blogger.com tipli layihə hazırlamaq

Salam. Çoxdandı blogger.az domain adını satın almışam. İndi fikirləşirəm ki bu ad üzərində blogger.com tipli layihə hazırlayım. İstifadəçilər özləri çünü bloq yarada bilsinlər. Məslən: cavablar.blogger.az kimi.

Sizcə bu necə olardı? Buna maraq var ya yox? Əgər hazırlansa bu sistem WordPress ilə olsa yaxşıdı ya sıfırdan hazırlanan sistem ilə?


Yadda saxlama
Kateqoriya: Sual . , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

(18:01, 16/04/2014 ) #39599

Salam. WordPress MultiUser mode-u var bunun üçün. Əgər üstündə kifayət qədər yaxşı işləyə bilsəz, özəlliklər qata bilsəz və.s. o halda niyə də yox. Sıfırdan çox çətin olar belə bir şəbəkənin proqram təminatı, çox da baha olar. Üstündə 1 il işlənilsə belə yenə də WP MU səviyyəyə çata bilinməz, çünki işin həcmi çoxdur.
Maraqlı ideyadır, amma nəzərə almaq lazımdır ki 1. WordPress.com və blogger.com artıq var, onlardan üstün nə təklif edəcəksiniz ki sizi seçsinlər? 2. Azərbaycanda bloggerlərin sayı da çox azdır, bunu necə artıracaqsız?
Bu iki suala cavab tapa bilsəz, niyə də yox.
Bir də fikirlərini, “beyin məhsullarını” sosial şəbəkələrdə, xüsusən də Facebook-da mənasız və faydasız yerə israf edən minlərlə gəncimiz var, onları cəlb edə bilərsiz, bu halda yuxarıdakı iki suala da cavab tapılar avtomatik. Hətta deyərdim tək ümid bu kontingentdir, çünki artıq bloq yazan adamları siz bura çətin ki cəlb edə biləsiz, bloq yazmayanları cəlb etmək olar

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(20:00, 16/04/2014 ) #39608

Çox cəsarət tələb edən işdir, məncə. Bir zamanlar Azeriblog, Yumroo, Azersayt layihələri də çox iddialı görünürdülər…

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(21:36, 16/04/2014 ) #39610

Bu işin çox çətin və ciddi iş olduğunu bilirəm. Digər rəqiblər qarşısında üstünlük təklif etməyi düşünmürəm, əsas məqsəd hansı ki bloq həvəskarları var onlar üçün kiçik də olsa bir bloq sistemi yaratmaq və milli xidmətlərdən istifadə etmələrinə şərait yaratmaqdır. Bu layihədən heç bir gəlir məqsədi daşımayacaq. Bu adın (blogger.az) boş qalması və belə bir sistemin bizdə olmaması pisdir.

Təəssüf ki bizim gəncləri (özüm də elə gəncəm 🙂 ) sosial şəbəkədən ayırmaq çətin məsələdi.
Kimsə bu layihəyə dəstək versə hazırlamaq istərdim. Kiminsə bu adla bağlı yaxşı ideyası varsa bölüşsəniz şad olaram.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(22:28, 16/04/2014 ) #39617

Bu ise bir fikrim yoxdur ancaq ele ciddi ise cox girismek istemirsense onda o saytdan butun bloqlara kecid qoy reytinlerin duzelt bloqlar arasi yarisma kecirt(meselen ilin en yaxsi bloqu) ve s. bele bir saytda olsa pis olmaz

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - Rus dilindən mətni tərcümə etmək (3 saat əvvəl)

Cənab cavab verdi - Almanca söz bazası yığmaq (3 gün əvvəl)

rdrobert cavab verdi - Mikrofon süngərinə yazı (4 gün əvvəl)

rdrobert cavab verdi - Yerli virtual olaraq dost tapmaq platforması (4 gün əvvəl)

rdrobert cavab verdi - Almanca söz bazası yığmaq (4 gün əvvəl)

rdrobert cavab verdi - Playstation 4 almaq, Playsation klub açmaq (4 gün əvvəl)

rdrobert cavab verdi - Proqramistin ixtsasi hansidir? (4 gün əvvəl)

Software Developer cavab verdi - Azercell Kabinetim aplikasiyasında İstəSən tarifi haqqında (5 gün əvvəl)

Software Developer cavab verdi - Proqramistin ixtsasi hansidir? (5 gün əvvəl)

byshako cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (15 gün əvvəl)

rdrobert cavab verdi - Honeygain, passiv gelir (17 gün əvvəl)

rdrobert cavab verdi - Xaricdən telefon getirmek (17 gün əvvəl)

rdrobert cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (17 gün əvvəl)

rdrobert cavab verdi - AliExpress, Telefon, Rüsum (17 gün əvvəl)

MiMov cavab verdi - Özəl ip tv qurmaq (25 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23234 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024