192.168.1.0 /24-in izahını versəydiniz şad olardım

CCENT imtahanına hazırlaşıram,material ingiliscədir,bir mövzuda çətinlik çəkirəm,subnet,konkret bu formatda olan adresin izahını lazımdır 192.168.1.0 /24    ,bilən varsa zəhmət olmasa aydın izah elesin. Çcx sağ olun


Yadda saxlama
Kateqoriya: Sual . , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

(11:42, 14/06/2013 ) #30828

192.168.1.0 /24
Sebeke(network): 192.168.1.0 bu sondaki 0 ededi shebekeni (setk, network) bildirir.
/24 ise : maskanin 24 bit oldugunu .. yeni 255.255.255.0 oldugunu. her 255 8 bitdir.
eger 192.168.1.0/16 olsaydi onda 255.255.0.0 olacaqdi ve ya 192.168.1.0/8 olsa 255.0.0.0 olacaqdi. Bu saylari hesablaminin dusturu var yeqin ki hemin kitabda bu hisseye gelmemishden evvel oxumususz.. 1 ve 0 dan ibaret saylarla izah olunur..

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(11:57, 14/06/2013 ) #30830

192.168.1.0 /24:
1. Şəbəkə ünvanı 192.168.1.0
2. Broadcast ünvanı 192.168.1.255
3. Mövcud ünvanlar 192.168.1.1 – 192.168.1.254
4. Şəbəkə maskası 255.255.255.0

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(18:03, 14/06/2013 ) #30839

Sizin izahınız bu misalda(192.168.1.0 /24) tam aydın oldu,çox sağ olun,ama bu misalda 134.77.168.143 /27 27ini nece başa düşmək olar?təşəkkürlər

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (20:36, 14/06/2013 ) #30840

    134.77.168.143/27:
    1. Şəbəkə ünvanı 134.77.168.128
    2. Broadcast ünvanı 134.77.168.159
    3. Mövcud ünvanlar 134.77.168.129 – 134.77.168.158
    4. Şəbəkə maskası 255.255.255.224

    27-ni başa düşmək üçün binar saylar (ikili saylar) haqqında ilkin məlumatlar olmalıdır. Ona görə də mümkün qədər sadə dildə yazacam ki, aydın olsun. Ruslanın da yazdığından əslində aydın olmalı idi.

    Subnet maska binarda yazılmış 32 bitdir.
    11111111.11111111.11111111.1111111 <– burda birləri toplasaq 32 alarıq.
    Bizim misalda subnet maska 27 bitdir. Bunu binarda yazsaq belə alınar. İlk üç oktet 24 bit olduğu məlumdur. Qalır 3. 3-ü isə 11100000 kimi yazırıq.
    11111111.11111111.11111111.1110000 = 8 + 8 + 8 + 3 = 27

    Bu sadə düsturu yadda saxla 128 + 64 + 32 + 16 + 8 + 4 + 2 + 1 = 255
    ilk 3 oktetdə 8 bit tamdır. Deməli hər biri 255 olacaq. 4-cü oktetdə ilk 3 bit bərabər olacaq buna 128 + 64 + 32 = 224
    Deməli maska oldu. 255.255.255.224

    Diapazon və broadcast yəqin ki aydındır. Sonuncu 1-imiz 32-yə uyğundur. 32-yə bölünən 143-ə ən yaxın rəqəm 128-dir. (128 – 159) 32 ədəd host . 128 subnetdir, 159 isə broadcast. Deməli hər subnet üçün maksimum 30 host düşür. Qalır 129 – 158 diapazonu. 134.77.168.129 – 134.77.168.158

    Bir az qarışıq görünə bilər. Amma bir az praktika etsən aydın olacaq.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(21:04, 14/06/2013 ) #30842

Pavel səndəki material elektron formadadır?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(22:39, 14/06/2013 ) #30845

Vendetta,çox sağ ol qardaşım,ALLAH razı olsun,aydın izah etmisiz
Mən dəki material Official cert guide CCENT 640-822-dir pdf formatda

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - Wise vasitəsilə bank kartına pul köçürmə (1 dəqiqə əvvəl)

Software Developer cavab verdi - Rus dilindən mətni tərcümə etmək (15 saat əvvəl)

Cənab cavab verdi - Almanca söz bazası yığmaq (3 gün əvvəl)

rdrobert cavab verdi - Mikrofon süngərinə yazı (4 gün əvvəl)

rdrobert cavab verdi - Yerli virtual olaraq dost tapmaq platforması (4 gün əvvəl)

rdrobert cavab verdi - Almanca söz bazası yığmaq (4 gün əvvəl)

rdrobert cavab verdi - Playstation 4 almaq, Playsation klub açmaq (4 gün əvvəl)

rdrobert cavab verdi - Proqramistin ixtsasi hansidir? (4 gün əvvəl)

Software Developer cavab verdi - Azercell Kabinetim aplikasiyasında İstəSən tarifi haqqında (6 gün əvvəl)

Software Developer cavab verdi - Proqramistin ixtsasi hansidir? (6 gün əvvəl)

byshako cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (16 gün əvvəl)

rdrobert cavab verdi - Honeygain, passiv gelir (17 gün əvvəl)

rdrobert cavab verdi - Xaricdən telefon getirmek (17 gün əvvəl)

rdrobert cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (17 gün əvvəl)

rdrobert cavab verdi - AliExpress, Telefon, Rüsum (17 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23234 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024