Samsung Galaxy S3 yoxsa HTC One X?

Salam… Samsung Galaxy S 3 yoxsa HTC One X? Fikirlərinizi bilmək istərdim… Və niyə…


Yadda saxlama
Kateqoriya: Sual . , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (19 cavab var)

(22:44, 30/08/2012 ) #19696

Samsung Galaxy S3 məsləhət görürəm.
Burada müqayisə olunub: http://geekaphone.com/compare/Samsung-Galaxy-S-III-vs-HTC-One-X-Quad-Core

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(00:41, 31/08/2012 ) #19700

Dizayn baxımından HTC One X üstündür. Həm nüvə sayı da var. Ama görüntü baxımından S3’ün ekranı superdi. Mən dizayna üstünlük verdiyim üçün One X’i seçərdim. Ümumi göstəricilərə baxdıqda isə S3 daha yaxşıdır.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(09:34, 31/08/2012 ) #19712

Salam
İşdə hər iki modeli işlədən var,parametləri və görüntü olaraq mən S3 bəyəndim.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(11:34, 31/08/2012 ) #19723

Sizə bir məsləhət verim. Androidə üstünlük verirsinizsə Samsung, Windows Phone-ya üstünlük verirsinizsə Nokia məsləhət görürəm. Çünki bu iki şirkətin telefonlarına Azərbaycanda çox böyük support verilir.
İnanmıram ki, sualı verən istifadəçi dizaynını nəzərdə tutur. Ona qalsa Nokia həm dizaynına görə, həm də keyfiyyətli device olduğuna görə rəqiblarindən iki “baş” üstündür.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (11:40, 31/08/2012 ) #19725

    Nokia daha telefon deyil 🙂 Lumia-da daha da özünü biabır elədi 🙂
    Samsung da hələlik Androidin hesabına və bir-iki yeni texnologiya hesabına qabağa gedib, amma inanmıram ki, bu uğurlar daimi olsun.
    Apple – iphonu 5 -də o problemi yaşamasaydı, gecikmə olmasaydı, əlbət – öz sözünü deyərdi, yenə də, gec deyil, tezliklə yenidən sübut edəcək ki, Iphone ayrı bir “luks”-dur. Onun yerini heç nə verə bilməz…
    Apple -dan sonra da HTC gözəl brenddir.
    Qalanları hamısı bir-birinin tayıdı.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (14:26, 31/08/2012 ) #19731

      Nokia daha telefon deyil. Lumia-da daha da özünü biabır elədi – Əksinə satışı get gedə yaxşılaşır.
      Samsung da hələlik Androidin hesabına və bir-iki yeni texnologiya hesabına qabağa gedib – Bir-iki? Ən müasir touch screen ekranları ilk dəfə yaratmaq(Təriflədiyiniz İphone-ların da ekranı Samsung istehsalıdır), yeni bir hibrid smartfon(Note,Note2) nlayışını dövrəyə uğurla daxil etmək və.s. daimi uğurdan xəbər vermirmi? Hazırda Samsung mobil bazarın 35%-nə sahibdir və burada 90% rolu Android oynayıb. Dünya üzrə 35% bilirsiniz nə nəhənglikdə bir uğur deməkdir? Məsələn Apple kimi əsasən hipsterləri aldadan firma cəmi 18% paya sahib.
      Onun yerini heç nə verə bilməz – Bu sırf fanatik yanaşmadır. Real parametr və keyfiyyət müqayisəsində isə İphone-lar LG,Motorola, Sony-lərdən belə çox-çox geridir, nəinki Samsung və HTC.
      Yəqin 4 dənə minusun səbəbləri aydın oldu 🙂

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (14:33, 31/08/2012 ) #19734

      Nokia Windows Phone ilə işləməyə davam etsə Microsoft mobil bazarda hədəflədiyi 2 ci yerə gələcək.Heç olmasa bir dəfə Windows Phone işlədin və necə sürətli,güclü olduğunu görəcəksiz,yeni əlavə olunan multitasking ilə dahada gücləndi.
      —-
      Windows Phone ilə düşmənçiliyi olanlar isə məlumat sahibi olmadan fikir sahibi olmamağa çalışaq.
      Windows Phone böyük uğur qazanacaq mobil bazarda buna əmin olun.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (17:16, 31/08/2012 ) #19748

      Onar bəy, sizə böyük minnətdarlıq bildirirəm Nokia və Windows Phone barədə fikirlərinizə görə.
      Elə bil “ürəyimdən xəbər verdiniz”. +1
      Doğrudan da, Windows Phone-ni pisləyənlər onun haqqında heç bir məlumata malik deyillər. Amma, həmin telefonu bir az da olsa işlədəndə, fikirləri 180 dərəcə dəyişir. “Live Tile”lər insanı darıxmağa belə qoymur. Təəsüf ki, funksionallığına görə Android-dən geri qalır WP. Amma, Windows Phone 8 rəqiblərinə “qan udduracaq”.
      Səbirsizliklə 5 Sentyabrı gözləyirəm, Nokia-nın ilk WP8 modelini.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (17:19, 31/08/2012 ) #19749

