Forekslə pul qazanmaq

Mən foreksə başlamaq isdəyirəm, amma başlamaq isdəyənlərin rəylərin oxuyuram, nədənsə çoxsu aldadıcı olduğun düşünürlər.Məsələn, biri yazibki demo hesab açdım, 100 dollarmı nə qədər başlanğıc üçün real olmayan pul olub hesabda, deyir biraz oynadım, sonra qoşub iki həftədən sonra açanda gördümki pulum neçə min dollar olub.Bele yazıları çox yerdə oxumuşam.Çoxsuda bu qədər qısa vaxtda bu qədər artımın real ola bilməyəcəyin düşünüb, əsil hesab açmırlar.Siz necə fikirəşirsiz?İçinizdə foreksdən pul qazanan var?


Yadda saxlama
Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

(07:46, 03/03/2014 ) #37338

Salam. Nə qədər qəribə olsa da demo ilə real arasında heç bir fərq yoxdur. Hər ikisi real bazardır. Və qəribə tərəfi odur ki, 99% insan demo-da qısa müddətə minlərlə pul qazana qazana real hesaba keçən kimi itirir. Bununsa bir əsas səbəbi var: insan psixologiyası. qorxu,tamah,azart,həyəcan,eyforiya və.s. kimi hisslərin insanın sağlam düşüncəsinə qalib gəlməsi. Foreksin də əsasını bu hisslər təşkil edir. Texniki metod, qrafiklər, analiz, iqtisadi xəbərlər və.s. inanın ki bunlar 2-ci dərəcəli məsələlərdir. 1-ci dərəcə insan nəfsidir. Foreksə qoşulan gərək nəfsinə qalib gəlsin. Bir məşhur deyim var. Əgər axşam evə gələn treyderin üzündən bu gün 10min qazandığı və ya itirdiyi oxunursa deməli o treyder deyil, uğursuzdur. Foreks belə bir sahədir. Öz puluna qarşı tam etinasız hiss qazana bilən insan orda böyük uğur qazanacaq, necə ki demo-da qazanır. Yox əgər hər ciddi qazancdan sevinəcək, qəfil itkilərdən ürəyi düşəcəksə, o adamın yeri deyil Foreks.
İnsan hisslərinə qalib gəlmək də çətin olduğundan Foreks çox çətin sahə hesab edilir.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (14:10, 05/03/2014 ) #37434

    Uje üçüncü defedi cavab yazıram, o biri ikisi nece olubsa silinib, soruşuramki siz özüvüz foreksle meşğul olmusuz???

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (15:02, 05/03/2014 ) #37436

      Ona görə silinir ki, əsas sualınıza cavab verilib, əlavə mövzu açmaq qaydalara uyğun deyil.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu sual cavablarda qayda pozuntusu olma ehtimalına görə moderator tərəfindən bağlı elan olunub.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - Payoneer kartdan pul çıxartdıqda vergi (11 saat əvvəl)

Software Developer cavab verdi - Wise vasitəsilə bank kartına pul köçürmə (4 gün əvvəl)

Software Developer cavab verdi - Rus dilindən mətni tərcümə etmək (5 gün əvvəl)

Cənab cavab verdi - Almanca söz bazası yığmaq (7 gün əvvəl)

rdrobert cavab verdi - Mikrofon süngərinə yazı (8 gün əvvəl)

rdrobert cavab verdi - Yerli virtual olaraq dost tapmaq platforması (8 gün əvvəl)

rdrobert cavab verdi - Almanca söz bazası yığmaq (8 gün əvvəl)

rdrobert cavab verdi - Playstation 4 almaq, Playsation klub açmaq (9 gün əvvəl)

rdrobert cavab verdi - Proqramistin ixtsasi hansidir? (9 gün əvvəl)

Software Developer cavab verdi - Azercell Kabinetim aplikasiyasında İstəSən tarifi haqqında (10 gün əvvəl)

Software Developer cavab verdi - Proqramistin ixtsasi hansidir? (10 gün əvvəl)

byshako cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (20 gün əvvəl)

rdrobert cavab verdi - Honeygain, passiv gelir (22 gün əvvəl)

rdrobert cavab verdi - Xaricdən telefon getirmek (22 gün əvvəl)

rdrobert cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (22 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23236 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024