=item1e768b4af0

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(14:35, 11/01/2014 ) #35377

Mende Sony Xperia Tablet Z SGP321 di cox gozel isleyir play storede yazirlar ki bu oyu acilmir ama mende her sey acilir mende de Sony Xperia Tablet Z SGP321 di meslehettidi

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(16:03, 13/02/2015 ) #53018

en yaxshisi tabdir

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

MiMov cavab verdi - Özəl ip tv qurmaq (3 gün əvvəl)

MiMov cavab verdi - iptv onlayn paket almaq (3 gün əvvəl)

E. Hacı cavab verdi - 300$ Gömrük Limitini keçdim (10 gün əvvəl)

Software Developer cavab verdi - Aliexpress gömrük rüsumu nəyə görə hesablanır? (12 gün əvvəl)

AliyevYT cavab verdi - Honeygain, passiv gelir (12 gün əvvəl)

Sıradan biri cavab verdi - IMEI qeydiyyatı (14 gün əvvəl)

Fariz Huseynli cavab verdi - cerimenin öyrənilməsi (17 gün əvvəl)

Software Developer cavab verdi - cerimenin öyrənilməsi (19 gün əvvəl)

Software Developer cavab verdi - Kapital bank rekvizit payoneer (19 gün əvvəl)

Software Developer cavab verdi - Hər hansı kompyuter proqramının (EXE faylı) etibarlı olub olmaması yəni qanuni və ya saxta olduğunu necə bilmək olar ? (19 gün əvvəl)

txmn cavab verdi - Hərbi biletsiz, möhlətsiz iş (21 gün əvvəl)

Galaxy cavab verdi - X-də (Twitter) premium abunəliklə bağlı çətinlik (22 gün əvvəl)

Rsad Ncfli cavab verdi - Payonner 2024 ilə bağlı sual (27 gün əvvəl)

Software Developer cavab verdi - Payonner 2024 ilə bağlı sual (27 gün əvvəl)

Rsad Ncfli cavab verdi - Payonner 2024 ilə bağlı sual (27 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23229 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024