Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Əlinizdə pul olsaydı nə iş görərdiniz?

Salam!
Əlinizde pul olsaydı nə iş görerdiz zehmey olmasa deyin
Meslehet edin
Amma internete aid olmasın


Kateqoriya: Sual . , , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (10 cavab var)

(19:41, 08/09/2015 ) #58233

Market acardim.
Stomatologiya acardim (arenda ucun)

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(23:42, 08/09/2015 ) #58240

Salam İT şirkət açardım əgər əyləncəli maraqlı problemli həyatı xoşdamayan biri olsaydım yəni sakitçiliyi sevən bir dənə yer alıb verərdim arendaya ya da pul çoxdusa ev alıb kirayə(İndi kimə baxırsan ev alıb verir kirayə 😀 )

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(23:53, 08/09/2015 ) #58241

baxır pulun miqdarına.
obyekt alıb icarəyə verərdim.
maşınları ucuz alıb əlbə-əl kreditə verərdim.
ev alıb kirayəyə verərdim.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(02:35, 09/09/2015 ) #58248

siz tam olaraq nə qədər məbləğ nəzərdə tutursunuz
müxtəlif işlər görmək olar
misal olaraq 100 000 azn pulum olsa mən şəxsən daşınmaz əmlak bazarına yatıraram
və fəaliyyət göstərərək bu sahədə biznes qurardım

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(09:22, 09/09/2015 ) #58253

Nə ev alıb kirayəyə verərdim nədə ki, başqa bir şey çünki insan üçün ən dəyərli kapital onun biliyi və savadıdır. Evidə, əmlakın hər bir növünüdə itirmək mümkündür ancaq bilik və savad həmişə səninlədi. Ona görədə xaricdə Top 5-likdə olan universitetlərin hansındasa reklam sahəsi üzrə təhsil alardım, bitirəndən sonra isə elə bu sahə üzrə öz biznesimi qurardım. Ondan sonra evdə, maşında istədiyin hər bir şey asanlıqla sənin olacaq.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(08:57, 10/09/2015 ) #58277

Mən istədiyim işi görmək üçün dəhşətli dərəcədə çoxlu pul lazımdı(başlanğıc üçün hardasa ~ 10E6 $), bir də “Yuxarıdan” icazə. Kompüter Elmi Tədqiqat İnstutu açardım, özəl. Amerikanın və Avropanın ən bərkgedən instutları ilə rəqabət aparadım, xüsusən də hesablama nəzəriyyəsi, süni intellekt sahələrində. Bir də Google -u sıxışdırmaq üçün (Aznetdə) yeni axtarış alqoritmi üzərində çalışardım.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(11:05, 10/09/2015 ) #58286

Pulum olsaydı ən birinci mütləq ən yaxşı ingilis dili kursuna gedib intensiv şəkildə öyrənərdim. Sonra təkminləşdirmək üçün ABŞ-a gedərdim. Tam mükəmməl bildiydən sonra ən yaxşı İT kurslarına gedib ən lazımlı proqramlaşdırma dillərini və s. ni öyrənib sertifakatlar alardım və master səviyyəsinə qədər irəliləyərdim və əsla əl çəkməzdim bundan. Özümə ən son model PC və Notebook və bir də planşet alardım. Bir də S6 və iphone 6s 🙂
Ən yüksək sürətli internet alardım. Ən lazımlı İT kitablarını tərcümə edərdim öz dilimizə və pulsuz pdf şəklində internetdə yayardım. Deyəsən artıq pul qurtardı 🙂

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(15:34, 10/09/2015 ) #58294

internetə aid olmasın deyirsizsə ən gözəli hörmətli bir restaran-kafe tipli bir yer açmaqdı. (elit təbəqəyə uyğun)

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(16:27, 10/09/2015 ) #58296

eger elimde kulli miqdarda pul olsaydi imkansiz ailelere komek ederdim oxumaq isteyen lakin maddi imkani olmayan uwaqlari oxudardim cunki cox pis weydi bawima gelib

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (16:57, 10/09/2015 ) #58297

    uwaq, wey – Bizim dildə belə sözlər varmı? Deyəsən yox. Birinci bunları düzəltmək lazımdır, sonrası yaxşı olar. 🙂
    w – ui kimi oxunur, uuiaq, uiey sözləri yanlışdır. Heç olmasa usaq, sey və.s. yazın. Yaxud ushaq, shey və.s.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Software Developer - 571 xal

E. Hacı - 560 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 411 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Bextiyar Azeroglu - 214 xal

Sistemə daxil olmuş 17342 sualdan 94%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2016