Verilmiş və sayı 6660 olan sualların 97.28 %-i cavablanmışdır.

Bu o deməkdir ki, sizin vermək istədiyiniz sualın cavablanmamaq ehtimalı 3/100-dən də azdır

Həll edilməmiş suallara nəzər salaq


ebay      PayPal   wordpress   sayt   windows   Windows 7   Android   Kompüter   php   internet   telefon   ubuntu   notebook   oyun   YouTube   proqram   java   domen   video   Nokia   iphone   modem   LİNUX   hosting   mysql   samsung   HTML      format   

SUAL VERIN

 
 

Ubuntuya program yazmaq

Ubuntuya program yazmaq istədim, ancaq alınmadı. (Mən Ubuntunu yenicə komputerdə yerləşdirmişəm). Windows-dakı kimi EXE uzantılı fayllar yoxdu ki onunla birbaşa yükləyəsən. DEB və RPM uzantılı fayllara girdikdə isə UBUNTU SOFTWARE CENTER açılır. Səhifənin də əvvəlində yazı yazılır. yazını oxuyanda da məlum olur ki (daha doğrusu tərcümə edəndə) fayl etibarlı mənbədən deyil. Bunun üçün nə məsləhət görərdiniz? cavablarınıza görə əvvəlcədən təşəkkür edirəm.
P.S. mən programları əsasən internet klubda fləş-karta, oradan da evdəki komputerə yükləyirəm.


Kateqoriya: Linux və digər əməliyyat sistemləri . , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər

Ubuntuya program yazmaq sualına 5 cavab var
+1 Bəyənilsin Zəif cavabdır Elvin Hacı
(Profil) (17:48, 30/04/2012 ) #14098

Software Center-də demək olar bütün proqramlar var, siz kənardan niyə proqram axtarasınız ki? İnternet yoxdur evdə ona görə? O halda Software Center-də Edit bölməsinə girib Other Software-də İntependent seçimlərinə quş qoyub save edin, vəssalam işləməlidir. Exe faylını burda Deb faylları əvəz edir.

Bəyənilsin Zəif cavabdır Cavid Zeynallı
(Profil) (21:56, 30/04/2012 ) #14128

Salam.Tutaq ki mənim evdəki internetim zəifdi və mən proqramları başqa yerdə yükləyib (məs: internet klub da) öz komputerimə daşımaq istəyirəm bu mümkündür ya ancaq software center dən yükləmək olur?

    Bəyənilsin Zəif cavabdır Elvin Hacı
    (Profil) (22:06, 30/04/2012 ) #14129

    Mümkündür təbii ki. DEB fayllarını yükləyib gətirə bilərsiz evdəki kompyuterə. Eyni zamanda deb olmayan adi tar gz arxiv fayllarını da install etmək olur, amma bu zaman terminalda Unix biliyi tələb olunur. Yeni başlayan üçün mütləq DEB faylları lazım.

Bəyənilsin Zəif cavabdır Cavid Zeynallı
(Profil) (23:23, 30/04/2012 ) #14137

köməyə görə çox sağ olun

Bəyənilsin Zəif cavabdır Emin Mastizadeh
(Profil) (01:31, 12/05/2012 ) #15229

Ümumiyyətlə yeni Ubuntu versiyalarında istənilən deb faylı əlavə quraşdırmalar etmədən soft center ilə yazmaq olur.Sadəcə olaraq xəbərdarlıq edir ki, proqramın nə olduğunu bilmədən yazmayın.Yani zərərvericini qursaz və sonra kodunuzu yığsaz kompüterin proqramında nəyisə xarab edə bilər.Amma Ubuntuda yenə də rahatlıqla zədələnmiş hissələri bərpa etmək olur.


Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.


 

Üzvlər üçün giriş

Cavab axtardığınız sualı burada qısa cümlə ilə yazıb axtarın, bəlkə sual əvvəllər verilib və cavablandırılıb:

Lider istifadəçilər(ekspert bal)

Weboxu yazıları