Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Programın setup’ın hansı sayta upload etmek olar?

Salam. Məndə bir program var setup’ı onu hansı sayta upload ede bilerem? Sonradan Kimese lazım olsa girib oradan dowload eləsin.


Kateqoriya: Sual . , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

(14:54, 21/05/2015 ) #55522

Əgər proqramın müəllifi sizsinizse dropbox, minus.com və s. Yox başqası isə, siz yerləşdirməli deyilsiz, hər proqramın öz rəsmi saytı var rəsmi saytı verə bilərsiz

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (10:33, 22/05/2015 ) #55536

    Salam çox sağolun cavaba görə. Siz dediyinizə indi fikir veren yoxdur qardaş ne qoyub ne danışırsız? Öz danışdığınıza ınandız heç?? Millət indi crack dalıyca qacır. Lisenziyalı nelerise almaqa hal yoxdur artıq.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (13:03, 22/05/2015 ) #55537

      Siz yəqin 2000-ci illərin əvvəlindən bu yana sektorla maraqlanmırsız. Artıq siz deyən dövr keçib getmək üzrədir, xarici ölkələrdə isə keçib gedib artıq. Crack axtaran və düzəldəni dama basırlar. Bizdə də artıq bu qanun var və istədikləri an qapıya çöküb apara bilərlər, indi hələ ki kütləvi tətbiq olunmur deyə məlumatsız insanlar elə bilir ki “hə kef elə, sərbəstlikdir, oğurla başqasının malını yay internetdə”, amma elə deyil və yaxında görəcəksiz niyə elə deyil. Bir az böyümək lazım.
      Məsələn 10 il əvvəl hamı crack və ya free antivirus işlədirdisə, indi minlərlə Azərbaycanlı pul verib lisenziyalı antivirus alır. Və ya əvvəllər lisenziyalı Windows işlədən tapmaq səhrada qar axtarmaq kimi idisə, indi az qala 50% istifadəçi lisenziyalı işlədir(təzələrin üstündə gəlir deyə. Əvvəllər mağazaları buna məcbur etmirdilər deyə mağazalar da ucuz başa gəlsin deyə pirat yazıb satırdı).
      Odur ki, zamanla ayaqlaşın və internet üzərindən elədiyiniz əməliyyat, əməllərə görə məsuliyyət daşıdığınızı başa düşün. Necə ki, real aləmdə gedib kiminsə dükanının şüşəsini qırıb içəridən malları götürməyin yolverilməz olduğunu hazırda dərk edirsinizsə, eləcə də dərk etməlisiz ki elektron mülkiyyət də mülkiyyətdir, və başqasının malına təcavüz etməyin cəzası var.
      Lisenziyalı proqram almağa hal necə olmur bilmirəm, amma pul olmamasını başa düşə bilərəm. O halda da tək yol onu işlətməməkdir. Range Rover-ə pul çatmırsa , onun crack yolla əldə etməyə çalışmır insan hər halda, gedir pulu çatan maşın alır.
      İnternetdə də maşallah, istənilən proqramın pulsuz alternativləri var. Mən özüm əksər əsas proqramların məhz pulsuz qanuni variantını işlədirəm, layiqli qiymətə olan qalan pullu proqramları da pulunu verib alıram.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Software Developer - 571 xal

E. Hacı - 560 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 411 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Bextiyar Azeroglu - 214 xal

Sistemə daxil olmuş 17336 sualdan 94%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2016