Düzgün sayt seçimində məsləhət

Hamıya Salam.Sualım bu saytın kontentinə nə dərəcədə uyğundu bilmirəm,amma Azərbaycanda başqa belə sayt tanımıram :).Ona görə sizdən kömək istəyəcəm. Demeli belə,sayt açmaq istiyirəm.Təbii kiçik qazanc məqsədli.Lakin hansı kateqoriya üzrə,nə saytı açım bilmirəm.Bir az size kömək edim necə saytlar mümkündür:

1.Saytın kontenti mahnı,video və ya bu kimi çox hecmli faylların olmadığı bir sayt.Belə oldüğu halda,bir müddətdən sonra davamlı olaraq güclü serverə keçməyim deyə

2.Xəbər saytı məsləhət görmüyün 🙂 Artıq Azərbaycanda 100-lərlə belə sayt var 🙂

3.Elə bir kontent olsun ki,daim saytda işləmək,sayta nəzarət gərəyi duyulmasın.Məslən bu sayt kimi.Hal-hazırki vəziyyəti daha çox vaxt ayırmaq tələb edir sayt admininə,çunki saytda yeteri qədər istifadəçi və ya expert yoxdur ki,ona kömək etsin.Ona görə sualları cavablandırmağın 50% i onun savadına düşür.Gələcəkdə çox istifadəçi olduqda isə,adminə yalnız sualları yoxlamaq aktiv etmək qalacag.Yəni ki, bu sayt kontenti yaxşıdı amma artıq yerini tutub)Dəməli ən asas bir şeyi təzədən qeyd edim,saytda yalnız yazı olsun (bu sayt kimi)

Əgər fikrimi sizə çatdıra bildimsə,zəhmət olmasa ideyalarınızdan və məsləhətlərinizdən yararlanım 🙂

Təşəkkürlər


Yadda saxlama
Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

(14:17, 24/12/2012 ) #24362

Salam. Gəlir məqsədli istənilən sayt uzun uzun çətin zəhmət tələb edir. Dünyada elə bir veb layihə yoxdur ki saytı quranda əziyyət çəksinlər, sonra sayt özü avtomatik gəlir gətirməyə başlasın. Ən azından daimi support lazımdır, həm kontent həm texniki baxımdan. Ona görə başlanğıcda bu şərtdən vaz keçmirsinizsə, unudun getsin, bu iş alınmayacaq 🙂
Gəlir gətirən veb layihə bir virtual müəssisədir, şəxsən özünüz də olmasanız, kimlərsə daim o müəssisəni çalışdırmalıdır. Məsələn götürək Google-un hansısa pullu xidmətini. Google demək olar hər şeyi avtomatlaşdırıb, bütün proses botlar alqoritmlər vasitəsilə özözünə reallaşır, smart alqoritmlər süni intellektlə hətta yazılan məktuba belə cavab verə bilir. Amma buna rəğmən Google hər alt layihəsinə 100lərlə işçi ayırır. Texniki dəstək, nəzarət, inkişaf və.s. üçün. Yəni insan amilinin dəstəyi kəsildikdə proyekt nəinki inkişaf edə, heç yerində də saya bilməz, əksinə, geri getməyə başlayar.
Və ya dediyiniz sual-cavab saytı. Ən populyarları Quora, Stackoverflow və.s. Onlarda sayt rəhbərliyi suallara cavab vermir, hamısını userlər edir, amma sayt rəhbərliyinin də işi başdan aşır. Yuxarıda dediyim məsələlərə aid işlər.
Ona görə də məsləhətdir ki araşdırma aparasınız, bazarda böyük boşluq var hazırda. Xəbər, əyləncə saytlarından başqa bir çox kateqoriyara uğur qazanmaq nisbətən asan olar.
Konkret ideyaya gəldikdə isə 100 startup ideas tipli axtarış edin Google-da, çox maraqlı ideyalar gələcək.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(15:36, 24/12/2012 ) #24370

