Məsləhətli yaxşı datakart

Salam mən öz notbukum üçün yaxşı məsləhətli sərfəli qiymətə bir datakart almaq istiyirəm. Siz hansını məsləhət görərsiz hansı daha yaxşı və sürətlidi? Ətraflı yazardız əvvəlcədən təşəkkür!


Yadda saxlama
Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (21 cavab var)

(17:58, 12/06/2012 ) #16575

Ümumiyətlə datakart məsləhət görmürəm azercelinki xüsusilə, əmi oğlu sazz alıb diyir pis deyil.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(18:03, 12/06/2012 ) #16576

Azercell və Bakcell datakartları yaxşıdır, Bakıda və Bakıdan kənarda normal tuturlar. Şəxsən mən Azercell datakartı məsləhət görərdim, 20 ya 30 azn-lik tariflərilə 1 ay normal işlətmək olur, sürət də stabildir. Datakartın özü isə 35 azn-dir, kampaniya ilə pulsuz da almaq olur, amma o halda abunə nömrə ilə məcburi abunəlik var, bu da əziyyətdir, ən yaxşısı datakartı alıb adi sim nömrə taxıb işlətməkdir.
Sazz isə əhatə dairəsi çox kiçik və parça-parça olan bir xidmətdir, şəxsən mən bu şərtlərlə Sazz işlətmərəm. Nə vaxt əhatə dairələri normal olar, o halda işlətməyə dəyər, çünki qiymət və sürət Sazz-da yaxşıdır.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(18:16, 12/06/2012 ) #16577

Adaş qrup yoldaşım alıb özü kurdaxanıda olur abunə nömrəynən işdədirdi deyir 10 manatlığ yüklüyürəm youtube-da birkidənə videoya baxan kimi qutarır sora adi nömrə aldı deyir indidə heeç facebooka girmir girəndədə gücənə gücənə 🙂

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (19:05, 12/06/2012 ) #16580

    Hər ikinizə təşəkkür edirəm geniş məlumat verdiyiniz üçün ama mən daha çox qiymətinə görə yəni sərfəli oldugundan Bakcell data kartı almaq istərdim eşitdiyimə görə data kart özü 1Azn aylıq abunə haqqı isə 9Azn civarında indi mənə nə məsləhət görürsüz dostlar sizcə bunu almagıma dəyər yəni sabah bu məni yarı yolda qoymazki? Mən davamlı işlətmək istiyirəm yəni ki xeyli getsin mənim üçün

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (19:16, 12/06/2012 ) #16581

    Mən 3 ildir Azercell datakart işlədirəm deyə bu barədə fikirlərim praktiki təsdiqini tapmış fikirlərdir. Azercell datakartı ilə 20 aznlik tarifdə 1 ay boyunca normal miqdarda videoya da baxmaq olar saytlara da girmək olar. 30 aznlik ilə isə lap bütün günü videoya baxsan da bitmir. Əhatə dairəsi də həm Bakıda həm uzaq rayonlarda çox girmişəm, hər yerdə normaldır. Bakcell haqda müsbət fikirlər çoxdur amma özüm işlətməmişəm əmin edə bilmərəm. Sazza gəldikdə isə onun əhatə dairəsi saytlarında var,kiçik parça parça ərazilərdə tutur

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(20:10, 12/06/2012 ) #16583

Nə alırsan al Bakcell alma mən aldım rayonda tutmadı interneti.daha işlətmirəm.
Elvin Hacı- Azerceldə surət nə qdər olur?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (20:28, 12/06/2012 ) #16584

    Bakıda 3-5 , rayonda 1-3 mb/s. Tam stabil

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (22:26, 12/06/2012 ) #16589

    nəyə görə ki qaqaş rayonda tutmadığı üçün? rayonda heç tutmur ya zəif tutur? mənə belədə rayon o qədərdə vacib deyil elə burda tutsun bu mənə yetərlidi, mənə bilirsiz əsas nə maraglidi bunun 1ay ərzində rahat işləməsi eşitdiyimə görə 1ci ay çün 3GB sürət sonra isə sürət ayın axırırınadək 128KB düşür

