Onlayn alınan məhsul haqqında məlumat

Bilmək istərdimki. onlayn yolla internet üzərindən alınan məhsul üçün PayPal sistemi ilə məhsulun dəyəri və onun çatdırılması üçün ödənilən puldan başqa hansısa əlavə pul ödəməliyim ki?
Yəni demək istədiyim məhsul yəqin ki bizim verdiyimiz poçt indeksinə görə poçta göndərilir. Biz məhsulu poçtdan götürən zaman hansısa bir məbləğ ödəməliyəmmi ki, ilk dəfədirki onlayn yolla xaricdən məhsul almaq istəyirəm ona görə.
Bəs alınan məhsulun göndərilməsində adamı aldatmazlarki?


Yadda saxlama
Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (11 cavab var)

(20:57, 25/08/2012 ) #19404

Salam. Hər biri paketin, qutunun içindəki məhsulların toplam qiyməti 200$-dan azdırsa heç bir rüsum tətbiq edilməz və 200$dan çox olduqda gömrükdə saxlana bilər (heç də həmişə saxlanılmır amma).
Malın çəkisi 500 qramadək olduqda 0.80 azn, 500-2000 arası olduqda 1.40 azn, 2000 qramdan çox olduqda isə 2 azn ödəməlisiz.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(22:22, 25/08/2012 ) #19406

Indi məsələn mən Çindən bir firmadan
1. Android telefon – 191.23$
2. Adi telefon – 34.79$
3. Blutuzlu klavyatura – 11.96$
4. Rəqəmsal fotoaparat – 76.90$
sifariş vermək istəyirəmş Və bunların toplam qiyməti 314.88$ edir və firma “Air Mail” yolu ilə göndərmə haqqı olaraq 22.87$ istəyir.
Mən bu sifarişi versəm yəqinki onlar bu əşyaları 1 qutuda göndərəcəklər. Və onda sızın dediyinizə görə bu mallar gömrükdə saxlanıla bilər? Gömrükdə saxlansa nə baş verir. Hansı prosedur həyat keçirilir? Mallar gerimi qaytarılır yoxsa məndən nəsə rüsummu alınır? Bəs malın qramının nə qədər olduğunu dəqiq bilmirəm. Siz dediyiniz qramaja görə olan pulu məndən poçta alacaqlar?

Bəs yaxşı belə 1 sual verim. Tutaqki telefonu təkç qalan malları ayrı sifariş versəm onda ayrı qutulardamı göndərərlər, və heç qutudakı malın dəyəri 200$ keçmədiyi üçün kömrükdə heç bir problem olmadan keçə biləcəkmi?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (22:52, 25/08/2012 ) #19409

    Gömrükdə saxlansa özünüz gedib 28 may tərəfdəki bölmələrindən götürməli olursunuz. 36% əlavə rüsum ödəyirsiniz. 300$-lıqdırsa, 108$

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(00:16, 26/08/2012 ) #19412

Cavabınıza görə çox sağolun.
Zəhmət olmasa deyərdiz. Bəs tutaqki yalnız 195.84$ dəyərində telefon gətizdirirəm və bunun üçündə göndərilmə haqqı 10.56$ alırlar. Və bu zaman göndərilmə haqqı məhsulun üzərinə əlavə olunmurki?
Yəni mənim aldığım məhsulun dəyəri əslində 200$-ı keçmirdə. Düzmü düşünürəm?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(00:31, 26/08/2012 ) #19413

Birdəki bayaqkı cavabda deyilmişdi ki. gömrükdə saxlanada bilər saxlanmayada. Bunun necə müəyyən edə bilərik. Hansısa qaydaynandı yoxsa keflərinə görə qərar verirlər və ya malı daşıyan şirkətə və ya malın alındığı ölkəyə görə vəya başqa amillərə görə?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (01:10, 26/08/2012 ) #19417

    Göndərilmə haqqının qiymətə dəxli yox.
    Hansı hallarda saxlanıb saxlanmama isə 200$ sərhədi ilə müəyyənləşir. Amma de-fakto durum başqadır, adətən bir dənə kiçik həcmli əşya alanda saxlamırlar, məsələn bahalı mobil telefon. Amma saxladıqları hallar da olur. Bir sözlə 200$-dan baha nəsə alırsınızsa(+36%) bu riski gözə alıb sonra almalısınız.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(01:08, 26/08/2012 ) #19416

Gömrük işcilərinin kefinə baxır salyaıb saxlamayacaqları :)) Hərdən kiçik malların qiymətinə baxmırlar ona görə saxlamaya bilərlər. Ancaq eBay-dan mal alsanız ordan satıcıdan xaiş edə bilərsinizi poçt paketinin üstünə 200$-dan aşağı qiymət yazsın.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(01:15, 26/08/2012 ) #19418

Sualımı cavablandıran hər kəsə təşəkkür edırəm….

Deməli yənədə bəxt işidi…

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(09:09, 26/08/2012 ) #19423

Bəs yaxşı əgər dəyəri 200$ -dan artıq malı xarici ölkədən internet üzərindən alıb ölkəyə gətirtməyin nə xeyri qaldıki insanlara. Yəni nəsə fərq edəcəkmi burdakı qiymətlə.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (12:44, 26/08/2012 ) #19425

    Xeyri qalacağı haqda hər hansı vədmi verilib? 🙂 Xeyr. Onu özünüz müəyyənləşdirirsiniz xeyri var ya yox. Elə mal ola bilər +36% ilə birlikdə belə burdakından ucuz ola bilər və yaxud əksinə hal da mümkün.
    Məlumatçün bildirim digər əksər ölkələrdə rüsum,faiz məsələləri bizdəkindən daha sərtdir,bizdə müqayisədə vəziyyət yaxşıdır. Sadəcə 200$ limiti bizdə çox aşağıdır digər ölkələrdən, heç olmasa 500$ olaydı gərək.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(17:35, 26/08/2012 ) #19430

Həqiqətəndə 200$ limiti çox aşağıdır. Amma neylələk bu da belə qoyublarda.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - Payoneer kartdan pul çıxartdıqda vergi (18 saat əvvəl)

Software Developer cavab verdi - Wise vasitəsilə bank kartına pul köçürmə (4 gün əvvəl)

Software Developer cavab verdi - Rus dilindən mətni tərcümə etmək (5 gün əvvəl)

Cənab cavab verdi - Almanca söz bazası yığmaq (8 gün əvvəl)

rdrobert cavab verdi - Mikrofon süngərinə yazı (9 gün əvvəl)

rdrobert cavab verdi - Yerli virtual olaraq dost tapmaq platforması (9 gün əvvəl)

rdrobert cavab verdi - Almanca söz bazası yığmaq (9 gün əvvəl)

rdrobert cavab verdi - Playstation 4 almaq, Playsation klub açmaq (9 gün əvvəl)

rdrobert cavab verdi - Proqramistin ixtsasi hansidir? (9 gün əvvəl)

Software Developer cavab verdi - Azercell Kabinetim aplikasiyasında İstəSən tarifi haqqında (10 gün əvvəl)

Software Developer cavab verdi - Proqramistin ixtsasi hansidir? (10 gün əvvəl)

byshako cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (21 gün əvvəl)

rdrobert cavab verdi - Honeygain, passiv gelir (22 gün əvvəl)

rdrobert cavab verdi - Xaricdən telefon getirmek (22 gün əvvəl)

rdrobert cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (22 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23236 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024