Web saytdan onlayn ödəniş qəbul etmək

Salam. Web saytdan onlayn ödəniş qəbul etməklə bağlı problemim var. Düşünürəm bu elə ümumi problemdi.
Deməli AzəriCard və GoldenPay şirkəti onlayn ödəniş sistemini əlinə alıb və özlərinə sərf edən tərzdə işlədirlər və bu sistemə qoşulmaq istəyənlərə də elə-belə biri kimi başa düşürlər (əgər böyük şirkət deyilsizsə).

Nəysə sözün qısası onlayn ödəniş qəbul etmək üçün mənə alternativlər deyin mümkünsə. Elə bir sistem olsun ki dolayı yollada olsa ödənişlər mənə çatsın. Müəyyən faiz itkisinə razıyam.

Birdə mastercard və visacard-dan birbaşa ödəniş qəbul etmək prosesi uzun çəkir? və nə dərəcə alına bilər ümumi şəkildə.


Yadda saxlama
Kateqoriya: Sual . , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (9 cavab var)

(18:49, 20/12/2014 ) #50898

Salam.
1. Azericard və Goldenpay heç bir monopoliya yaratmayıb. İki prosessinq mərkəzi var, Beynəlxalq bankın(azericard) və Mərkəzi Bankın(millikart), onların üzərində isə eyni adlı Azericard və Millkart üzərində də Goldenpay şirkəti xidmət təklif edir. istənilən hüquqi şəxs də 3-cü xidməti yarada bilər.
2. Onlara qoşulmağa gəldikdə, online ödəniş qəbul etmək – pul qazanmaq deməkdir. Pul qazanmaq isə sahibkarlıq deməkdir. Sahibkarlıq isə vergi ödəmək məcburiyyəti deməkdir. Vergi ödəmək üçün isə ya fiziki ya hüquqi şəxs olaraq VÖEN əldə etmək lazımdır. Yəni onlar öz keflərindən yox, qanuna tabe olmaq məcburiyyətindən bu tələbi qoyurlar.
Siz fiziki şəxs kimi vöen əldə edəndən sonra azericarda yaxınlaşın, heç kim sizə elə-belə yanaşmayacaq, müqavilə bağlanacaq və hərş ey 1 həftəyə hazır olacaq.(düzdür sənədlər filan da lazımdır bəzi, amma heç birini əldə etmək problem deyil). Goldenpay isə hüquqi şəxslərlə işləyir.
3. 2Checkout.com sistemi işinizə yaraya bilər. Alternativ kimi webmoney,yandex money,qiwi,skrill və.s. də var, amma onlarda bəzilərində ancaq accountla ödəniş olması, direkt kartla ödəmə özəlliyinin olmaması, və ya birində ancaq rubl ilə ödəniş qəbul etməsi və.s. əngəllər var. 2Checkout-da isə problem yoxdur.
4. Birbaşa qəbul məsləhət deyil. Onun böyük məsuliyyəti var. Çox güclü təhlükəsizlik sistemi, serverlər, bankda terminal, şirkət açmaq və.s. Nəsə məlumat oğurluğunun da məsuliyyətini siz daşıyarsız. Görünüşcə birbaşa qəbul kimi görünən, amma backgroundda 3rd party API ilə işləyən authorize.net xidməti də var, onu da yoxlamaq olar.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (19:41, 20/12/2014 ) #50899

    Mən Beynəlxalq Vasitəsi ilə AzəriCard-a qoşulmaq üçün müqavilə bağlamışam ancaq 4 həftədi AzəriCardın kefinə düşüb cavab yazmaq istəmir. Bankla müqavilə 2 gün çəkdi. Ama azəricard heç cavab belə vermir ki ya müqaviləni bağlayır ya da yoğ.

    GoldenPay şirkəti isə puldan başqa bir şey istəmir. Deyir ildə 500 manat verəcəksən + hər köçürmədən 3% tutulmalıdı. Ama başqa şirkətlə bağlanılan müqaviləyə baxmışam heç 500 manatın adı çəkilmir.

    Hər yerdə monopliya var imkan vermirlər ki nəsə bir iş görək.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (19:47, 20/12/2014 ) #50900

      Goldenpay-da ilkin ödəniş 150 azn + 3% hər ödənişdən. Belə idi qayda. 500 təzə çıxıb bəlkə.
      Azericard isə bilmirəm niyə yubadıb sizi, amma xeyli tanış və özüm də iki dəfə işləmişəm onlarla, bir həftəni keçməyib prosedur. Siz birbaşa gedin ofislərinə, bəlkə nəsə bug-ları var, break olub proses 🙂
      Hə bayaq yazmadım, Millikartın birbaşa özü ilə də işləmək olur(hansı ki Goldenpay onun üzərində qurub sistemi), müraciət edə bilərsiz, amma bilmirəm onlarda MMC tələbi var, yoxsa təkcə VÖEN bəs edir.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (20:14, 20/12/2014 ) #50901

      mən azəricard-a zəng edəndə deyir bankla əlaqə saxlayın. banka gedirəm bankda deyir ki Azəricard-la əlaqə saxlayın. Beləcə hər bir-birinin üstünə atır.