İdeya məndən 🙂 yaxşı mən ideyanı verdim, saytın çalışmasını kim təmin edəcək? Maliyyə qalsın bir yana, gərək olunan funksiyaları yerinə yetirməsi üçün, saytın özünün çalışması üçün programlar yazılmalıdır, bunun nə səviyyədə olmasından çox şey asılıdır. Multimedia paylaşan əyləncə saytlarının da heç də hamısı contenti öz severində saxlamır, bu saytın iş prinsipindən, gəliri hardan qazanmasından da asılıdır.
Sadə bir təklif istəyirsinizsə, deyim: hər hansı bir mövzuda blog tipli sayt. Mövzu dar olarsa və gərəkli SEO işləri aparılarsa uğur qazanmaq olar. Bu saytla tanışlığı məsləhət görüm: http://ktonanovenkogo.ru/ Həm dediyiniz tipdə bir saytdır, həm də mövzusu elə sualın cavabına yaxındır.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(02:19, 25/12/2012 ) #24394

Təçəkkür cavablarınızçun.Saytın tam dizaynı proqramlaşdırılması,təhlükəsizliyi və ondan sora ki proqram təminatı mənlikdi.bunu yaxşı bacarıram.Maliyyə qisminə gəldikdə isə başqası hər xərci üzərinə götürür.Yalnızca qalır kontent.Əgər ele bir kontent olsa,sayt doğurdan da yüksək gəlir gətirsə təbii bütün vaxtımı ayıraram.Üeb bazarda boşluqu tuta bilmirəm Azərbaycanda daha dəqiq bu barədə kömək istiyirdim )Təşəkkürlər cavablarınız üçün amma qanə etmədi 😀 Proqramlaşdımaya aid də forumlar açmaq olar amma istifadəçi düşünmürəm ki yetrəi qədər olsun.Başqa idea ) E.Hacı-nın dediyi üzrə axtarışlar edim.Amma siz də köməyinizi,məsləhətlərinizi,ideyalarınızı əsirgəməyin.Sırf hansı kontent üzrə azərbaycanda boşluq var?Yenə deyirəm əgər gəlir gətirən bir şey olsa razıyam fayl tutmunun çoxluğuna,serveri yola vermək olar 😀
təşəkkürlər

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (16:51, 25/12/2012 ) #24427

    Boşluq harda var, bu artıq sual-cavab yox, araşdırma mövzusudur, veb analitiklərə müraciət etmək lazımdır ki sizin maraq sahələrinizdə pullu araşdırma etsinlər 🙂

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(08:09, 26/12/2012 ) #24451

ok

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(08:19, 26/12/2012 ) #24452

web analitikleri nec’ tapim bəs?) heç olmasa bu sahədə kömək edin.Tapıran google-da amma azərbaycan özrə veb analitik lazımdı.ingilis və ya rus düşünmürəm ki bizim ölkə üçün boşluğu tuta bilsin.Bəklə tutar boşluğu amma əsas Tələbatı tuta bilməyəcəklər.Azərbaycanda üeb analitiklər tanıyan varsa,sayt,nömrə və s kimi ünları mənə yazın…

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (13:49, 26/12/2012 ) #24461

    Məsələn bu firmaya müraciət edə bilərsiniz http://think.az/
    Kömək edərlər.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(14:09, 26/12/2012 ) #24465

çox sagolun.Sual həll olundu! 😀

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - Payoneer kartdan pul çıxartdıqda vergi (2 saat əvvəl)

Software Developer cavab verdi - Wise vasitəsilə bank kartına pul köçürmə (4 gün əvvəl)

Software Developer cavab verdi - Rus dilindən mətni tərcümə etmək (4 gün əvvəl)

Cənab cavab verdi - Almanca söz bazası yığmaq (7 gün əvvəl)

rdrobert cavab verdi - Mikrofon süngərinə yazı (8 gün əvvəl)

rdrobert cavab verdi - Yerli virtual olaraq dost tapmaq platforması (8 gün əvvəl)

rdrobert cavab verdi - Almanca söz bazası yığmaq (8 gün əvvəl)

rdrobert cavab verdi - Playstation 4 almaq, Playsation klub açmaq (8 gün əvvəl)

rdrobert cavab verdi - Proqramistin ixtsasi hansidir? (8 gün əvvəl)

Software Developer cavab verdi - Azercell Kabinetim aplikasiyasında İstəSən tarifi haqqında (10 gün əvvəl)

Software Developer cavab verdi - Proqramistin ixtsasi hansidir? (10 gün əvvəl)

byshako cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (20 gün əvvəl)

rdrobert cavab verdi - Honeygain, passiv gelir (21 gün əvvəl)

rdrobert cavab verdi - Xaricdən telefon getirmek (21 gün əvvəl)

rdrobert cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (21 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23236 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024