Bir mövzuda inşa tapmaq

Salam mene Salur Qazan evinin yagmalandigi boy haqqinda inşa lazimdir xahiü edirem link qoyardizda cavaba


Kateqoriya: Sual . , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

(19:26, 11/11/2015 ) #59512

Bir gün Qazan xan kef məclisi qurdurmuşdu. O, məclisdə ova çıxmaq təklifiverdi. Məclisdəkilər onunla razılaşdı. Aruz Qazan xandan soruşdu: “Gürcüstansərhəddinə gedirsən, evin üstünə kimi qoyursan?” Qazan xan: “Evin keşiyini 300igidlə Uruz çəkəcək”, – dedi.Kafirlərin casusu bunu görüb Şöklü Məliyə xəbər verdi. Yeddi min kafir hücumedib Qazan xanın evini, obasını talan etdi. İlək qoca oğlu Sarı Qalmaş bəy Qazanınevi üstündə şəhid oldu. Qazanın bu işlərdən xəbəri yox idi. Kafirlər Dərbəndə gedibQazan xanın oradakı on min qoyununu ələ keçirmək istəyirdilər. Qaraca çoban gecə“qara qayğılı” yuxu görür. Səhər qardaşları – Qabangücü və Dəmirgücü çağırır. Döyüşə hazırlaşır. Kafirlər Qaraca çobanın üzərinə hücum edirlər. Döyüşdə Qabangücüvə Dəmirgücü şəhid olur. Qaraca Çoban təslim olmur. Qazan xan da həmingecə “qara qayğılı” yuxu görür. Səhər yuxusunu qardaşı Qaragünəyə danışır.Qaragünə onun yuxusunu yozur. Qazan xan qardaşı ilə sağollaşıb yola düşür. Gəlibgörür ki, yurdu viran qalıb. O, yurdunu sudan, qurudan, Qaraca çobanın köpəyindənsoruşur. Qazan xan köpəyi qovub, Qaraca çobandan yurdunu xəbər aldı. Qaracaçoban yurdunun kafirlər tərəfindən talandığını dedi. Qazan xan kafirlərin üstünəgetdi. Qaraca çoban da onunla getmək istədikdə icazə vermədi. Fikirləşdi ki, Oğuzigidləri sonra ona tənə edər. Deyərlər ki, əgər Qaraca çoban olmasaydı, sən evini qurtarabilməzdin. O, Qaraca çobanı ağaca bağlayır. Çoban ağacı kökündən çıxarıb onundalınca düşür. Qazan xana deyir ki, sən döyüşüb yorulanda bu ağacdan ocaq qalayıbsənə yemək bişirəcəyəm. Bu sözlər Qazan xanın xoşuna gəlir. Onu da özü ilə aparır.Qaraca çobana vəd verir ki, qələbə çalsam, səni əmiraxur təyin edəcəyəm. Beləliklə,onlar kafirlərin məmləkətinə gəlib çatırlar. Bu yanda Şöklü Məlik Qazan xandandaha dəhşətli qisas almaq istəyir. Boyu uzun Burla xatunu məclisə gətirib şərabpaylatdırmaq istəyir. Lakin qırx incəbelli qızın içində onu tanıya bilmirlər. Qəraraalırlar ki, Uruzu kəsib, ətindən kabab bişirək. Kim yeməsə Burla Xatun odur. Onugətirib şərab paylatdıraq. Uruzu gətirib başını kəsmək istədikdə Qazan xan yetişir.Uruzu xilas edir. O, Qaraca çobana deyir: “Əvvəlcə kafirlərdən anamı istəyək. Çünkio, qocadır. Döyüş vaxtı əl-ayaq altında qalmasın”. Kafirlərdən anasını istəyir. Kafirlərona deyirlər ki, ananı Yayxan keşiş oğluna verəcəyik. Ondan bir oğul doğsunsənə qarşı qoyarıq. Qaraca çoban isə onlara belə cavab verir: “Əgər könlünüzə yaxşı,cins toxum düşübsə, qızınızı Qazan xana verin. Ondan bir oğul doğsun”. Beləliklə,döyüş başlayır. Şöklü Məlik Qazan xan tərəfindən öldürülür. Kafirlər məğlub olur.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Mesud Mesi cavab verdi - Komputer - məlumatların hansı dəyişən hesab olunur (30 dəqiqə əvvəl)

Akif Hesenbeyov cavab verdi - Atıcılıq Kursları (17 saat əvvəl)

Seo Mullimi cavab verdi - Ödənişli və Ödənişsiz Şablonlar (1 gün əvvəl)

Seo Mullimi cavab verdi - iphonenun orginalliginin yoxlanilmasi (1 gün əvvəl)

Seo Mullimi cavab verdi - Asus Notebooka Mac Os Qurmagi Bacaran Wirket Taniyan Olar? (1 gün əvvəl)

Maqa cavab verdi - Youtubda izleme sayi Niye az Olur (2 gün əvvəl)

Maqa cavab verdi - ebaydan ucuz iphone 7 plus almaq guvenlidirmi? (2 gün əvvəl)

Maqa cavab verdi - Alibabadan gelen sifarişə gömrük rüsumu və digər problemlər (2 gün əvvəl)

E. Hacı cavab verdi - Alibabadan gelen sifarişə gömrük rüsumu və digər problemlər (3 gün əvvəl)

yeezy cavab verdi - Notebookla rahat iş görə biləcəyim, oturmağa bir yer (4 gün əvvəl)

E. Hacı cavab verdi - Notebookla rahat iş görə biləcəyim, oturmağa bir yer (4 gün əvvəl)

Maqa cavab verdi - Bakıda yerləşən fabriklər (4 gün əvvəl)

E. Hacı cavab verdi - Bakıda yerləşən fabriklər (4 gün əvvəl)

Şükür Hüseynov cavab verdi - İxtisas seçimi kömək (5 gün əvvəl)

Elhash cavab verdi - DNS, DHCP, DOMAIN, VMWARE mövzuları barədə məsləhət. (6 gün əvvəl)

E. Hacı - 574 xal

Software Developer - 571 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 414 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Bextiyar Azeroglu - 217 xal

Sistemə daxil olmuş 19443 sualdan 94%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2018