Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Notebook seçiminə kömək

Salam. Mən notebook almaq isteyirəm. Güclü və yaxşı dözümlü notebook.

Amma bilmirəm hansı firmanın hansı notebookunu alım. Məqsədim tamamilə ən son texnologiyalarla təmin olunmuş , həmçinin oyun oynaya biləcəyim, geniş ekranlı notebookdur. Bilirəm notebook üçün geniş ekran 17.3 düymdür.

Əsas problem hansı firmaç Hansı model?

İntel yoxsa AMD,

Video karta Nvidia -nın hansı ən güclü modeli


Kateqoriya: Sual . , , , , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (11 cavab var)

(20:17, 27/07/2013 ) #31726

En yaxsi video kart Nvidia-dir. Firma seciminde dell,toshiba,acer tovsiye ederdim.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (21:35, 27/07/2013 ) #31731

    1. oruc1997, Nvidia videokart deyil. Şirkətdir.
    2. Sual verənə cavabım, büdcənizi yazın ona uyğun noutbuk məsləhət göstərək. Güclü noutbuk çox geniş məhfumdur. Qiymətlər 3000-5000 dollar ola bilər. Həm də teqlərdə Alienware yazmısız, bu noutbukla tanışlığınız varsa elə ən yaxşısı budur əgər büdcə imkan verirsə.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (01:05, 28/07/2013 ) #31741

      Büdcə deyəndəki kreditlə almaq istəyirəm. Notebukun nsğd qiyməti 1500-1700 manata kimi ola bilər. Alienware haqda bir az məlumatım var. Amma Bakıda onun satışı varmı? Necə ala bilərəm. Həmdə onunda parametrlərə görə yaxşısın istəyirəm. Alıram sa heç olmada 4-5il texnologi cəhətdən geridə qalmayacaq bir notebook istəyirəm. 2013 cü il istehsalı. Həmdə təzəsin, rebufished yox.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(08:08, 28/07/2013 ) #31748

Alienware almaq üçün 3000-5000 azn pul lazımdı. Mənim məsləhətim, özüm də işlədirəm hazırda HP ENVY dv6-7377er 2013 modelidir, xüsusilə də oyunlar üçün nəzərdə tutulub. 1111 azn.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (10:41, 28/07/2013 ) #31753

    MƏn bir dəfə dns.az saytında Alienware görmüşdüm orda qiyməti hardasa 1500-1600 man arası idi. Dedim bəlkə o qiymətə başqa saytdada var tapa bilmirəm.
    Mən istəyirdimki ekran 17.3 düym olsun. Belə məsləhət görə biləcəyin başqa biri yoxdu? Həmdə ən əsas video karta Nvidianın güclü variantı olsun və RAM da çox olsun.
    Bir də zəhmət deyilsə sizcə buna baxardız bu necədi?
    http://notebook.az/lifebook-nh532-detail.html
    HP-nin Elite pro seriyası, Toshibanın Qosimo seriyası?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (11:30, 28/07/2013 ) #31754

      1. Elitebook seriyalar biznes klass sayılır, oyunlar üçün yaramır (Geforce dəstəkləmir), həm də qiyməti münasib olmur. Ən bahalı Elitebook alsan belə mən yazdığım nümunədən güclü videokarta sahib olmayacaq. Yəni ki dəyməz 2 dəfə artıq pul verməyə.
      2. Toshiba Qosmio X875-Q7380
      İlk əvvəl mən də bunun üzərində dayandım bir qədər. HP ilə müəyyən müqayisələrdən sonra qərarımı dəyişdim. Səbəblər:
      1. Videokart HP-də DDR3 -dür. Məlumdur ki, DDR3 DDR5-dən hələ də üstün olaraq qalır.
      2. 650m enerjiyə daha az tələbatlıdır, demək ki, oyunlar zamanı daha az istilik ayrılacaq. Bu isə böyük üstünlükdür noutbuklar üçün.
      3. 650m-də yaddaş 2gb, o birində 1.5 gb.
      4. Sürətlərində fərq 650m-də 900 MHz, 670m-də 750 MHz
      5. Ekran ölçüləri dəstəyi baxımından 650m uduzur bir qədər. 650m üçün 1366×768, 670m üçün 1600×900 optimaldır. Amma HP-nin 15.6 ölçülü olduğu üçün bu fərq özünü büruzə vermir.