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (09:25, 13/06/2012 ) #16603

    Fiko, siz anlayışları qarışdırdınız bir-birinə. 🙂
    3 GB sürət olmur, 3 GB trafikdir. 128 KB da sürət olmur.
    Deməli məsələ belədir ki Bakcell tutaq ki sizə 3G internet vəd edir limitsiz, amma şərt olaraq yazır ki 3GB trafik 3G sürətilə veriləcək, yəni təxminən 1-10 Mbit/san sürətində, əgər 3GB trafik bitibsə o halda sürətiniz 128 Kbit/san-yə düşəcək amma internetə girməkdə davam edəcəksiniz. Trafik həcmi 20 azn-lik tarifdə 10GB-dır, ondan sonra sürət 128-ə düşür. Bir sözlə müxtəlif şərtlərdə müxtəlif trafik təqdim olunur, daha dəqiqinə burda baxın
    http://www.bakcell.com/az/sur-internet-packages
    http://www.bakcell.com/az/sur-data-kart

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(01:48, 13/06/2012 ) #16599

2 gün olar Azercellin yeni 10luq kompaniyasından Datakart aldım, hər ay 10GB internet paketi təqdim edir. Surət isə 3-5 Mbit. Çoxda yaxşı da işləyir. Sadəcə 10 ay ərzində hər ay 10AZN ödəmək tələb olunur, 10 aydan sonra isə Datakart sizə qalacaq. Birbaşa ödəmə edib almaq da olar.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (13:54, 13/06/2012 ) #16612

    qaqaş siz bu Azercell datakartını neçiyə almısızki? sürəti necədi yaxşı işləyirmi? məndə almaq istiyirəm onunçun.. birdə indi tutalımki 10 ayınız bitdi ondan sonra necə və neçiyə olur trafiklər? bu barədə geniş məlumat versəydiz yaxşı olardı əvvəlcədən təşəkkür!

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(13:51, 13/06/2012 ) #16611

Elvin Hacı
Hə qaqaş ola bilər anlayışım yox bu barədə təşəkküt məlumat üçün.. mən belə baxıram sərfəli deyil bu

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(14:40, 13/06/2012 ) #16615

Hə qaqaş, deməli belə edirsən, gedirsən Azercell ekspresə (ünvanları Azercell.com saytından tapa bilərsən), şəxsiyyət vəsiqəni təqdim edirsən, ilk öncə səndən bu ay üçün 5 AZN alacaqlar (tam ay olmadığı üçün), qeydiyyatdan keçib Datakartı aldıqdan sonra 24 saatdan sonra sənə 10 GB internet paketi yüklənəcək balansına. Hər ayın 25 də ödəmə vaxtıdır. Orda qalan hər şeyi izah edəcəklər. 10 ay tamam olduqdan sonra isə Datakart sənin olacaq, istədiyin zaman nömrəyə balans artırıb işlədə bilərsən, yəni hər ay yükləmək zəruri olmayacaq.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (15:28, 13/06/2012 ) #16616

    qaqaş yəniki mən bunu ilk aldıgda datakart üçün heç bir məbləğ vermiyəcəm eləmi sadəcə ilk birinci ay üçün 5AZN alacaglar? bu 10 GB internet paketi mənimçün 1 ay üçün bəs edərmi? birdəki onu soruşum mən misal üçün bu ay üçün limitimdən yari qədər istifadə etsəm gələn aya keçərkən bu ayın trafiki batır ya gələn ayın üstünə əlavə olunur?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(15:42, 13/06/2012 ) #16617

5 AZN alacaqlar sizdən, 24 saatdan sonra aktiv olunacaq (24 saat gözləmək istəməsəz əgər 10 AZN verib kart alıb onun qalan 5 AZN datakarta, qalan 5 AZN-i isə internet üçün istifadə edə bilərsiz, əlavə hər Mbayt üçün isə 0.01 AZN tutlacaq) və balansa 10 GB internet paketi əlave olacaq. 10 GB sizə çox güman ki 1 aya bəs edər. Xeyr, əlavə limit qalarsa növbəti aya keçmir.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (15:46, 13/06/2012 ) #16618

