WP saytın bəzən tam görüntülənməməsinin səbəbi nə ola bilər?

Salam. WP sistemdə qurulmuş sayta daxil olarkən bəzən saytın normal görüntülənməsi ilə bağlı problemlər baş verir, yəni gah tam boş səhifə, gah da saytın menyüsünə qədər olan hissə görünür. Qeyd edim ki, bunun istifadəçi çoxluğundan baş verməsi mümkün deyil. Çünki, sayt yenidir ve gün ərzində 100-dən çox istifadəçisi olmur. Plugin sayı da çox deyil. Məlumat üçün bildirim ki hostinq xidməti Sayt.ws-dən alınıb. Serverlər isə, Kanadada yerləşir.
Sizcə, bu problem nədən qaynaqlana bilər?

Cavabınız üçün öncədən təşəkkürlər!


Yadda saxlama
Kateqoriya: Sual . , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

(11:42, 11/11/2012 ) #22590

Salam. Problem fərdi araşdırılmalıdır. Saytın idarə panelindən error log araşdırılsa səbəb asanlıqla tapılar.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(22:11, 12/11/2012 ) #22660

Adminsratorun sehviyle bagli ola biler

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(04:06, 15/11/2012 ) #22778

Elvin bəy, Sizi tam anlamadım. Zəhmət olmasa, bir qədər dəqiq və ətraflı məlumat verməyinizi xahiş edirəm. Konkret hansı fayllar araşdırılmalıdır? Qeyd edim ki, bu WP sayt hostinq paketindəki hazır scriptlə qurulub.Ümumiyyətlə, Sizcə, bu məsələ hostinqdən qaynaqlana bilməzmi?…

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (10:11, 15/11/2012 ) #22780

    Salam. Ya hostinqdən ya da hansısa nasaz plugindən qaynaqlanır problem. WordPress paketi hər yerdə eynidir və belə problemlər onda müşahidə olunmur. Hostinqdə bəzi limit aşmaları, məhdudiyyətlər ola bilər ki onlardan istifadə zərurəti yarandıqda səhifənin kodunun yuxarıdan aşağı icrası qırılmış olsun.
    Error log Control Panel-də file manager-də yerləşir, logs papkası varsa orda. Və ya adətən public_html-in birbaşa öz daxilində error_log adlı fayl olur. Error log açırsız, onun içində tarixlərə görə səhvlər düzülür, məhz səhv baş vermə tarixini təxmin edərək həmin sətirlərə nəzər salınır və orada problemin səbəbi mütləq yazılmış olur. Tarixi dəqiqləşdirə bilməsəniz belə orada ümumi nəzər salınmaqla səhvləri görmək olar. Siz özünüz kodu çözə bilməsəniz error log-un içəriyini hər hansı açıq sayta yerləşdirib linkini bura atın biz daxil olaq baxaq.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (02:39, 16/11/2012 ) #22804

      Öncə, mövzuya həssas yanaşdığınız üçün təşəkkürlər, Elvin bəy! Qeyd edim ki, cpanel və ftp-də logsla ilgili axtarış edərkən yalnız access-logs adlı papkaya rastladım. Bu papkanın üzərinə tıklayınca isə,”This directory is empty.” (Yəni,Bura boşdur) cümləsi yer alır. Bundan başqa cpanel-də “Xəta logu” adlı hissə varki, orada da yer alan “Son 300 xəta loqu mesajları:” hissəsi tamamən boşdurki, bu da hansısa xəta olmadığı anlamına gəlir…
      Bu kiçik araşdırmadan sonra isə, bir də az da olsa şübhələndiyim məqam, bunun bilgisayarım və ya internet sürəti ilə əlaqəli ola bilmə ehtimalıdır…

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - Wise vasitəsilə bank kartına pul köçürmə (17 saat əvvəl)

Software Developer cavab verdi - Rus dilindən mətni tərcümə etmək (1 gün əvvəl)

Cənab cavab verdi - Almanca söz bazası yığmaq (4 gün əvvəl)

rdrobert cavab verdi - Mikrofon süngərinə yazı (5 gün əvvəl)

rdrobert cavab verdi - Yerli virtual olaraq dost tapmaq platforması (5 gün əvvəl)

rdrobert cavab verdi - Almanca söz bazası yığmaq (5 gün əvvəl)

rdrobert cavab verdi - Playstation 4 almaq, Playsation klub açmaq (5 gün əvvəl)

rdrobert cavab verdi - Proqramistin ixtsasi hansidir? (5 gün əvvəl)

Software Developer cavab verdi - Azercell Kabinetim aplikasiyasında İstəSən tarifi haqqında (6 gün əvvəl)

Software Developer cavab verdi - Proqramistin ixtsasi hansidir? (6 gün əvvəl)

byshako cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (17 gün əvvəl)

rdrobert cavab verdi - Honeygain, passiv gelir (18 gün əvvəl)

rdrobert cavab verdi - Xaricdən telefon getirmek (18 gün əvvəl)

rdrobert cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (18 gün əvvəl)

rdrobert cavab verdi - AliExpress, Telefon, Rüsum (18 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23234 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024