Online shopping saytı açmaq üçün məsləhət

Salam.Mən online shopping saytı açmaq istəyirəm.Wordpress CMS`i məsləhətli olar? Yəni Azərbaycanda yaxşı işləyər bu sayt? Bir də bu saytala bağlı hansı temaları məsləhət görərdiniz? Pullu olsa da olar.Shoppin sistemi dizaynın içində olan olsa yaxşı olar


Yadda saxlama
Kateqoriya: Wordpress, Yazacağım mövzuda sayt axtarıram . , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

(18:43, 31/03/2012 ) #11818

WordPress yaxşı seçimdi. İstəsəniz ancaq Shopping CMS-ləri də istifadə edə bilərsiniz. İnternetdə Belə CMS-lər çoxdu.

WordPress-da qurmaq istəsəniz wordpress haqqında bir az məlumat toplamalısınız.
Temalar isə internetdə çoxdu. Google-da “WordPress templates” yazıb axtarmağınız kifayətdi

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (19:29, 31/03/2012 ) #11822

    WordPressi bilirəm.Əsas sualım odur ki, temanın daxilində olan o shopping sistemi normal işləyəcək? Alınan malların pulu hara gedəcək?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(19:49, 31/03/2012 ) #11824

Shopping theme-in daxilində bunun üçün ayarlar var, ora paypal,moneybookers,checkout2,google chekout və.s. hesabları birləşdirə bilərsiniz, və ya heç biri yoxdursa sadəcə sifariş bölməsi qoyub oradan sonrakı mərhələni telefonla əlaqə saxlayaraq edə bilərsiniz. Məsələn shop.az, sumka.az elə edir, ödəniş mərhələsini realda aparır, yəni malı ünvana çatdırarkən. Sifarişi isə onlayn

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (19:51, 31/03/2012 ) #11825

    Anladım,çox sağolun

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(00:08, 01/04/2012 ) #11837

Əslində hələlik bizim cəmiyyət üçün birbaşa çatdırılarkən ödənişi almaq məqsədəuyğundur. Həmdə ebay və digər şoping saytlarında siz istəməsəniz belə oğurluq halları mövcuddur. Bunun üçün günlərini camaatın kartından bir miqdar pul çəkmək üçün qurban verənlər var. Sizə gələn bildirişdə yazılan məbləğdən çox pul çıxılıbsa deməli online Hackerlərin hədəfi olmusunuz. Yaxşı olardıkı alacağınız malın öz dəyəri+çatdırılma+valyuta məzənnəsini gözə alaraq kartınızda çox pul saxlamayın.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (14:34, 01/04/2012 ) #11856

    online pul oğurlamaq lazımsız bir şeydir. ağıllı adamlar bunu etmir. online pulu izləmək çox asandır. ona görə bunu demək olar heç kim etmir. əgər hesabınızdan artıq pul çıxılıbsa birinci ebay-la sonra da bankınızla bunu araşdırın. mənim kredit kartımın detalları demək olar bütün əsas online alış satış saytlarında var, online alışdan da təxminən 3 ildir istifadə edirəm. hələ ki bir problemim olmuyub. ebay kimi auksionlarda əsas diqqət etmək lazımdır aldığınız adam kimdir. başqa bir başa satış saytlarında isə, misal Amazon, heç vaxt *oğurluq* olmur ola da bilməz. birinci cümlənizə görə cavab yazdım. elə sizin kimi istifadəçilərdi xalqı qorxudur:) online alış satış çox əlverişli və təhlükəsizdir əgər aldığınız sayt ya adam normal şirkətdirsə, plus kompyuteriniz normal qorunursa. bu qədər bəsit. xakerlər də yetərincə ağıllıdır, heç kim bank hesabından pul oğurlamır. çünki elektron pulu kağız pula çevirmək üçün banka getmək lazımdır:)

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (01:50, 12/06/2014 ) #42588

      Bahruz Garamammadov kompyuterlerin qorunmasi ne menada? online shoppingde komputerlerin qorunmasi ucun ne etmek laimdirki?

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(11:06, 17/04/2012 ) #12764

Mən də online alış verişlə demək olar ki bütün ömrüm boyu məşğul olmuşam. Başa düşə bilmirəm bu çoxlarına (elə mənim dost tanışlarıma belə) niyə qorxulu gəlir. Əgər ödənişləri nəzarət etsəniz, çıxarışlara biraz fikir versəniz və hansı saytlarda ödəniş etdiyinizə diqqət yetirsəniz bu problemlər yaşanmaz. Bu əslində çox asandır.
Hazırda Az-da demək olar ki, bütün banklarda SMS-xəbərdarlıq xidməti var. Hər hansı əməl. etdikdə (hətta 1 man) ani SMS gəlir mobil telefonunuza və bu xidmət ildə 10 man-dan başlayır. Və ümumiyətlə tanımadığınız və ya şübhələndiyiniz saytlarda ödəniş etməsəniz belə şeylər baş verməz. O ki qaldı xakerlərin hücumuna, əksər hallarda bank sizin pulunuzu geri qaytarır.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

MiMov cavab verdi - Özəl ip tv qurmaq (4 gün əvvəl)

MiMov cavab verdi - iptv onlayn paket almaq (4 gün əvvəl)

E. Hacı cavab verdi - 300$ Gömrük Limitini keçdim (10 gün əvvəl)

Software Developer cavab verdi - Aliexpress gömrük rüsumu nəyə görə hesablanır? (12 gün əvvəl)

AliyevYT cavab verdi - Honeygain, passiv gelir (13 gün əvvəl)

Sıradan biri cavab verdi - IMEI qeydiyyatı (15 gün əvvəl)

Fariz Huseynli cavab verdi - cerimenin öyrənilməsi (18 gün əvvəl)

Software Developer cavab verdi - cerimenin öyrənilməsi (19 gün əvvəl)

Software Developer cavab verdi - Kapital bank rekvizit payoneer (19 gün əvvəl)

Software Developer cavab verdi - Hər hansı kompyuter proqramının (EXE faylı) etibarlı olub olmaması yəni qanuni və ya saxta olduğunu necə bilmək olar ? (19 gün əvvəl)

txmn cavab verdi - Hərbi biletsiz, möhlətsiz iş (21 gün əvvəl)

Galaxy cavab verdi - X-də (Twitter) premium abunəliklə bağlı çətinlik (22 gün əvvəl)

Rsad Ncfli cavab verdi - Payonner 2024 ilə bağlı sual (27 gün əvvəl)

Software Developer cavab verdi - Payonner 2024 ilə bağlı sual (27 gün əvvəl)

Rsad Ncfli cavab verdi - Payonner 2024 ilə bağlı sual (27 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23229 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024