    (24 saat gözləmək istəməsəz əgər 10 AZN verib kart alıb onun qalan 5 AZN datakarta, qalan 5 AZN-i isə internet üçün istifadə edə bilərsiz, əlavə hər Mbayt üçün isə 0.01 AZN tutlacaq) qaqaşim bu yazınızı dogru dürüst anlamadim yəni ki mən belə başa düşdüyümə görə bununçün əlavə mən azercell nömrəsi işlətməliyəm?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(16:32, 13/06/2012 ) #16620

Belə başa salım, siz 5 manat verib 24 saat gözləməlisiz ki, 10GB internet paketi balansa köçürülsün, amma gözləməsəz internetdən istifadə etsəz hər 1 Mbayt üçün 1 qəpik ödəməli olacaqsız. Əyər 24 saat gözləmək istəməsəz, o zaman 10 manat verin kart alın, 5 manat ordan həm datakarta görə çıxılacaq, 5 manat da ki, interetə görə istifadə edəcəksiz və 24 saat sonra da 10GB köcürüləcək.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (21:37, 13/06/2012 ) #16633

    çox çox təşəkkür edirəm qaqaş bu geniş ətrafli məlumatlar üçün indi mən belə edəcəmdə qardaşım gedəcəm Azercell dilerlərinə orda 5 AZN verib 24 saat ərzində internet paketin balansa köçürülməsini gözləyəcəm və daha sonram rahat internetə girəcəm və mən beləcə ilk birinci ayın haqqını 5 AZN verərək bitirmiş olacam və birdə gələn ay növbəti ikinci ayı verəcəm düzmü anladım yazdığlarınızı? Bu 10 ay bitdikdən sonra mən bu data karta rahat 10 AZN yükləsəm onda nə qədər internet trafiki gələcək yenə əvvəlki kimi 10 GB ya ondan az? Birdə bu data kartların işləməsi həmişəlik olur ya bir müddətlik? Mən istiyirəm həmişəlik işlədim fikirləşirəm belə daha rahat olar mənimçün

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(20:32, 11/01/2013 ) #25703

Elvin Hacı məndə azercellin datakartı var amma nömrəsini bilmirəm,bir sözlə sözümün canı budur ki hər hansı azercell nömrəsini taxıb işlətmək mümkündür bilirəm,elə balansa kontur vurub işlədim yoxsa hansısa əməliyyat edim?İnternet mb götürüm yoxsa hansısa tarifə keçim?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (22:33, 11/01/2013 ) #25711

    Salam. Yalnız və yalnız meqabaytla internet paketi götürün sonra işlədin.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(00:06, 12/01/2013 ) #25718

Tesekkur edirem

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - Wise vasitəsilə bank kartına pul köçürmə (9 saat əvvəl)

Software Developer cavab verdi - Rus dilindən mətni tərcümə etmək (1 gün əvvəl)

Cənab cavab verdi - Almanca söz bazası yığmaq (3 gün əvvəl)

rdrobert cavab verdi - Mikrofon süngərinə yazı (4 gün əvvəl)

rdrobert cavab verdi - Yerli virtual olaraq dost tapmaq platforması (4 gün əvvəl)

rdrobert cavab verdi - Almanca söz bazası yığmaq (4 gün əvvəl)

rdrobert cavab verdi - Playstation 4 almaq, Playsation klub açmaq (4 gün əvvəl)

rdrobert cavab verdi - Proqramistin ixtsasi hansidir? (4 gün əvvəl)

Software Developer cavab verdi - Azercell Kabinetim aplikasiyasında İstəSən tarifi haqqında (6 gün əvvəl)

Software Developer cavab verdi - Proqramistin ixtsasi hansidir? (6 gün əvvəl)

byshako cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (16 gün əvvəl)

rdrobert cavab verdi - Honeygain, passiv gelir (18 gün əvvəl)

rdrobert cavab verdi - Xaricdən telefon getirmek (18 gün əvvəl)

rdrobert cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (18 gün əvvəl)

rdrobert cavab verdi - AliExpress, Telefon, Rüsum (18 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23234 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024