      Elvin bəy, Samsung Apple-yə 1 milyard ödəyib. Özü də qeyri-adi şəkildə 🙂
      http://weboxu.com/blog/2233.html

      Düzəliş: Bu zarafatcıl bir dezinformasiyadır. Ümumiyyətlə heç bir ödəniş olmayıb(çünki məhkəmə qərarından şikayət olunacaq), nəinki xüsusi ödəniş – Redaktor.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(14:11, 31/08/2012 ) #19728

Narazı olan gözəl insanlar, fikirlərinizi bilmək istərdim. -1 etməkdən asan heç nə yoxdur 🙂

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(14:15, 31/08/2012 ) #19729

iPhone’u belə tərifləməyinə səbəb oldu -1 məncə 🙂 iPhone nəyinə görə üstündür Samsung’dan?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (14:29, 31/08/2012 ) #19732

    Bunu iphone 5 çıxanda görəcəksiz 🙂
    Hər-halda mən iphone-un rəsmi dileri deyiləm tərifləyim, istifadə edib görmüşəm, samsung-u da görmüşəm dost-tanışda, amma iphone qədər xoşuma gəlməyib. Nə də olmasa – Samsungdu 🙂 Keçmişinə baxanda nə olubki əvvəllər?
    İphone hər zaman öz adını, statusunu saxlayıb, indi bir iki uşaq-muşaq nəsə eliyib deyə bu o demək deyil ki, hər zaman da belə reytinqi olacaq 😉

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (14:39, 31/08/2012 ) #19735

      Əgər keçmiş ilə götürürsüzsə,onda Nokianın keçmişi çox parlaq olub indi isə satışları düşüb.
      Texnologiya sahəsində əvvəl axır prinsipi işləmir.
      Samsung bu temp saxlasa ve Android olduğu müddətçə daha neçə illər yaxşı qazanacaq.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (14:46, 31/08/2012 ) #19737

      Keçmiş dedikdə Samsung -u nəzərdə tuturdum.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (15:10, 31/08/2012 ) #19739

      Siz bir faktı unudursunuz ki, İphone-un hardware avadanlıqların Samsung istehsal edir. Siz bu faktı bilərək yenə deyirsinizsə ki yox Nə də olmasa – Samsungdu , deməli siz applofansınız sadəcə olaraq 🙂 Samsung smartfon hardware-sində dünya lideridir, softu isə Google şirkətinə aid olan Androiddir. Yəni hər iki tərəfdə ən qabaqcılların sintezindən yaranan məhsullar buraxır. Ona görə də Galaxy S2, S3, Note İphone-lardan daha çox satılır və satılacaq. Çünki dünyada heç də hamı applofan deyil, real keyfiyyətə və uyğun qiymətə fikir verən insanlar daha çoxdur.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(14:19, 31/08/2012 ) #19730

Lyuksa üstünlük verirsən sadəcə. Olay bu )

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (14:31, 31/08/2012 ) #19733

    Siz belə etməzsiz? Lyuks-da pis nə varki? Daha da öz rahatçılığın üçündür. Apllication -lar da n qədərdi, iphone -la da nə istəsən etmək olur .

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(15:09, 31/08/2012 ) #19738

Alibeyov, siz dost tanış yanında hava atmağa davam edin. Biz texnologiyanın həzzini çıxaraq. 😉

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (15:56, 31/08/2012 ) #19741

    Hava atmaq məqsədim olsaydı, kitay variantı iphone da işlətmək olardı.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

MiMov cavab verdi - Özəl ip tv qurmaq (3 gün əvvəl)

MiMov cavab verdi - iptv onlayn paket almaq (3 gün əvvəl)

E. Hacı cavab verdi - 300$ Gömrük Limitini keçdim (10 gün əvvəl)

Software Developer cavab verdi - Aliexpress gömrük rüsumu nəyə görə hesablanır? (12 gün əvvəl)

AliyevYT cavab verdi - Honeygain, passiv gelir (12 gün əvvəl)

Sıradan biri cavab verdi - IMEI qeydiyyatı (14 gün əvvəl)

Fariz Huseynli cavab verdi - cerimenin öyrənilməsi (17 gün əvvəl)

Software Developer cavab verdi - cerimenin öyrənilməsi (19 gün əvvəl)

Software Developer cavab verdi - Kapital bank rekvizit payoneer (19 gün əvvəl)

Software Developer cavab verdi - Hər hansı kompyuter proqramının (EXE faylı) etibarlı olub olmaması yəni qanuni və ya saxta olduğunu necə bilmək olar ? (19 gün əvvəl)

txmn cavab verdi - Hərbi biletsiz, möhlətsiz iş (21 gün əvvəl)

Galaxy cavab verdi - X-də (Twitter) premium abunəliklə bağlı çətinlik (22 gün əvvəl)

Rsad Ncfli cavab verdi - Payonner 2024 ilə bağlı sual (27 gün əvvəl)

Software Developer cavab verdi - Payonner 2024 ilə bağlı sual (27 gün əvvəl)

Rsad Ncfli cavab verdi - Payonner 2024 ilə bağlı sual (27 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23229 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024