Verilmiş və sayı 6677 olan sualların 97.29 %-i cavablanmışdır.

Bu o deməkdir ki, sizin vermək istədiyiniz sualın cavablanmamaq ehtimalı 3/100-dən də azdır

Həll edilməmiş suallara nəzər salaq


ebay      PayPal   wordpress   sayt   windows   Windows 7   Android   Kompüter   php   internet   telefon   ubuntu   notebook   YouTube   oyun   proqram   java   domen   video   Nokia   iphone   modem   LİNUX   mysql   hosting   samsung   HTML      format   

SUAL VERIN

 
 

Kubuntu haqqında bir neçə sualım var.

Hər kəsə salam! Mən neçə vaxtdır ki, yeni ƏS yazmaq istəyirdim, axır ki, Şükür Allaha bir yaxşı ƏS tapdım. Ubuntunu yükləmək istədim amma alınmadı. Bəlkədə 1000 varianta baxdım, heç cürə mümkün olmadı. Nə isə. Sonra isə indi Kubuntu yüklədim. Çox gözəl bir sistemdir. Həqiqətəndə vindovs kimi ƏS-ləri vurub keçər. İndi mənim bu Kubuntu haqqında bir neçə sualım var.

1) Mən istəyirəm ki, bu Kubuntuda xxx saytlara qarşı proqram yazım. Yəni filtre kimi bir şey. Əvvəl vindovsda məndə var idi. Adı vebfiltre idi. İndi Kubuntuda belə bir proqram var?

2) Mən vindovsda .exe formatlı (crack) proqramlar işlədirdim. İndi o proqramları burada necə açım?

3) Bu kubuntuda əsas hansı proqramları yükləməliyəm? Yəni kompüterin normal vacib qəbul etdiyi hansı proqramları yükləməliyəm?


Kateqoriya: Linux və digər əməliyyat sistemləri . , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər

Kubuntu haqqında bir neçə sualım var. sualına 11 cavab var
+3 Bəyənilsin Zəif cavabdır Onar Alili
(Profil) (14:21, 05/05/2012 ) #14748

Salam
1.Terminala daxil olun və

gedit /etc/hosts

–aşağdakı sətri istədiyiniz sayt üçün əlavə edin.
127.0.0.1 domain.com

2.Windowsda işlətdiyiniz programları Wine istifadə edərək qura və işlədə bilərsiz(PlayOnLinux bunuda araşdırın).Windowsda işlətdiyiniz programların əksəriyyətinin linux(kubuntu) üçün pulsuz programları var.
Wine

3.Sizə lazım olan programları yükləyin.Sisteme lazım olan hər program sistem qurularkən qurulub.Saytlara daxil olmaq üçün Google Chorme istifadə etsəz flash player qurmağa ehtiyac qalmıyacaq.

Bəyənilsin Zəif cavabdır isiqaqa
(Profil) (14:37, 05/05/2012 ) #14749

Bu 1-ci sualın cavabını başa düşmədim. Xahiş edirəm mənə onu ətraflı başa salında. Bir də mən hansısa saytın açılmağına görə demrəm. sayt açılarkan saytın başlığında olan sözə qarşı proqram istəyirəm. Bilirsiniz necə? Məsələn, vindovsda vebfiltre proqramında 4-5 söz yazırdın ki, bəs məsələn, bu sözlər hansı saytın başlığında varsa o saytı avtomatik bağlasın. Bu cür

Birdə ki, bu wine deyəsən təkcə ubuntu üçündür. Kubuntuya getmir.

Bəyənilsin Zəif cavabdır Kheyyam
(16:33, 05/05/2012 ) #14786

Wine Ubuntuda olduğu kimi Kubuntuda da çox yaxşı işləyir. Yükləmək üçünsə sadəcə olaraq Muon paketləri idarəetmə proqraminin axtarış yerinə Wine yazın, verilən siyahıda sonuncu stabil versiyanı quraşdırın

Bəyənilsin Zəif cavabdır isiqaqa
(Profil) (19:36, 05/05/2012 ) #14837

Mən bu nanny proqramını ubuntunun softvare centerindən yükləyirəm, adını parental lock verir. Ona daxil olanda parol istəyirəm yazırkam, nəsə göstərir ki, proqram açılır. Amma açılmır. Bu siz verdiyiniz saytdan da yükləyəndə tar.gz formatında bir şey gəlir. İçinə girirəm papkalar zad gəlir. İndi necə edim ki, bu nanny işləsin?

Bəyənilsin Zəif cavabdır isiqaqa
(Profil) (20:46, 05/05/2012 ) #14854

ola bilər. Bu yaxşı filterdir. Amma mən bütün brauzerlər üçün istəyirdim. Mozilla üçün əvvəlcədən başqasını qurmuşdum. Fox filtre. Birdə ki, mən bu vinenin yox nanny-nin quraşdırılma qaydasını istəyirəm. Zəhmət olmasa. Əvvəlcədən təşəkkürlər.

Bir də bilmək istəyirdim ki, mən bu kubuntunu quranda diski 2 yürə böldüm. 25.5 gb olan yerlə kubuntu quruldu. 55 gb olan yer isə məsələn D diski kimi qaldı. İndi mən iastəyirəm ki, proqram zad yazanda D diskinə düşsün. Onu necə edə bilərəm? Mən də kubuntu türkcədir.

    Bəyənilsin Zəif cavabdır Onar Alili
    (Profil) (01:18, 06/05/2012 ) #14931

    Linuxda(kubuntu) qurulum yolunu deyişmək olmur.Linuxda(kubuntu) proqram istədiyiniz yerə daşımaq üçün siz gərək ƏS /home directoriyasını yeni diskə daşıyasız.

    Sizin istədiyiniz kimi geniş filtrəmə kubuntuda bir zəhmət tələb edəcək.DansGuardian və OpenDns`də istifadə etmək olar.

    Bəyənilsin Zəif cavabdır Onar Alili
    (Profil) (01:21, 06/05/2012 ) #14932

    bağışlıyın unutdum yazmağı.nanny yalnz gnome desktoplar üçündür sizin istifadə etdiyiniz KDE`dır.

Bəyənilsin Zəif cavabdır isiqaqa
(Profil) (12:42, 06/05/2012 ) #14956

Bu dansguardian-ı yükləyirəm menyuya düşmür. Xahiş edirəm mənə bu dansguardianın quraşdırılma qaydasını başa salardızda. Əvvəlcədən təşəkkürlər.


Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.


 

Üzvlər üçün giriş

Cavab axtardığınız sualı burada qısa cümlə ilə yazıb axtarın, bəlkə sual əvvəllər verilib və cavablandırılıb:

Lider istifadəçilər(ekspert bal)

Weboxu yazıları