Çində istehsal edilən LAPTOPLAR

Salam Aleykum!

QArdaşlar sizə bir sualım olacaq.

Sizcə çindən və dubaydan gətirilən hansı marka laptoplar etibarlılıq, pul və perfomans baxımından məsləhətlidir?
Mümkündürsə seçimdə kömək edin. 
Parametrlər eyni olduğu halda hansı məsləhət edilir.?

Seçimim Sony vaio f core i7 və ASUS k53sv core i 7 seriyası üzərindədir. Asusu seçmək istəyirəm. bunlardan hansını seçəcəyimi bilmirəm. Çünki bunlar dubaydan və çindən gəlir. bu iki ölkədən gələdiyi üçün hansının necə olduğunu bilmirəm. Alacağımı da mağazadan deyil, dubaydan və çindən gətirən qardaşlardan alacam. Adətən öz karopkasında deyil notebook çantasında gətirirlər. Çantada gətirilənlə karopkada gətirilən arasında nə fərq var?

Dedilər ki, sony vaio-nun bəzi modellərinin formatı mümkün deyil, xarab olsa detalları bahadır və çox halda tapılmır.
Asusların da çox qızdığı deyilir. Mütləq bir problem çıxarıldığı bilirilir. Amma seçim qarşısında qalmışam. Təcili almalıyam.
İşlətdiyim 3ds max və Autocad 3D-dir. Bir də programlama ilə məşğulam. Bunlara dözə bilən perfonmanslı və ucuz marka axtarıram. Core i7 olsun.
herden oyun da oynanılacaq.

Qardaslar məsləhətiniz asus və sony deyilsə digər markaları da deyə bilərsiniz. MARKA və həmin markanın seriyasını da deyin çox xahiş edirəm.
Öncədən təşəkkür edirəm.ALLAH RAZI OLSUN!


Yadda saxlama
Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (13 cavab var)

(19:35, 07/05/2013 ) #29694

Asusu məsləhət görərdim, həm keyfiyət baxımından həm də daha yaxşı olduğunu düşündüyüm üçün. O ki qaldı dubaydan və ya çindən gəlməsi bu elə hər yerdə belədi. Notbuklarda telefonlar kimi saxta olma ehtimalı çox azdı. Notbukların əksəriyəti çində istehsal olunur, ancaq buna baxmayaraq dubayda daha ucuzdu.

Notbuku karobkada deyil çatanada gətirilməsinin iki səbəbi ola bilər.
1. Notbuk işlənmiş olur və onu təzələyib təzə kimi satırlar. Belə olan halda karobkası olmur.
2. Gömrükdə rüsüm ödəməmək üçün çantada keçirdirlər ki güya şəxsi istifadə məqsədi ilə gətirilir.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (20:15, 07/05/2013 ) #29697

    Qardaş cavab üçün təşəkkür edirəm. Türk forumlarını və notebookların dünya reytinglərini izlədim asus öndə gəldi. Amma azərbaycanda notebook satan mağazacı dostlarım var. hamısı bir ağızdan asusda ciddi problemləri n olduğunu deyir. SONY ACER SAMSUNG DELL TOSHİBAni meslehet gorurler. Bu saytda da bir yerə rast gəldim ki, asusu tərifləyirlər. AMMA Burada da Asusu tərifləyən görəndə fikrim yaxşıca qarışdı. ASUSu məsləhət görməyinizin səbəbini ala bilərəmmi? ƏGər asus alarsam hansı seriyasını almalıyam? ve yaxud asus olmasa başqa hansı laptop markasını tərcih edərsiniz. Marka və seriyasını.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (11:15, 08/05/2013 ) #29710

      Notbukları keyfiyətinə görə sıralasam belə olar. HP, Acer, Asus, Sony, Toshiba, Samsung. Seçim səbəbləri müxtəlifdi.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(21:27, 07/05/2013 ) #29698

Məncə dell ən yaxşısıdı.Mənim balaca qardaşımada Dell almışıq,kompyuterin başına açmadığı oyun qalmayıb,bir dəfə əliynən ekranınnan tutdu fırladıb çırpıb divara,3-4 dəfə kravatın 2-ci mərtəbəsinnən aşağı atıb amma 3 ildi hələki kompyuterə birşey olmayıb.Korpusu pis gündədi amma kompyuter normat işləyir ))).Ona görə məncə ən dözümlü kompyuter Dell-di.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (11:54, 08/05/2013 ) #29725

    Yəqin korpusu dözümlüdür. Dell 5110 -lar bu cəhətdən dözümlü deyil. 1 dəfə yerə düşməyi, sıxılmağı bəsdi ki, harasısa sınsın, zədələndisin. Bunu ümumi bütün DELL -lə üçün demək olmaz. Amma komputer alanda tələbə uyğun olaraq korpusunun da dözümlü olmasına fikir vermək lazımdır.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(22:24, 07/05/2013 ) #29702

