Mən social şəbəkə yaratmaq istəyirəm

salam,mən yeni sosial şəbəkə yaratmaq istəyirəm xahiş edirəm mənə kömək edəsiz, və mənim yartmaq istədiyim sosial şəbəkəni necə hazırlamam haqqında xahiş edirəm ətraflı məlumat verəsiz


Yadda saxlama
Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

(22:50, 10/05/2013 ) #29852

Sosial şəbəkənin hələ necə yaradılacağı haqqında məlumatınız yoxdu ama bunu etmək istəyiniz təəccübləndiricidi. Ən az nəsə bilsəyidiniz bu işi bu halda görmək istəməzdiniz. Mənə deyə bilərsiz bu halda siz Facebook, Goole+ kimi sosial şəbəklərdən necə üstün ola bilərsiz. Və ya yaradacağınız sosial şəbəkəyə adamları necə cəlb edəcəksiniz?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(11:48, 11/05/2013 ) #29867

İlk öncə HTML, PHP mükəmməl öyrənin. Sonra sadə sistemlərdən başlayın. Bir az sonra tam özünə güvən yaransa, maddiyyat imkan verərsə, həqiqətən Azərbaycanda yeni sosial şəbəkəyə ehtiyac olduğunu hiss etsəz açarsız.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(11:51, 11/05/2013 ) #29868

əlbəttə yarada bilərsiniz, bu sizin ən təbii haqqınızdır. yəqin ki, bu işi görmək üçün yetərincə proqramlaşdırma bilikləriniz var və indi bir bələdçi axtarırsınız. əgər sosial şəbəkənizi php və mysql ilə qurmaq istəyirsinizsə, bu kitab sizə köməkçi ola bilər. eləcə də, digər dillərin əsasında da yazılmış onlarca belə kitab var. lakin bütün bunlardan anlayacağımız şey bu olmalıdır ki, əgər kitabı belə çıxıbsa bu işin, deməli 2000-ci illərin başındakı kimi, artıq sosial şəbəkə yaradıb kommersial məqsədlərlə istifadə etmək üçün, klassik yanaşmanı bir qırağa qoymaq lazımdır – gərək nəsə yeni bir ideyanız olsun.

p.s. əgər bu işi uğurla başa çatdırsanız, adicə test yayını üçün sizə böyükhəcmli server(lər) lazım olacaq

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(13:10, 12/05/2013 ) #29885

Birinci qeyri adi , heç bir sosial şəbəkələrdə olmayan bir İDEYA tapın sonra işə girişin.
AZ-da facebookda kopyası olan bir sayt var

http://sosial.az/

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (15:52, 12/05/2013 ) #29886

    Bir yox, indiyədək mən bildiklərimi desəm azı 10-12 belə sayt olub(yerliaz sirraz yalliaz hemsinifaz və.s) təbii ki aqibətləri eyni olub.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

yeni başlamaq istəyənlərə məsləhət vermək yerideirsə mən də 1-2 söz yazın: düzdür məsləhət vermək asandır, ancaq burada gərək var, çünki çoxları işə başlayır və bir neçə il sonra kapital heç – böyük vaxtını boşa itirmiş olur. Vaxt isə puldur, əgər sizin vaxtınız pul deyilsə sosial şəbəkə açmayın.

Sosial şəbəkənin işləməsi üçün 100 nəfərlik komandanın 1 ildən çox müddətdə işləməsi lazımdır. 100 yox, 10 nədər olsa olmaz? Əlbəttə ki, olar anaq bu zaman da həmin 10 nəfər 1 il yox, 10 il çalışması lazımdır. Əlbəttə ki, işin həcmini açıqlamaq üçün yazdım bunu, yoxsa ki, riyazi hesablamalar aparmamışam. “Yox bir” deyəcəksinizsə, Facebookun keçdiyi yola baxın.

Siz sosial şəbəkə açsanız nə itirəcəksiniz? 1-cisi siz sayt yaratmaq, rəgəmsal marketinq, müştəri xidmtləri kimi bir çox sahələrdə əvəzolunmaz təcrübə qazanmış olacaqsınız. Nə itirəcəksiniz? buna özünüz qərar verin. Yuxarıdakı 100 insan-1 il və 10 insan 10 il misalını da ona görə çəkdim. Bu qədərini itirəcəyinizi düşünmürsünüzsə mən də sizin sosial şəbəkə yaradabiləcəyinizi düşünmürəm. Hərənin düşüncəsi özünə.

Sadəcə olaraq öncədən nələr itirəcəyinizi düşünün. Bu xərclər sizin üçün elə də böyük məbləğ olmaya bilər, ancaq itirdiyiniz zaman və enerji daha çox dəyərlidir. Sonda isə ən önəmlisi – sizin sosial şəbəkədən biz nə qazanacağıq? Sizdən mənə nə deyirsinizsə bu iş sizlik deyil. Hər hansı bir saytdan qazanc əldə etmək üçün başqalarına nəysə xeyir vermək lazımdır. Qısaca olaraq, saytı özünüz üçün yox başqaları üçün xeyirli hazırlaya bilsəniz qazanc ola bilər. Fərqi yoxdur bu balaca bir sosial şəbəkə olacaq, yoxsa ondan da balaca – dar bir sahədə vebsayt. Misal üçün bildiyiniz bir sahəyə aid sayt.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - Qırılmış nömrə nə vaxt tam bağlanır (3 saat əvvəl)

Emil Imanov cavab verdi - Rus dilindən mətni tərcümə etmək (7 saat əvvəl)

Software Developer cavab verdi - Payoneer kartdan pul çıxartdıqda vergi (2 gün əvvəl)

Software Developer cavab verdi - Wise vasitəsilə bank kartına pul köçürmə (6 gün əvvəl)

Software Developer cavab verdi - Rus dilindən mətni tərcümə etmək (6 gün əvvəl)

Cənab cavab verdi - Almanca söz bazası yığmaq (9 gün əvvəl)

rdrobert cavab verdi - Mikrofon süngərinə yazı (10 gün əvvəl)

rdrobert cavab verdi - Yerli virtual olaraq dost tapmaq platforması (10 gün əvvəl)

rdrobert cavab verdi - Almanca söz bazası yığmaq (10 gün əvvəl)

rdrobert cavab verdi - Playstation 4 almaq, Playsation klub açmaq (10 gün əvvəl)

rdrobert cavab verdi - Proqramistin ixtsasi hansidir? (10 gün əvvəl)

Software Developer cavab verdi - Azercell Kabinetim aplikasiyasında İstəSən tarifi haqqında (12 gün əvvəl)

Software Developer cavab verdi - Proqramistin ixtsasi hansidir? (12 gün əvvəl)

byshako cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (22 gün əvvəl)

rdrobert cavab verdi - Honeygain, passiv gelir (23 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23237 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024