Xperia Z vs S3

Salam Samsung y S3-mü yoxsa sony xperia Z-mi,
hansını məsləhət görürsüz (yeni uptadelerin gəlməsi. sensor sürrəti . donmaların daha az olması)
Xperia Z 13MP . S3- 8Mp tanış adamda s3 var çox super çəkir. sizcə xperia z s3-dən daha üstün çəkə bilir


Yadda saxlama
Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

(20:58, 10/04/2014 ) #39275

S3 dedikdə iki telefon başa düşülür, i9300 və i9305. Aralarındakı qiymət fərqi cüzi olduğunu nəzərə alıb, ümid edək ki, Siz i9305 modelini əldə etmək niyyətindəsiniz.

Müqayisəyə buradan baxa bilərsiniz. Şəxsi fikrimi bilmək istərdinizsə, mən şəxsən Z seçərdim. Bir cihaz olaraq hər cəhətdən i9305dən üstündür, ancaq kamera cəhətdən nədənsə Sonydə ürəkaçan nəticələr daha azdır, bunu mən də hiss etmişəm.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(21:07, 10/04/2014 ) #39278

cavabınız üşün çox sağ olun mən integraldan alacam ama syatda baxdıqda ancaq i9300 var mən i9305 hardan elde ede bilerem, Azərbaycanda var, ve çoc fərqləri varmi, i9300 nən i9305in

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(21:34, 10/04/2014 ) #39279

i9300 ilə i9305 təqribən eyni modeldir, ancaq i9300 modelində RAM 1GB olduğu halda i9305 modelində bu göstərici 2GBdır ki, bu da həm sintetik testlərdə, həm də istifadə zamanı özünü hər cəhətdən biruzə verir.

İntegralda bu telefon neçəyədir bilmirəm, amma onu deyə bilərəm ki, büdcənizə qənaət etmək istəyirsinizsə, online alış-veriş saytlarından al deyərdim, məsələn, Dubayın crazydeals.ae-də 235 AZN (25 AZN filan da çatdırılma)…

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(22:43, 10/04/2014 ) #39280

xperia z ürəyimə yatıb ama kamera mənə çox lazım olacaq. birdə idni mın integraldan geib xperia z alsam təzələnmiş versiya gələcək? yoxsa xperia z 4.1.2 dı qalacaq, qanunu olaraq 4.3 gəlmə ehdimalı var,?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(23:32, 10/04/2014 ) #39281

Əgər Z modelini online satış saytlarından almaq istəmirsinizsə (from.ae – 311AZN, alapar.az – 331AZN) və pulunuzu heyfiniz gəlmirsə, əlbəttə İntegraldan da ala bilərsiniz. Versiya olaraq 4.1.2 də gələ bilər, 4.3 də (hətta 4.2.2 də)… Ancaq bu elə də qorxulu bir şey deyil, əgər evdə WiFi varsa, menyudan update etmək mümkündür.

Kameranın çəkdiyi şəkillərin fərqinə isə buradan baxa bilərsiniz (soldakı şəkil original, sağ üstdəki i9300, sağ altdakı isə Z ilə çəkilib, original şəklin üzərində gəzinməklə ən xırda fərqləri görə bilərsiniz.)

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (23:10, 12/04/2014 ) #39408

    Qaqa bu yazdigin saytlarda firildaq kimi bir wey yoxdu ki,yeni online telefon almaq istesem her hansi bir chetinlik,pulu menimselemek kimi bir wey olmurki?Birdeki Dubay saytindan getirilen mallar padorginal olmurki?yeni orginal olur?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (10:38, 14/04/2014 ) #39486

      Yox qardaş, əvvəla sayt gör neçə müddətdir ki, fəaliyyət göstərir və bu saytın kontenti də daxil olmaqla çoxlu sayda insanlar həmin saytlardan telefon və digər texniki avadanlıqlar əldə ediblər. Əgər hər hansı narazıçılıq olsaydı, ən geci 40 gün bu və ya digər formada ərzində üzə çıxardı, necə deyərlər, yalanın ömrü 40 gündür. Əksər saytlarda kart sistemli ödənişlər olduğuna görə məhsuldan və ya xidmətdən narazı qaldığınız halda (xırda bir hissə tutulmaqla) pulunuz geri qaytarılır. Qaldı ki, originallığa, istər Dubay saytından gəlsin, istər başqa bir yerdən, istənilən halda məhsul haqqında məlumat almaq haqqınız var, IMEI tələb edib, yoxlaya və məhz həmin telefonu əldə edə bilərsiniz.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Cənab cavab verdi - Almanca söz bazası yığmaq (22 saat əvvəl)

rdrobert cavab verdi - Mikrofon süngərinə yazı (1 gün əvvəl)

rdrobert cavab verdi - Yerli virtual olaraq dost tapmaq platforması (1 gün əvvəl)

rdrobert cavab verdi - Almanca söz bazası yığmaq (1 gün əvvəl)

rdrobert cavab verdi - Playstation 4 almaq, Playsation klub açmaq (1 gün əvvəl)

rdrobert cavab verdi - Proqramistin ixtsasi hansidir? (1 gün əvvəl)

Software Developer cavab verdi - Azercell Kabinetim aplikasiyasında İstəSən tarifi haqqında (3 gün əvvəl)

Software Developer cavab verdi - Proqramistin ixtsasi hansidir? (3 gün əvvəl)

byshako cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (13 gün əvvəl)

rdrobert cavab verdi - Honeygain, passiv gelir (14 gün əvvəl)

rdrobert cavab verdi - Xaricdən telefon getirmek (14 gün əvvəl)

rdrobert cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (15 gün əvvəl)

rdrobert cavab verdi - AliExpress, Telefon, Rüsum (15 gün əvvəl)

MiMov cavab verdi - Özəl ip tv qurmaq (23 gün əvvəl)

MiMov cavab verdi - iptv onlayn paket almaq (23 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23233 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024