WordPress yeni istifadəçi bildirişi

Salam,wordpress saytım var və orada qeydiyyatdan keçən yeni istifadəçi olduğunda mənə e-mail (gmail,yahoo,box.az heç birinə) vasitəsilə bildiriş gəlmir,hostinglə əlaqə saxladım baxdılar sonra bizlik problem deyil dedilər.Mənə bu bildiriş mütləq lazımdır çünki saytım elanlar saytıdır,xahiş edirəm kömək edin.


Kateqoriya: Sual . , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

(17:20, 04/11/2014 ) #48954

Salam. Təəssüf ki bu məhz hostingin problemidir. yandex və ya mail.ru-da açın onlara daha asan gəlir bildiriş. Onlara da gəlməzsə deməli ümumiyyətlə işləmir email server hostingdə. O halda kənar smtp serverlər qura bilərsiniz wordpress smtp plugini ilə və ya buradan wp-admin/options-writing.php. Məsələn gmaili qoşa bilərsiz(o halda günlük 100 email limiti olacaq amma.)

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(00:06, 09/11/2014 ) #49064

Bir neçə smtp plugini yüklədim və yoxladım nəticə eynidir,test maili belə gəlmir, wp-admin/options-writing.php faylını gözdən keçirdim ancaq necə yazılmalıdı dəqiq bilmədiyim üçün dəyişiklik etmədim,əslində 100 mail limiti mənə artıqlaması ilə yetərlidir.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (01:19, 09/11/2014 ) #49065

    Heç bir halda core faylları redaktə etməyin, heç bir halda.
    Problemi araşdırmaq lazımdır da, belə intuitiv tapmaq çətindir.
    1. Hostinq idarə panelindən mail xidmətinə girib oranın daxilində mail göndərmək test etmək – ki ümumiyyətlə mail deyilən şey qurulubmu serverdə.
    2. Error log faylları tədqiq etmək, bəlkə hər hansı error baş verir.
    3. Kənar smtp xidmətlərdən istifadə etmək, o şərtlə ki dəqiq yazasız hər şeyi, port, user, parol, host.

    Alternativ həll kimi pdd.yandex.ru göstərə bilərəm. Hostingdə sadəcə MX record dəyişməklə saytınızın mail xidmətlərini Yandexə köçürə bilərsiz. Bununla da hər şey yağ kimi işləmiş olar. MX record keçirməkdə çətinlik çəksəz bütövlükdə domenin NS-lərini yandexə köçürmək olar – bunlar bir az advanced işlərdir, bu sahədə bilgi tələb edir, əgər təcrübəniz varsa cəhd etməyə dəyər bir versiyadır bu.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(18:48, 15/11/2014 ) #49274

Problem temada ola bilərmi,çünki bəzən xarici istifadəçilər qeydiyyatdan keçir bilmirəm hansı yolla amma o zaman mənə mail gəlirki yeni istifadəçi var,bu mümkündür?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (11:07, 20/11/2014 ) #49469

    Temada belə bir modul varsa ola bilər əlbəttə. Amma olsaydı hər halda siz bilərdiz. wp-admindən qeydiyyatı bağlamısızsa core səviyyədə bu bəs edir. Qalır bircə tema və pluginlərdən əmin olmaq

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(11:19, 20/11/2014 ) #49471

Qeydiyyat baglı deyil,pluginləridə tək-tək deaktiv edib yoxlamışam ki mane olan hər hansı plugin ola bilər ancaq nəticə vermir.Temanı türkiyədən almışam wordpressin bazasında yoxdu,bəlkə istehsalçı haradasa kodlamada səhv edib ki error verir bunu necə həll edim artıq yorulmuşam heçnə fayda vermir,qısacası ümidim sizdədi…

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Software Developer - 571 xal

E. Hacı - 568 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 414 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Bextiyar Azeroglu - 215 xal

Sistemə daxil olmuş 18799 sualdan 94%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2017