Java və SQLite

Hər kəsə salam. Mən java dili üzərindən masaüstü proqram hazırlamışam. Proqramın baza hissəsini sqlite la yazdım. İndi proqramın bazasını mən istfadəçinin komputerində hara yerləşdirməliyəm ki, proqram bazanı oxuya bilsin?
Bir sualımda belədir ki, sqlite la yazılmış bazanın təhlükəsizliyi nə dərəcədədir?
Və üçüncü, sonuncu sualım. Hal-hazırda Mozilla Firefox un sqlite menecerindən istifadə edirəm, bəs sizin məsləhət gördüyünüz başqa sqlite menecer varmı? Varsa ünvanını zəhmət olmasa verərdiniz.
Cavab verən hər kəs üçün təşəkkür.


Kateqoriya: Sual . , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

(15:13, 05/06/2015 ) #55899

Salam. Java-da SQLite işlətdikdə SQLite-nin .db faylı elə .jar faylının yanında saxlanılır əgər Siz Java-kodlarının içində digər bir ünvan qeyd etməmisinizsə.

SQLite bazalarda məlumatlar açıq şəkildə saxlanılır və istənilən digər proqram vasitəsilə müdaxilə etmək mümkündür. Məlumatları kənardan müdaxilədən qorumaq üçün iki vasitəsədn istifadə edə bilərsiniz.
1) .db faylının bütövlükdə şifrələmək. (http://www.codejava.net/coding/file-encryption-and-decryption-simple-example)
2) SQLite bazaya yazılan məlumatları şifrələmək. (http://security.stackexchange.com/questions/63343/encrypting-data-within-sqlite-database-in-java-how-to-store-key)

Amma bir şeyi də nəzərinizə çatdırmaq istəyirəm ki, .jar faylları asanlıqla decode oluna bilirlər. Ona görə də onların içində saxladığınız Şifrələr də asanlıqla oxuna bilər. Ona görə də faylları və ya məlumatları şifrələyərkən daha etibarlı yollardan istifadə etməyiniz məsləhətdir.

SQLite Administrator proqramından istifadə edə bilərsiniz.
http://sqliteadmin.orbmu2k.de

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Software Developer - 571 xal

E. Hacı - 560 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 411 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Bextiyar Azeroglu - 214 xal

Sistemə daxil olmuş 17342 sualdan 94%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2016