Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Məsləhət almaq

Salam. Bu sual deyil sadəcə sizdən məsləhət almaqla üçün yazıram. Mənə məsləhət verən yol göstərən böyüyüm yoxdu ona görə sizlərə müraciət edirəm. vaxtinizı aldığım üçün üzr istəyirəm.
Deməli mənim 19 yaşım var. Universtetde Uşaqlıq arzum olan Bank işi ixtisasına qəbul olmuşdum ama ödəniş edə bilmədiyim üçün qeydiyyat aparmadilar. Və hazırda orta təhsilliyem. Təcili işləməliyəm ailəmi borclardan qurtarmaq üçün. Ama heçbir sənətim peşəm olmadığı üçün ya iş tapa bilmirəm yada tapdığım isinu maaşı 200 azn olur. Pul azlığına görə demirəm min şükür ama mənim yaşayış yerimə görə uyğun deyil. Hər gün avtobusa 3 manat verməyə gücüm çatmır ona görə sizdən mənə yol göstərməyinizi Xahiş edirəm. Mən nə edim? Hansı peşə kursuna gedim ki iş tapım? Yada elə bir iş varmı ki orda müəyyən vaxt təhsil versinlər sonra isə götürsünlər? Çox xahiş edirəm bildiyinizi bura yazın məsləhət alacaq mənə yol göstərəcək heç kimim yoxdu.


Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (11 cavab var)

(12:13, 08/07/2015 ) #56594

1. Bərbərlik
2. Maşın ustalığı
bu sənətlərə daim hər yerdə ehtiyac var yetərki işinin ustası olasan.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (17:43, 08/07/2015 ) #56606

    Çox sağolun Allah razı olsun cavab yazdığınız üçün. Düzdü ikisidə ehtiyac olan sahədə ama təəsüf ki mənə uyğun deyil yoxsa çox istəyərdim.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (18:08, 08/07/2015 ) #56607

      Uygunluqdan basqada indiki zamanda heckes senet oyredmir. Ele yere getmek ucun gerek tanisin olsun.
      Magazada satici isleye bilersen helelik.
      Sonrada duz basa duwdumse natamam ali tehsillisen ?…….eledirse internetde bax Boss.az saytina orda cox olur normal isler natamam ali tehsil ile.
      Dizayn kurslarna gede bilersen, photoshop, autocad ve 3D max. 100% is tapacaqsan. Komputer arxasinda sakit is. maas 400 -1500 arasi ( stajdan asli)

      Imkanun olsaydi tanis filan dis texniki olmaq olar (diplomla yaxsidir ama lazimda deyil)
      Bu cox yaxsi pullu senetdir. (dis protezleri, keramika disler filan duzeltmek.)
      Birdeki belke hansisa magazada kreditor kimi islemek olar,eger gebul etseler.
      Ugurlar arzulayiram.!

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (19:34, 08/07/2015 ) #56612

      Çox sağ ol qardaşım Allah razı olsun. Bilirsiz necədi mən peşə ucuzvari peşə kursu olsa gedib bitirib bir iş tapıb işləyərəm. Fikrimdə odurki gündüzlər kurslara gedim gecə smeni isə işləyim. Həyatn hələ qabaqdadı özümə uyğun işi zamanla tapacam yəqinki mənə isə hələlik bu 1- 2ili başa vurmaq lazımdı. Gecə smeni iş tapa bilsəm digər məsələləri həl edə biləcəm. İnşallah görək Allah qismət etsin

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(03:08, 09/07/2015 ) #56617

Salam dediniz ki, gecə işləyib, gündüz hansısa kursa getmək istəyirsiz. Favorit marketlərdə Gecə növbəsinə iş var saat 21:00-dan 09:00-a qədər. Maaşı 280 manatdı(oktyabr ayında favoritdə işləyən bir tələbə yoldaşım demişdi). Hal hazırda günümüzün tələbinə görə maşınların sayı artır və yeni texnikalardan yaxşı başı çıxan ustalara ehtiyac çoxdu. Sən maşında elektronika, injektor təmirini öyrənə bilərsən. Həm təmiz işdi, mazota, yaga əllərin batmır. Mən özüm tələbəyəm, şəxsən univeristet oxumasayfım. Maşın ustalığını öyrənərdim. İndi yenə özün bax məsləhət sənindi 🙂

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (03:14, 09/07/2015 ) #56618

    Vaxt ayırıb yazdığınız üçün təşəkkür edirəm. Bu Injektor falan nədir belə? Bunu öyrənmək üçün usta yanında olmalıyam yoxsa bunun kursu var? Kömək etsez çox sevinərəm deyəsən elə bu sənəti öyrənib irəliləmək yaxşıdı

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (15:09, 09/07/2015 ) #56627

      Tək injektor yox, maşının bütün elektronikasını öyrənmək yaxşı olar. Adicə usta yanında işləsəniz öyrənə bilərsiniz. Ustanın yanında pulsuz işləyəcəksən, həmdə öyrənəcəksən. Pulsuz kömək etməyi təklif etsən, heç bir usta imtina etməz. Həmdə mən bilən bakida 3 ayliq kurslar var orda öyrənmək olar

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (16:08, 09/07/2015 ) #56628

      Çox sağol qardaş . Bu kurslar çox baha olar yəqinki. Mən kursa getsəm kursu bitirsem servisde falan is tapabilecem?

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(21:42, 09/07/2015 ) #56635

Heç lap kurs bitirme, adicə uatanın yanında şagird olsan öyrənə bilsən bəsindi. Əsas odu bacariqli usta olsan, müştərində olacaq. Kurs inanmiram cox baha olsun, yəni cibivə sərfəli olacaq.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(21:51, 09/07/2015 ) #56636

Çox sağol Allah razi olsun vaxt ayırdığınız üçün. Hələlik Favorit marketdə isleyimy gələcək üçün fikirləşərəm maşın işini. Bilmirsiz Favorit marketdə axşam ne işidi? Anbarda fehledirse axşam olurki bu is? Men gündüzlər bilirdim əgər axşamlar olursa çox sevinərəm

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(22:56, 31/03/2016 ) #62476

Qardas, bir de sene bele meslehet vere bilerem..calisib svarka isin de oyrensen yaxsi olar, baxmayaraqki biraz sehhete zererli isdi ama yaxsi isdi..isinin ustasi olsa bu sahede cox yerde is tapa bilersen, esasen de neft sirketlerinde , ozude qesey maasla..men bilen sah deniz platformasinin tikinrisinde isleyen svarsikler 1400 e yaxin maas alirlar

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Software Developer - 571 xal

E. Hacı - 560 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 411 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Bextiyar Azeroglu - 214 xal

Sistemə daxil olmuş 17352 sualdan 94%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2016