YouTube bazasındakı bütün videoların sıralanması

Salam dostlar, bu yaxınlarda YouTube-da ən çox baxılan videoları (all times) izləmək istədim, ancaq necə edəcəyimi bilmədim. Süni intellektə əsasən fikirləşirdim ki, axtarış sətrinə “*” yazmaqla YouTube-da olan bütün videoları siyahılayacam və sonra sıralamaq asan olacaq. Amma axtarış sətrinə “*” yazmaqla bir şey əldə edə bilmədim. Çıxış yolu kimi “A” hərfi yazıb, axtarış edib, sıraladım, yəni düşündüm ki, ehtimal ki, istənilən videonun adında “A” hərfi olacaq, lakin bunun universal həll olduğunu düşünmürəm. Ona görə ki, YouTube-a rus, gürcü, çin, yapon kimi millətlər də video yükləyir və onların videofayllarının adı böyük ehtimalla latın hərflərindən ibarət olmayacaq.
Sual: Necə edə bilərəm ki, YouTube-da olan BÜTÜN videolar BAXIŞ SAYINA görə sıralansın? Sualım aydın olmadısa, başqa cür deyim: YouTube bazasındakı videolardan baxış sayına görə Top 5000 videonu siyahılamaq üçün nə etməliyəm?


Yadda saxlama
Kateqoriya: Sual . , , , , , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

(21:41, 08/02/2014 ) #36390

Salam. Youtube axtarış ilə belə nəticələri sizə verməz. Çünki axtarış nəticələri heç də daim birbaşa bazanın hamsını göstərmir, arada cache, location , aktuallıq və.s. alqoritmləri var. Yəni o siz deyən kiçik saytların daxili axtarışıdır ki hansısa hərfi daşıyan bütün nəticələri axtarış çıxarsın sql sorğu ilə. Youtube isə on minlərlə serverdə yerləşən paylanmış sistemdir, necə deyərlər əcaib struktura malikdir.
Siz deyən videolar üçün isə youtube-un öz xidməti var Youtube Charts, amma təəssüf ki 4 ay olar ki o xidməti heç nə demədən bağlayıb Google. Lakin APİ ilə başqa saytlardan öyrənmək olar. Məsələn
http://en.wikipedia.org/wiki/List_of_most_viewed_YouTube_videos
http://en.videotrine.com/all/youtube/all-time

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - Wise vasitəsilə bank kartına pul köçürmə (3 gün əvvəl)

Software Developer cavab verdi - Rus dilindən mətni tərcümə etmək (4 gün əvvəl)

Cənab cavab verdi - Almanca söz bazası yığmaq (7 gün əvvəl)

rdrobert cavab verdi - Mikrofon süngərinə yazı (8 gün əvvəl)

rdrobert cavab verdi - Yerli virtual olaraq dost tapmaq platforması (8 gün əvvəl)

rdrobert cavab verdi - Almanca söz bazası yığmaq (8 gün əvvəl)

rdrobert cavab verdi - Playstation 4 almaq, Playsation klub açmaq (8 gün əvvəl)

rdrobert cavab verdi - Proqramistin ixtsasi hansidir? (8 gün əvvəl)

Software Developer cavab verdi - Azercell Kabinetim aplikasiyasında İstəSən tarifi haqqında (9 gün əvvəl)

Software Developer cavab verdi - Proqramistin ixtsasi hansidir? (9 gün əvvəl)

byshako cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (20 gün əvvəl)

rdrobert cavab verdi - Honeygain, passiv gelir (21 gün əvvəl)

rdrobert cavab verdi - Xaricdən telefon getirmek (21 gün əvvəl)

rdrobert cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (21 gün əvvəl)

rdrobert cavab verdi - AliExpress, Telefon, Rüsum (21 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23236 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024