      HP-də yeganə mənfi cəhət mənim üçün klaviaturanın işıqlanması yoxdur, Qosmioda isə var. + Qosmioda ekran 17.3-dür.

      Aralarında 300 azn təxmini fərq var. Amma performans baxımından yanaşsaq artıq xərc çəkməyə dəyməz.
      Nəticə: Hərəsinin öz üstünlükləri olduğunu nəzərə alsaq, hər ikisi əla seçimdir istənilən halda.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(13:02, 28/07/2013 ) #31763

Dəyərli vaxtını sərf edib mənim suallarımı cavablandırdığın üçün təşəkkür edirəm.
Təcrübələrini bölüşdüyün üçün çox sağol.
17.3 ekrana görə qalmışam əsas.
nVidia GTX 670 m (Qosimoda) Nvidia GT 650m-dən güclü deyilki?
Bir də alanda hansı mağazalar şəbəkəsinə etibar etmək olar?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (13:13, 28/07/2013 ) #31764

    GTX 670-in GT 650m-dən nəzərə çarpmayacaq qədər üstünlükləri var.
    Videokartların müqayisəsi

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (14:38, 28/07/2013 ) #31771

      Video karta seçimdə ona görə tərəddüdlüyəmki hər keçən gün çıxan oyunlar, yeni və güclü ekran kartı tələb edir. Məndə düşünürəmki heç olmasa qarşımızdakı 4-5 il ərzində çıxacaq oyunlara alacağım notebook davam gətirsin, donmadan sərbəst şəkildə işləsin.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(15:02, 28/07/2013 ) #31775

Məndə düşünürəmki heç olmasa qarşımızdakı 4-5 il ərzində çıxacaq oyunlara alacağım notebook davam gətirsin, donmadan sərbəst şəkildə işləsin.

Bu mümkün deyil. Əgər belədirsə noutbuk yox, masaüstü kompüter yığdırın. Ən son çıxan Geforce modeli ilə. 2-3 il rahat işlədə biləcəksiz. 700-800 azn olacaq belə videokart.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (10:17, 11/08/2013 ) #32058

    Mən nəhayət noutbook almaq üçün şəhərin dükanlarına baş çəkdim.
    Kontakt mağazasında sizin dediyiniz HP modeli satışda yox idiş Ümumiyyətlə əksər dükanların saytında olanlarla mağazada olanlar üst-üstə düşmür. Orda ən güclü model ASUS G75VW RH71 modeli idi. Qiyməti 1229 AZN. Parametrləri yaxşıdı
    İntel core i7-3630QM
    Ram 12GB 1600MHZ
    750GB HDD
    17.3 Full HD LED
    nVidia Ge Force GTX 670M 3GB

    .Amma məhsul Refrubish-dir. Təzə deyil.
    Eyni məhsulu computex mağazasındada tapdım. orada qiyməti 1999AZN idi.
    Bunun sadəcə Rami16 Gb olan modelini ASUS G75VX notebookunu Notecomp mağasinda gördüm qiyməti 2149 AZN idi. Orda mənə dedilərki Kontakt mağazalarında satılan mallar Dubai malıdır və zəmanəti rəsmi servis yox dükan özü verir. Məhsullarında hamısı Refubished idi. .Bunun nə kimi problemi var. Təzəsin almağa büdcəm yol vermir. Notecomp mağazasında belə bir modeldə təklif etdilər. ASUS N76VJ. Bu modeldə yaxşıdı.
    İntel core i7-3630QM
    Ram 8GB 1600MHZ
    256Gb SSD+1000GB HDD
    17.3 Full HD LED
    nVidia Ge Force GT635M 2GB

    notecomp.az saytıda var.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Software Developer - 571 xal

E. Hacı - 568 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 414 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Bextiyar Azeroglu - 217 xal

Sistemə daxil olmuş 18892 sualdan 94%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2017