Android versiya geri qaytarmaq

Salam məndə Samsung Galaxy s3 dür amma android 4.3 eləmişəm necə android 4.1.2 qaytara bilərəm


Yadda saxlama
Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

(00:35, 24/02/2014 ) #37085

Bunun üçün sizin biraz məlumatınız olmalıdı. Məlumatını yoxdursa cəht etmiyin telefon açılmaya bilər.

Samsung’un saytından Galaxy S3 üçün istədiyiniz android frimware (istədiyiniz versiyanı) yükləyirsiz. Daha sonra Kies adlanan proqramla geri qaytarmanı başladırsız. Youtube’da axtarsa izahl; formada tapa bilərsiz.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (00:54, 24/02/2014 ) #37086

    kiesproqramini yazmisam firmware nece tapim linkine gonderinde ve bide xahisim firmware yukledikden kiesnen nece ede bilerem youtube tapa bilmirem

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(19:54, 24/02/2014 ) #37099

Bir dəfə bunu etməyə cəhd etmişdim, telefon açılmırdı. Loqo gəlirdi, telefon sönürdü, yenidən loqo gəlirdi, yenidən sönürdü… Proses beləcə davam edirdi. Əgər ilk dəfə belə bir şey edirsinizsə, yanınızda başı çıxan birinin olmasını məsləhət görərdim. Qeyd edək ki, mən bunu Odin vasitəsilə etmişdim. Əgər hələ də bu fikirdəsinizsə, yardım edə bilərəm ancaq babalı Sizin boynunuza 🙂

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (22:42, 24/02/2014 ) #37111

    Nece ede bilerem?
    ve sizde samsung logo gelende ne etdiniz?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (22:48, 25/02/2014 ) #37124

      Öncə mənə lazım olan *.MD5 faylını və Odin 3.07 proqramını endirdim. Telefonun batareyası heç olmasa, 50%-dən artıq olmalıdır.
      İlk öncə bizə lazım olan faylları ya karta, ya kompüterə, ya da hər hansı digər bir yerə yazıb, USB Debugging aktiv edirik.


      Sonra telefon söndürülür.
      Daha sonra 3 düymə eyni anda basılıb saxlanılır: Home (ortadakı düymə), Volume Down (səsi azaldan), Power (söndürüb-yandıran).
      Telefonla kompüter arasında USB əlaqəsi yaradılır.
      Odini açırıq və kompüterin telefonu görüb-görmədiyini izləyirik (əgər görsə, proqramın müvafiq sahəsində “ID: COM 5” tipli bir yazı görəcəksiniz, Sizdə 5 yox, 3, 4, 6, 7 və s. də ola bilər.)
      Açılan ekranda Volume up (səs artıran) düyməsi basılır.
      Odinin PDA düyməsinə basmaqla MD5 faylını göstəririk.
      Diqqət! Odində F. Reset Time və Auto Rebootdan başqa heç bir xana seçilməməlidir!
      Start! düyməsinə basıb, 5-10 dəq. gözləyirsiniz.
      Odin PASS! yazdıqda kompüterlə əlaqəni kəsirsiniz.
      Daha sonra loqonun yanıb, sönməsini müşahidə edə bilərsiniz, etməyə də bilərsiniz.
      Batareyanı bir müddət çıxarıb, gözləyirik. 3-5 dəq.
      Batareyanı taxdıqda telefon avtomatik işə düşürsə, yetəri qədər gözləməmisiniz deməkdir, yenidən çıxarıb, gözlədiyinizdən 2 dəfə artıq gözləyirsiniz.
      Taxdıq və telefon avtomatik işə düşmədisə, Recovery mode keçmək lazımdır, yəni 3 düyməni SAMSUNG loqosu (söhbət göy ovalın içində olmayan loqodan gedir) görünənə qədər basılı saxlamalısınız: Volume up (səs artıran), Home (ortadakı) və Power (yandırıb-söndürən).
      SAMSUNG mətnini görən kimi Volume up və Home düymələrini buraxırsınız, Power isə basılı qalır.
      Əgər düz etmisinizsə, uzanmış vəziyyətdə android kuklasını görəcəksiniz.
      Bundan sonra ekrana xırda yazılar çıxacaq.
      Səs artırıb-azaldandan yuxarı və aşağı kimi, Power düyməsindən Enter kimi istifadə etməklə sistemi öncə “Wipe data/factory reset”, daha sonra “Wipe cache partition”, ardınca “Reboot system” etməlisiniz.
      Vəssalam, ardını demirəm, çünki, ardını mənsiz özünüz də edə bilərsiniz.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(20:21, 26/02/2014 ) #37155

Md.5 proqramini hardan tapa bilerem? ve men youutube videoya baxmisam orada firmaware il edirler

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (23:40, 26/02/2014 ) #37170

    MD5 proqram deyil, firmware faylıdır. Bu ola bilər, və ya bu, yaxud da bu
    Yamalar köhnə olduğundan hansının ən son olduğunu bilmirəm, yəqin bu haqqda özünün fundamental anlayışların var.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

MiMov cavab verdi - Özəl ip tv qurmaq (3 gün əvvəl)

MiMov cavab verdi - iptv onlayn paket almaq (3 gün əvvəl)

E. Hacı cavab verdi - 300$ Gömrük Limitini keçdim (10 gün əvvəl)

Software Developer cavab verdi - Aliexpress gömrük rüsumu nəyə görə hesablanır? (12 gün əvvəl)

AliyevYT cavab verdi - Honeygain, passiv gelir (12 gün əvvəl)

Sıradan biri cavab verdi - IMEI qeydiyyatı (14 gün əvvəl)

Fariz Huseynli cavab verdi - cerimenin öyrənilməsi (17 gün əvvəl)

Software Developer cavab verdi - cerimenin öyrənilməsi (19 gün əvvəl)

Software Developer cavab verdi - Kapital bank rekvizit payoneer (19 gün əvvəl)

Software Developer cavab verdi - Hər hansı kompyuter proqramının (EXE faylı) etibarlı olub olmaması yəni qanuni və ya saxta olduğunu necə bilmək olar ? (19 gün əvvəl)

txmn cavab verdi - Hərbi biletsiz, möhlətsiz iş (21 gün əvvəl)

Galaxy cavab verdi - X-də (Twitter) premium abunəliklə bağlı çətinlik (22 gün əvvəl)

Rsad Ncfli cavab verdi - Payonner 2024 ilə bağlı sual (27 gün əvvəl)

Software Developer cavab verdi - Payonner 2024 ilə bağlı sual (27 gün əvvəl)

Rsad Ncfli cavab verdi - Payonner 2024 ilə bağlı sual (27 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23229 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024