      Boş yerə də VÖEN açıb pul ödəyirəm 🙂 Skrill-i yoxlayıram görüm nə alınır

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (22:23, 20/12/2014 ) #50909

      Birincisi nahag yere Beynelxalq bankda hesab acmisan. Azerikardin ozu Beynelxalq bankdan olan hesab istemir. Deyir ki, 3D Secure lisenziyasina sahib olan 4-5 dene bank var Demirbank Bank standard ve s. onlarda hesab acin, onda sayt daha tez tesdiq olunur.
      Ikincisi de sayti qebul etmeyibler. Banka muraciet elemek lazimdi. Operatora yox birbasa filial mudirine ve ya muavine yaxinlasmaq lazimdi. O ozu Azericarda zeng eliyecey, sizden email isteyecekler. Daha sonra bir nece saat erzinde sayti qebul etmemeklerinin sebeblerini yazib gonderecekler. O sehvleri duzeldib yeniden muraciet etmelisen.
      Skrill yaxshidi amma her satishin faizlerinden elave olaraq ayliq 25 manata yaxin vergi tutur.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (23:01, 20/12/2014 ) #50914

      lemark azəricarda zəng edəndə özləri dedilər ki Beynəlxaq Bank olar. Məndə getdim orda hesab açdım.

      Ona görə həmişə seçimimdə xarici şirkətləri üstün tuturam da. Bizimkilərdən bir xeyir görmədim. Adamı elə həvəsdən salırlarsa heç işləmək istəmirsən

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(23:11, 20/12/2014 ) #50916

butun banklar qebul olunur. amma 4-5 dene bank var ki beynelxalq secure ecommerce lisenziyasi var. mene azericardin ofisinde ozleri dediler, azericard g2webservices sirketi ile ishleyir. Azericard da muraciet eden sayti yoxlanish ucun hemin shirkete gonderir. Cavab onlara menfi geldise 1 hefte erzinde cava gelmedise, demeli qebul olunmayib.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (23:15, 20/12/2014 ) #50917

    Sayt demo versiyada olmağını buna təsiri var? Çüki sayt hələ tam işləmir ödəniş məsələsini gözləyirəm ki həll olsun onu da sayta qoşum sonra işləsin. ama sayt açılır indi

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(00:08, 21/12/2014 ) #50920

beli sebeb ele bu ola biler. sayt tam hazir olmalidi. saytin daxilinde hec bir sehv olmali deyil

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

MiMov cavab verdi - Özəl ip tv qurmaq (4 gün əvvəl)

MiMov cavab verdi - iptv onlayn paket almaq (4 gün əvvəl)

E. Hacı cavab verdi - 300$ Gömrük Limitini keçdim (10 gün əvvəl)

Software Developer cavab verdi - Aliexpress gömrük rüsumu nəyə görə hesablanır? (12 gün əvvəl)

AliyevYT cavab verdi - Honeygain, passiv gelir (13 gün əvvəl)

Sıradan biri cavab verdi - IMEI qeydiyyatı (15 gün əvvəl)

Fariz Huseynli cavab verdi - cerimenin öyrənilməsi (17 gün əvvəl)

Software Developer cavab verdi - cerimenin öyrənilməsi (19 gün əvvəl)

Software Developer cavab verdi - Kapital bank rekvizit payoneer (19 gün əvvəl)

Software Developer cavab verdi - Hər hansı kompyuter proqramının (EXE faylı) etibarlı olub olmaması yəni qanuni və ya saxta olduğunu necə bilmək olar ? (19 gün əvvəl)

txmn cavab verdi - Hərbi biletsiz, möhlətsiz iş (21 gün əvvəl)

Galaxy cavab verdi - X-də (Twitter) premium abunəliklə bağlı çətinlik (22 gün əvvəl)

Rsad Ncfli cavab verdi - Payonner 2024 ilə bağlı sual (27 gün əvvəl)

Software Developer cavab verdi - Payonner 2024 ilə bağlı sual (27 gün əvvəl)

Rsad Ncfli cavab verdi - Payonner 2024 ilə bağlı sual (27 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23229 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024