HP-lər də yaxşı olur ama qiymətləri nisbətən baha olur.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (21:27, 10/05/2013 ) #29848

    qardaş hp işletmişəm. Bir çox yerdə də araşdırmışam. HP-nin dizaynına söz ola bilməz. Həmçinin işləməyinə də . Amma dezavantajlarını saya bilərəm.
    İŞlətdiyim HP pavilion dv6 30-40er olub. core i7 1.6Gz 4Ram 500HDD 1 ati radeon vGa
    Aliminium gövdə olduğundan və prosessor sol terefde yerleşdiyindən həmişə sol əlinin altı çox qızır.bu da insanın əlini tərlətməklə onda narahatlıq yaradır. Yay vaxtı kondisioner olmayan şeraitde işledilmesi qadağandır. Çünki HP-lər gözəl marka olsa da hele de isinmenin qarşısını ala bilməmişlər. Tez qızır və öz özünə notebooku qapadır.
    Amma qızma problemini nəzərə almasa digər dizayn möhkəmlilik xüsusiyyyətlərinə görə pis deyil. Yaxşı HP üçün yaxşı pul xərcləmək lazımdır.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(11:38, 08/05/2013 ) #29720

Müxtəlif modellərlə şəxsi təcrübəmdən(HP, ASUS, Acer, Toshiba) Asus-un məhsullarının daha keyfiyyətli, qaneedici olduğunu deyə bilərəm.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(11:47, 08/05/2013 ) #29723

HP -lər yaxşı olsa da kaprizli komputerlərdi. 1 il ərzində havalandırma sistemi pisləşir, toz yığır, qızır, səs küy salır, vaxtında təmizlənməsə prosessoru yanır. Bir neçə tanıdığım adamın başına gəlib.
Mən özüm Fujitsu AH 532 istifadə edirəm. Başına gəlməyən oyun qalmayıb,hələ ki, problemi çıxmayıb, hər şeyə dözümlüdür,havalandırma sistemi də əladır. istənilən an 4 şrup açıb başı çıxmayan adam da təmizləyə bilər, prosessor, kuler, videokart bu 4 şruplu qapağın altındadır, parametrləri də idealdır:

Core i7 3612 QM
HD graphics 4000, Nvidia 640 M LE (2gb, up to 4gb)
Ram 8 gb, (up to 16 gb)

Dubaydan burdakının yarı qiymətinə gəlib.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(12:23, 08/05/2013 ) #29734

2 fərqli Asus işlətmişəm bir ara həyatımda gördüyüm ən pis markadı.
HP məsləhət görərdim.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (21:30, 10/05/2013 ) #29849

    Qardaşım ASUSlar super markadır. AMMA mən də asus almadım. lenovo aldım. çünki artıq 2012-2013 illərdə beynəlxalq statistikaya görə Apple-den sonra ən yaxşı notebook markası lenovodur. 2012-ci ildə Məsləhət baxımından Apple birinci Lenovo 2-ci idisə, 2013cü ildə isə Lenovo Apple-i keçərək ən məsləhətli notebook markası adını almışdır.
    http://blog.laptopmag.com/best-worst-notebook-brands-2013/3

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (21:32, 10/05/2013 ) #29850

      elave olaraq bildirmək istərdim ki, asusun son zamanlar istehsal etdiyi anakartlarda problem olduğundan dolayı asuslarda problem çox qeydə alınmaqdadır. o səbəbdən asus götürmədim. Bunu çoxları təsdiq edər.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(16:30, 10/05/2013 ) #29837

hp firmasi yaxsi dir aslin da cox firmalar eyni dir sadece gornusleri cox ozelliy eyni olur oznuz dusnun de intel nvida ati ve.s hamsin da gelir ama Hp Envy ve pavilion en yaxsi seriyasidir. noutbuk firmlarni icinin ozelliyleri eyni gelir men de hp probook dur cox yaxsi dir hele bir problem yok oyun da oynamisam ela dir Hp gozel dir Amerika brendi dir

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - Wise vasitəsilə bank kartına pul köçürmə (3 gün əvvəl)

Software Developer cavab verdi - Rus dilindən mətni tərcümə etmək (4 gün əvvəl)

Cənab cavab verdi - Almanca söz bazası yığmaq (7 gün əvvəl)

rdrobert cavab verdi - Mikrofon süngərinə yazı (8 gün əvvəl)

rdrobert cavab verdi - Yerli virtual olaraq dost tapmaq platforması (8 gün əvvəl)

rdrobert cavab verdi - Almanca söz bazası yığmaq (8 gün əvvəl)

rdrobert cavab verdi - Playstation 4 almaq, Playsation klub açmaq (8 gün əvvəl)

rdrobert cavab verdi - Proqramistin ixtsasi hansidir? (8 gün əvvəl)

Software Developer cavab verdi - Azercell Kabinetim aplikasiyasında İstəSən tarifi haqqında (9 gün əvvəl)

Software Developer cavab verdi - Proqramistin ixtsasi hansidir? (9 gün əvvəl)

byshako cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (20 gün əvvəl)

rdrobert cavab verdi - Honeygain, passiv gelir (21 gün əvvəl)

rdrobert cavab verdi - Xaricdən telefon getirmek (21 gün əvvəl)

rdrobert cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (21 gün əvvəl)

rdrobert cavab verdi - AliExpress, Telefon, Rüsum (21 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23236 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024