Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

C-də argc, argv

Salamlar cavablar.net əhlinə 🙂

int main(int argc, char *argv[]){
//Operations
}

Burada mötərizədəki (int argc, char *argv[]) hissənin mənası nədir? Birdə char *argc[] yerinə **argc yazanda da işləyir eyni şeydi bunlar?


Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

(20:48, 21/08/2015 ) #57744

Salam.

int main(int argc, char *argv[])

main funksiyası.

proqramın icraya başlama yeri. iki arqument qəbul edir:
tam tipli argc,
char ** tipli argv.

İzahı: bu arqumentlər proqrama ötürülən arqumentlər adlanır, yəni proqramı yükləyən istifadəçinin həmin proqrama ötürdüyü arqumentlər. argc , argument count main -ə ötürülən arqumentlərin sayını bildirir, qiymətlər isə argv -da saxlanılır – argument value. aşağıdakı proqram nümunəsində onların mənası izah olunur.


#include 

using namespace std;

int main (int argc, char *argv[]){

	int i;

	  cout<<"main funksiyasinin arqmentleri \n";

	  cout<<"arqmentlerin sayi "<<argc<<"\n";

	  cout<<"arqmentler \n";

	  for (i=0; i<argc; ++i)
		  cout<<"arg["<<i<<"] = "<<"\""<<argv[i]<<"\"\n";

}

Test:


C:\Users\Aspire>
C:\Users\Aspire>
C:\Users\Aspire>prg
main funksiyasinin arqmentleri
arqmentlerin sayi 1
arqmentler
arg[0] = “prg”

C:\Users\Aspire>prg hey
main funksiyasinin arqmentleri
arqmentlerin sayi 2
arqmentler
arg[0] = “prg”
arg[1] = “hey”

C:\Users\Aspire>prg hey salam
main funksiyasinin arqmentleri
arqmentlerin sayi 3
arqmentler
arg[0] = “prg”
arg[1] = “hey”
arg[2] = “salam”

C:\Users\Aspire>

argv cərgəsinin ilk elementi argv[0] həmişə proqramın adını özündə saxlayır.

char **argv ilə char *argv[] və ya char argv[][] hər üçü eyni şeydir. char tipli ikiqat göstərici. C -də göstəricilər ilə cərgələrin (array) əlaqəsi bu cür yazılışa imkan verir.

Aşağıdakı keçiddə bu arqumentlərdən istifadəyə aid nümunə göstərilir:
http://ilkaddimlar.com/Unix/765/Fayllar
2.4 Close sistem çağırışı bölməsinin prg_2_1.c nümunə proqramının izahına baxmalı.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Software Developer - 571 xal

E. Hacı - 560 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 411 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Bextiyar Azeroglu - 214 xal

Sistemə daxil olmuş 17347 sualdan 94%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2016