Telefon seçimində kömək lazımdır

Salam. Yeni telefon almaq istəyirəm, ama bir nece model arasında seçimdə qalmışam.  Samsung Galaxy S3,  HTC One X , Apple iPhone 4S və Google Nexus 4. Bu modeller arasında seçim hansını etsəm yanılmaram? Həm keyfiyyət, həm də funksionallıq baxımından hansı daha yaxşıdı? Dizayn önəmli deyil. Öncədən təşəkkür edirem.


Yadda saxlama
Kateqoriya: Sual . , , , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

(14:56, 05/08/2013 ) #31908

İphone 4S

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(15:31, 05/08/2013 ) #31912

İçlərində aparat olaraq ən zəifi İphone 4S, ən güclüsü Nexus 4-dür. Mən tərəddüdsüz Nexus 4 seçərdim, daha doğrusu seçmişəm. 🙂
Sistem olaraq isə 4S məlum ios-dur, One X və S3 custom Android-dir(custom 4.1.2), Nexus 4 isə pure Androiddir (pure 4.3)
S3 və One x yaxşı smartfonlardır, amma artıq onların üstündən yeniləri çıxıb deyə bir az kölgədə qalıblar bir çox mənada. Qaldı 4S-ə, ios sistemini və kiçik ölçünü bəyənənlər üçün yaxşı seçimdir.
Bu 4 smartfonun içində isə bütün müasir tələbləri ödəyən, 2013 buraxılışları ilə belə müqayisəyə gələn tək smartfon Nexus 4-dür.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (13:01, 06/08/2013 ) #31931

    Elvin, etrafli muqayise ve melumata gore tesekkur edirem. Yazinizi oxuduqdan sonra hal hazirda Samsung S3 ve Nexus 4 arasinda qaldim. Bes emeliyyat sistemini kenara qoysaq diger gostericilere gore, funksionalliq, ekran seffafligi ve performans baximindan S3 yoxsa Nexus gucludu? Maraqlidi mes siz emeliyyat sistemini nezere almasaq 2 modelin hansini secerdiniz? Ve birde Nexus 4 du Bakida hansi magazadan elde ede bilerem ki original ve keyfiyyetli olsun

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (23:34, 06/08/2013 ) #31944

      Performans baxımından sözsüz ki Nexus 4, S3-dən azı 2 qat yüksək performansdır. Ümumiyyətlə Nexus 4-də tutulma, donma və.s. kimi halların olması qətiyyən müşahidə edilmir. S3-də isə Samsungun artıq-urtuq N qədər proqramı var, launcher Touchwiz-dir deyə, bəzən hansısa proqram yanlış işləyəndə performansda zəifləmə, ani tutulmalar olur, baxmayaraq ki aparat olaraq S3 pis deyil. Əməliyyat sistemini nəzərə almasaq Nexus 4 seçərdim, çünki aparat olaraq həm nüvə, həm də RAM olaraq üstündür.
      S3-ün üstün olduğu 2 şey var : Kamera(Nexus 4 LG texnologiyası ilədir, kamera ortababdır, Samsung-da isə əladır) və ekranın rənglərinin diriliyi, işıqlılığı. Samsung ekranları Super Amoled plus, HD və.s.-dir. Pixel sıxlığında, keyfiyyətdə fərq hiss olinmasa da dediyim kimi rənglərdə fərq bilinir, Samsung daha canlıdır.
      Nexus 4 ancaq Computex satır, 519 azn-dən başlayır. Rəsmi gətirilmir Azərbaycana. Computex-in də imici təəssüf ki aşağıdır, çox tanış ordan problemli mal alıb.
      Xaricdən isə yolpulu ilə birgə ~330 azn-ə gətirtmək olar, amma İmei qeydiyyat filan lazım olacaq o halda.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(20:33, 05/08/2013 ) #31921

Xeyr men Elvin hacinin fikri ilə razı deyiləm cünki məndə galaxy s3 ve iphone 4s arasında qalmışdım bu səyfədədə sual vermişdim çox adam deyirdi galaxy s3 al amma mən öz fikrimdən dönmədim iphone 4s aldım və bu modeli secdiyimədə çox sevinirəm. Mənim fikrimcə siz iphones alsanız uduzmarsınız ios qapalı bir sistemdir virus deyilen bir şey düşmür və s. amma android ise linux üzərində qurulan bir sistemdir.Performanlıqda İphone çata bilən model yoxdur Tutulma deyilən bir şey yoxdur mən 16gb iphone 4s işlədirəm 16gb doldurmuşam hec bir ilişmə və tutulma bugunə kimi görməmişəm amma mənim tanışlarımda android markalı telefonlar var məs galaxy s3 8 gb dolur ve inanilmaz derecede tutulmalar baş verir. Yəni mənim fikrim İphone 4s alsanız meslehetdir

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (13:46, 07/08/2013 ) #31969

    Linuxa nə vaxtdan virus düşür ki? Android də kifayət qədər qapalı sistemdir ki, ona virus düşməsin.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - Wise vasitəsilə bank kartına pul köçürmə (1 dəqiqə əvvəl)

Software Developer cavab verdi - Rus dilindən mətni tərcümə etmək (15 saat əvvəl)

Cənab cavab verdi - Almanca söz bazası yığmaq (3 gün əvvəl)

rdrobert cavab verdi - Mikrofon süngərinə yazı (4 gün əvvəl)

rdrobert cavab verdi - Yerli virtual olaraq dost tapmaq platforması (4 gün əvvəl)

rdrobert cavab verdi - Almanca söz bazası yığmaq (4 gün əvvəl)

rdrobert cavab verdi - Playstation 4 almaq, Playsation klub açmaq (4 gün əvvəl)

rdrobert cavab verdi - Proqramistin ixtsasi hansidir? (4 gün əvvəl)

Software Developer cavab verdi - Azercell Kabinetim aplikasiyasında İstəSən tarifi haqqında (6 gün əvvəl)

Software Developer cavab verdi - Proqramistin ixtsasi hansidir? (6 gün əvvəl)

byshako cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (16 gün əvvəl)

rdrobert cavab verdi - Honeygain, passiv gelir (17 gün əvvəl)

rdrobert cavab verdi - Xaricdən telefon getirmek (17 gün əvvəl)

rdrobert cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (17 gün əvvəl)

rdrobert cavab verdi - AliExpress, Telefon, Rüsum (17 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23234 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024