Mobil Telefonların Müqayisəsi

Salam
Bu iki telefon arasında seçim qarşısında qalsaydınız hansını seçərdiniz?

Motorola Nexus 6Lenovo Vibe Z2 Pro

Söhbət yaddaşda və ya foto çəkilişlərdən getmir. Bu kimi xüsusiyyətləri mən özüm də gözəl bilirəm. Sadəcə bu iki telefona proqramçı gözüylə baxıb başı çıxan bir insanın konkret və ətraflı cavabını isdəyərdim.


Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

(18:17, 29/10/2015 ) #59244

Nexus 6 üstündür Vibe Z2-dən.
Pure Android olması faktı yetərlidir. Update-ləri ən birinci alır, stabillikdə ən birincidir, performansda ən birincidir.
Kamera, ekran, batareya filan isə özünüz bilirsiniz.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (08:52, 30/10/2015 ) #59260

    Bəzi şeylərdə Lenovo ondan üstündür. Nexus-da radioda yoxdur.
    Zəhmət olmasa biraz aydınlıq gətirərdiniz, stabillik və performans deyəndə daha dəqiq desək nəyi nəzərdə tutmusuz? O, sözsüz Nexus-da yenilənmə daha tez olacaq ancaq batareya və kamera cəhətdən Lenovodan geridə qalır. Sadəcə proçessorun tezliyinə görə Nexusa pul vermək isdəyirəm, ancaq o biri tərəfdən də düşünəndə Sonyinin fotokamerasını bu telefona qoymaqlarını heç cür qəbul etmirəm.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (09:07, 30/10/2015 ) #59261

      Mənim bütün smartfonlarımda radio olub, amma ömrümdə bir dəfə də olsun qulaq asmamışam. Harda olduğunu da unutmuşam menyuda, indi dediniz yadıma düşdü. Amma hər bir halda, bəli bu üstünlükdür. Kimə görə önəmli, kimə görə önəmsiz. Eləcə də kamerasında azca çox meqapikseldir Vibe. Yəni bu kimi şeyləri bilib sırf digər məsələlərə aid sual vermişsiniz sanaraq elə cavab yazdım. O halda bəzi əlavə məqamlar yazım.
      1. 16 mp 13 mp-dən üstün deyil, tamamilə eyni şeylərdir, əsas emal prosesidir, meqapiksel isə 8 MP-dən o tərəfə mobil kameralarda tamamilə önəmsiz şeydir, istər lap 40 mp olsun. Marketinq oyunundan başqa bir şey deyil. Emal prosesində isə Nexusun Lenovodan daha yaxşı olduğuna əminəm.(Hazırda hər ikisi eyni şirkətindir düzdür, Motorola Lenovoya daxildir. Amma yenə də, istehsalatı tam müstəqil gedir Motorolanın)
      2. Batareyada üstündür bəli.
      3. Sony-nin fotokamerası dünyada ən yaxşıdır. Bircə Samsung ilə müqayisə oluna bilər vəssalam.
      Məsələn nəyi pis olsa da, şəkil çəkməyi ideala yaxın olan iPhone-larda da kamera Sony kamerasıdır. Yəni bu sizi qorxutmasın, Samsung-dan başqa bütün ciddi nəhənglər Sony kamerasından istifadə edir. Necə ki, Qualcom şirkəti prosessorlarda liderlik edir, ciddi şirkətlər(yenə Samsungdan başqa, onlarda daha yaxşı olan Exynos var) ondan istifadə edir, kamerada da eyni şey Sony şirkətinə aiddir.

      Yekun belə deyək: Problemsiz, ən sürətli, ən yeni çıxan Androidi dərhal alan, ən əsası Androidin birbaşa təmiz versiyasında işləyən fablet istəyirsizsə, bu iki seçimdə seçim Nexus olmalı. Yox əgər daha çox enerji saxlayan, amma daim köhnə Androiddə işləyən, Çin şirkətinin hazırladığı Android üzlük üzərində işləyən çox da stabil olmayan, bir də radiosu olan smartfon istəyirsizsə Lenovo alın.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (09:53, 30/10/2015 ) #59262

    Ətraflı cavabınıza görə minnətdaram sizə. Ancaq söhbət hansısa birinin o birisindən mp cəhətdən üsdün olmağından getmir sadəcə hər iki telefonun internet səhifələrində və youtubede mobile review-nə baxdım. Açıq-aydın görsənir ki, Lenovo çoxfunksiyalı kamera ilə ondan təmiz çəkir. Mən özüm bu vaxta kimi Sony işlətmişəm, demək olar ki, bir çox modelləri olub məndə, sonuncu dəfə Z2 işlədirdim ancaq heçnə yox 200 manatlıq hər hansı bir Samsung modelinin ondan daha gözəl şəkil çəkdiyini görəndə ona verdiyim pula heyifim gəlirdi. Digər tərəfdəndə Sony telefonlarında qulaqcıqda səsin keyfiyyəti nə qədər yaxşı olsada səs tonu çox aşağıdır. Sony mp artırmaqla keyfiyyəti itirir. Hələ Lenovonın dual card olmağıda digər bir üsdünlükdür.
    Açığı məndə fikrimdə Nexus-da dayanmışam, 330 dollara başa gəlir hər ikisidə, tembole qiymət fərqləridə yoxdur.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (10:33, 30/10/2015 ) #59263

      Sony smartfonunda kameranın necə çəkməsi ilə Sony kamerasının necə olması bir birinə aid olmayan məsələlərdir. Dediyim kimi, bütün əsas vendorları kamera ilə Sony təchiz edir, o cümlədən Apple-ı. Sırf xperia çəklişi sizi qane etmirsə, bu xperia-da şəklin processingi ilə bağlı problem ola bilər. Yəni Sony kamerası başqa məsələdir, hətta Sony-nin ayrı zavodunda, ayrı bölməsində düzəldilir və kameranı düzəldənlər Xperia-nı düzəldənləri heç tanımırlar 🙂
      Samsung isə başqa aləmdir, software-də nə qədər bacarıqsız olsalar da, display və kamera, chip, prosessor və.s. hardware elementlərində əvəzsizdirlər. Ona görə də nə alırsızsa alın, Samsung Amoled ekranı ilə, kamerasının aydın çəkməsi ilə müqayisədə solğun və zəif görünəcək.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (12:17, 30/10/2015 ) #59269

    Dediyiniz mənə maraqlı gəldiyi üçün kiçik bir araşdırma apardım. Nəticədə məlum oldu ki, Apple üçün kameranın vendorlarını Sony yox Apple şirkəti özü hazırlayır. iSight adlanan bu kameralar Apple şirkətinə məxsus olan iMac, MacBook, İpad Mini və s. istehsal etdiyi texnikada istifadə olunur. Keyfiyyətinə isə söz ola bilməz.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (16:10, 30/10/2015 ) #59276

      Apple şirkəti heç bir şey hazırlamır. Iphone-u da Foxconn hazırlayır. Apple konsepti , tələbləri idarəetməni və.s. edir, aparatları isə başqası verir. Məsələn ekranlar Samsung və Sharp, chiplər Samsung və TSMC tərəfindən, kamera sensorları filan Sony tərəfindən və.s. hazırlanır. Apple hissələri alıb qablaşdırma prosesində ona ad verir və bu biznesdə normal şeydir. iSight da belə bir şeydir.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Software Developer - 571 xal

E. Hacı - 560 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 411 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Bextiyar Azeroglu - 214 xal

Sistemə daxil olmuş 17333 sualdan 94%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2016