CrazyDeals-dən telefon almaq

Salam dostlar, CrazyDeals-dən Samsung Galaxy S4 GT-I9506 modelini almaq istəyirəm. Eşitdiyimə görə bu saytdan Bakıya mal çatdırmaq mümkün deyil, alternativ variant kimi camex.az və usa2baku müraciət etmək qalır. İndiyə qədər heç bir online alış-veriş etməmişəm deyə hansı proses ardıcıllığına əməl etməli olduğumu bilmirəm. Bunu edən dostlardan xahiş edirəm ki, nə etməli olduğumu mərhələli şəkildə mənə izah etsin lütfən…


Yadda saxlama
Kateqoriya: Sual . , , , , , , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

(20:17, 24/02/2014 ) #37100

1. camex.az saytına daxil olub qeydiyyatdan keçirsiniz, dərhal sizə unikal fərqlənmə kodu olan USA ünvanı verirlər.
2. Alış veriş saytına daxil olub malı sifariş verərkən çatdırma yeri olaraq Amerika seçirsiz və adres yerində də camex.az nə verib eynən onu xana-xana yazırsız və ödənişi edirsiz paypalla ya nə imkan verilirsə onunla.
3. Shipping kodu ilə və ya camex.az əsas səhifəsində anbar yeri ilə yoxlayırsız malın çatmasını bir neçə gün ərzində.
4. camex.az saytında hesabınızda anbarda mal peyda olan kimi, malı seçib bağlamanı göndər düyməsini basırsız.
5. Bir neçə günə(təxminən 10 gün çəkə bilər uzağı) camex saytında mal artıq Bakıdadır yazanda gedib Camexin ofisindən malı götürürsüz. Saytda bəzən gec yazırlar ki çatdı Bakıya. ona görə də bir həftə keçən kimi telefonla zəng edib soruşmaq da olar ki bakıya çatdımı mənim malım.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(21:17, 24/02/2014 ) #37102

ozunu yorma deyirem heccur mumkun deyil o saytdan,yalniz tanisin alib gondere biler.bugun gamexe yazdim deyir ki ordan gelen telefonlari gomruk saxlayir

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (21:35, 24/02/2014 ) #37105

    Telefonun hansı saytdan gəlmesi önəmli deyil. Yanlış məlumat veriblər.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(23:46, 24/02/2014 ) #37113

mene resmen deyileni dedim niye unlike edirsiz

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(11:08, 25/02/2014 ) #37115

Hmm, yəni əslində malın mənim adıma yox, camex-in adına gəlir və mən onlarla əlaqə saxlamalıyam, bir növ birbaşa gəlmək əvəzinə ABŞ üzərindən gəlir, düz başa düşdüm Elvin?!
Gömrükdə saxlanılma səbəbi nə ola bilər ki? Bu cür edənlər olubmu, olubsa, onların təcrübəsi çox maraqlı olardı. Bəs onda bunun xərcləri necə hesablanır?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (11:53, 25/02/2014 ) #37116

    Hər şey camex saytında var, ordan girib oxumaq gərək. Çəkiyə görə hesablanır US-dən bura çatdırma xərci. US daxili shipping varsa da təbii ki onu siz ödəyirsiz malı alarkən.
    Yox mal elə sizin adınıza gəlir, sadəcə ünvan olaraq camex US ofisi göstərirsiz. Təbii ki təcrübə var, dəfələrlə almışam və yüzlərlə dəfə alıb tanışlar, problem olmayib şəxsən məndə. Məhz bu dediyiniz saytdan almamışam, amma saytın belə məsələlərə dəxli yoxdur, çünki bütün malları eyni poçt xidmətləri daşıyır, hardan almağın buna dəxli yox. Gömrükdə saxlama səbəbi qiyməti ola bilər. Amma yeni qanuna görə 200$ əngəli yoxdur, 1000$ aylıq limit var, ona görə sanmıram daha belə şey ola.
    Usa2baku camexdən daha məsləhətlidir. Bütün digər suallara isə xidmətlərin öz saytında və ya əlavə nömrəsindən cavab almaq olar

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - Wise vasitəsilə bank kartına pul köçürmə (16 saat əvvəl)

Software Developer cavab verdi - Rus dilindən mətni tərcümə etmək (1 gün əvvəl)

Cənab cavab verdi - Almanca söz bazası yığmaq (4 gün əvvəl)

rdrobert cavab verdi - Mikrofon süngərinə yazı (5 gün əvvəl)

rdrobert cavab verdi - Yerli virtual olaraq dost tapmaq platforması (5 gün əvvəl)

rdrobert cavab verdi - Almanca söz bazası yığmaq (5 gün əvvəl)

rdrobert cavab verdi - Playstation 4 almaq, Playsation klub açmaq (5 gün əvvəl)

rdrobert cavab verdi - Proqramistin ixtsasi hansidir? (5 gün əvvəl)

Software Developer cavab verdi - Azercell Kabinetim aplikasiyasında İstəSən tarifi haqqında (6 gün əvvəl)

Software Developer cavab verdi - Proqramistin ixtsasi hansidir? (6 gün əvvəl)

byshako cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (17 gün əvvəl)

rdrobert cavab verdi - Honeygain, passiv gelir (18 gün əvvəl)

rdrobert cavab verdi - Xaricdən telefon getirmek (18 gün əvvəl)

rdrobert cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (18 gün əvvəl)

rdrobert cavab verdi - AliExpress, Telefon, Rüsum (18 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23234 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024