PayPal və pul köçürmələrinin alınması

Salamlar,
Saytınızda PayPal-a aid sual-cavablardan aydın olur ki, PayPal Azərbaycan banklarına bağlı olan PayPal hesabları ünün pul köçürmələrini dəstəkləmir və hal-hazırda Azərbaycan vətəndaşı üçün öz hesabına (xaricdə yaşayan dost-tanışın yox) pul köçürülmələrin alınması yeganə üsulu PayPal ödəniş sistemi dəstəkliyən xarici ölkədə bank hesabı açmaq və yeni PayPal hesabı açaraq, ölkə seçimində Azərbaycanı yox, xarici ölkəni seçməkdən ibarətdir.
Lakin pul köpürmələri almaq üçün PayPalın biznes hesabı (PayPal for business ) açmaq lazımdır. Bu seçimi etdikdə isə, qeydiyyat üçün biznesin ünvanın və biznes sahibinin vətəndaşlığının qeyd olunması tələb olunur.
Bununla bağlı suallarım:
PayPal ödəniş sistemi dəstəkliyən xarici ölkədə bank hesabı olmasına baxmayaraq
1. Biznes ünvanı Azərbaycanda olmasını qeyd etmək olar mı?
2. Vətəndaşlığa aid qeydiyyat bəndində Azərbaycan vətəndaşlığını qeyd etmək olar mı?
3. Əgər birinci və ikinci suallara cavab “Xeyr”-dirsə, ünvanı və vətəndaşlığı bank hesabına aid olan xarıci ölkəni göstərmək olar mı?
4. Əgər üçüncü suala cavab “Bəli”-dirsə, PayPalın qeydiyyat qaydaların belə bir pozulmasının açılmaq ehtimalı var mı?
Cavablar üçün qabaqcadan təşəkkür edirəm,
Hörmətlə,
Murad Sultanov


Yadda saxlama
Kateqoriya: Sual . , , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

(02:43, 02/10/2014 ) #48016

bu problemi yasayanlardan biri olaraq deyirem ki, meslehetdiki ele xarici olkede paypali desteleyen hesab acdir. basqa yolu yoxdu

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(02:44, 02/10/2014 ) #48017

birde mence pul kocurme sistemlerinin monooliyasi heleki imkan vermiyecek bu prosese tam kecid olsun

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(06:59, 02/10/2014 ) #48023

1. Xeyr
2. Yəqin ki he. Vətəndaşlıq problem deyil.
3. Yalançı ünvan keçmir. Çünki o ünvana məktub da göndərə bilər təsdiq kodu filan, o ünvana aid hansısa kommunal ödəniş çekini də istəyə bilər sizdən (real şeydir, məsəlçün demirəm), başqa ölkədən məsələn Azərbaycandan hesaba girdikdə IP ünvana görə hack edilib şübhəsi ilə blok da edər və s.
4. Əgər nəsə qaydasında deyilsə mütləq üzə çıxaracaq uzun uzun yoxlamalari ilə.
Türkiyədə yaşayan tanış vardı açmışdı biznes hesab. Azərbaycana gələndə belə gire bilmirdi Paypal hesabına, bir dəfə girən kimi blok etmişdilər, əziyyətlə unblock etdirdi. Məcburən remote bağlantı ilə filan girirdi Türkiyədə açıq qoyduğu kompüterine baglanaraq. Amma sonra o da keçmədi, başqa yoxlamalarla bildilər ki artıq Türkiyədə yaşamır.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (11:07, 02/10/2014 ) #48028

    Ətraflı və peşəkar cavabınıza görə təşəkkür edirəm.
    Hörmətlə,
    Murad Sultanov

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

MiMov cavab verdi - Özəl ip tv qurmaq (4 gün əvvəl)

MiMov cavab verdi - iptv onlayn paket almaq (4 gün əvvəl)

E. Hacı cavab verdi - 300$ Gömrük Limitini keçdim (10 gün əvvəl)

Software Developer cavab verdi - Aliexpress gömrük rüsumu nəyə görə hesablanır? (12 gün əvvəl)

AliyevYT cavab verdi - Honeygain, passiv gelir (13 gün əvvəl)

Sıradan biri cavab verdi - IMEI qeydiyyatı (15 gün əvvəl)

Fariz Huseynli cavab verdi - cerimenin öyrənilməsi (18 gün əvvəl)

Software Developer cavab verdi - cerimenin öyrənilməsi (19 gün əvvəl)

Software Developer cavab verdi - Kapital bank rekvizit payoneer (19 gün əvvəl)

Software Developer cavab verdi - Hər hansı kompyuter proqramının (EXE faylı) etibarlı olub olmaması yəni qanuni və ya saxta olduğunu necə bilmək olar ? (19 gün əvvəl)

txmn cavab verdi - Hərbi biletsiz, möhlətsiz iş (22 gün əvvəl)

Galaxy cavab verdi - X-də (Twitter) premium abunəliklə bağlı çətinlik (22 gün əvvəl)

Rsad Ncfli cavab verdi - Payonner 2024 ilə bağlı sual (28 gün əvvəl)

Software Developer cavab verdi - Payonner 2024 ilə bağlı sual (28 gün əvvəl)

Rsad Ncfli cavab verdi - Payonner 2024 ilə bağlı sual (28 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23229 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024